23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsi uğurla həyata keçirilir. Belə ki, komissiyanın əməkdaşları və könüllülər iyul ayının 5-də Şərur, 12-də Ordubad, 17-də isə Culfa rayonlarında vətəndaşlara səyyar xidmət göstəriblər. Xidmətin məqsədi rayonlarda yaşayan, internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən yararlanmaqda çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən ibarətdir.
Bu layihənin irəli sürülməsi vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına xidmət edir. Xidmətin həyata keçirilməsi zamanı komissiya əməkdaşının müşayiəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olub, lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq surətlərini şəxsi kabinetə yükləyib və onların müsabiqədə iştiraklarını təmin ediblər.

Qeyd edək ki, xidmət tətbiq olunmazdan əvvəl könüllülər komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunub. Onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilib.
Layihə müddətində Şərur, Ordubad və Culfa rayonlarında yaşayan və muxtar respublikanın dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqələrdə iştirak etmək istəyən 72 vətəndaşa operativ köməklik göstərilib və xidmət vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.
Növbəti müsabiqə elanları zamanı da vətəndaşlara rayonlarda səyyar xidmətin göstərilməsi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR