23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 21 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 14 avqust-4 sentyabr tarixlərdə keçirilib.
Müsabiqəyə 302 vakant vəzifə çıxarılıb, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət edib. Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyi yoxlanılıb və 599 namizəd imtahana buraxılıb. Test imtahanlarında 576 namizəd iştirak edib, onlardan 235-i keçid balını toplayıb.
Qanunvericiliyə əsasən stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal), təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə test tapşı­rıqlarının 50 faizini (40 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilirlər. ­Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar. Həmin namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilib.

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR