23 Dekabr 2024, Bazar ertəsi

Erməni politoloq Styopa Safaryan son dövrlərdə həm Rusiya, həm də Ermənistan mətbuatında daha çox adı çəkilən şəxslərdən biridir. Rusiyanın www.prtime.ru saytında Styopa Safaryanla Ermənistanın baş naziri Nikol Paşinyan və onun mətbuat katibi Vladimir Karapetyanın gizli və bir o qədər də alçaldıcı vatsap yazışmalarını ortaya çıxarıb.

Styopa Safaryan haqqında deyilir ki, onun fəaliyyəti əsasən çirkli və qaranlıq işlərdən ibarətdir. Diqqətə çatdırılır ki, bu yaxınlarda Styopa Safaryana məxsus olan “İphone” markalı telefon itib. Əslində isə bu hadisə planlı şəkildə və siyasi motivlər əsasında hazırlanıb. Hücum isə  bir qrup şəxs tərəfindən törədilib.

Bu faktlar Safaryana məxsus telefonun itməsindən sonra mətbuata sızıb. Bir sözlə, telefonda baş nazir Nikol Paşinyana, onun mətbuat katibi Vladimir Karapetyana və Styopa Safaryana məxsus “Whatsapp” yazışmaları var. Yazışmalarda üçlük arasında rüşvət sövdələşmələrindən və pulla kiminsə prokuror vəzifəsinə gətirilməsindən və həmin şəxsdən 30 milyon dram rüşvət alınmasından bəhs olunur. Baş nazirin mətbuat katibi Vladimir Karapetyan dəllallıq edən Safaryana baş nazirlə olan söhbəti barədə yazır, hətta vurğulayır ki, baş nazir çox dözülməz insandır, hərdən o elə danışır ki, istər istəməz insanda ikrah hissi yaradır.   

 

Sayt daha sonra yazır: “Bu biabırçı yazışmanı oxuyaraq hansı nəticəyə gəlmək olar? İlk olaraq, anlayırıq ki, Nikol Paşinyan dövlət əleyhinə əclaflıq edir, belə ki, dövlətin əmlakını mənimsəyərək 1 mart hadisələrindəki qurbanların satılmış ailələrinə, politoloq Styopa Safaryanın bacısı Sedaya, Qaqik Cangiryana, Vaq Qriqoryana və digər “tullantı”-lara xərcləyir".

Yazışmada həmçinin Nikol Paşinyan “ruhi xəstə” adlandırılır. Vurğulanır ki, onunla  nəinki işləmək, hətta pis işlər görmək belə çox çətindir. Yazışmalarda “Baba” adlandırılan şəxs isə Ermənistanın eks-prezidenti Levon Ter Petrosyandır. Yazışmalardan məlum olur ki, Nikol Paşinyan atdığı hər addımı onunla bölüşür, məsləhət alır. Bəs görəsən bu yazışmalar meydana çıxdığı zaman Nikol Paşinyan necə reaksiya verəcək, etdiyi əməllərə necə bəraət qazandıracaq? Təbii ki, boynundan tamamilə atacaq və bütün bunları onun əleyhinə hazırlanan təxribat kimi qiymətləndirəcək. Əlbəttə, güman ki, Vladimir Karapetyanı işdən uzaqlaşdıracaq, Levon Ter Petrosyanı tam nəzarətdə saxlayacaq və öz yanaşmalarını və münasibətlərini bir daha gözdən keçirəcək.

Məqalədə deyilir: “Gərək üsyankar insanlar Nikol Paşinyanın əslində necə biri olduğunu görsünlər, Yeni Ermənistanı, Styopa Safaryanı – silahla inqilabı qoruyan liberal siyasətçi “xadimi” tanısınlar. İctimaiyyət gərək aşkar olunmuş bu faktlarla bağlı öz münasibətini bildirsin. Çünki Nikol Paşinyana dözmək artıq həm təhlükəli, həm də mümkünsüzdür”, - sitatın sonu.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR