23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 82 nəfər tərəfindən sənəd təqdim olunub. İmtahanlarda 80 namizəd iştirak edib, onlardan 20-si keçid balını toplayıb.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkar­lıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.
Keçid balını toplayaraq uğur qazanmış namizədlərin müsahibə mərhələsi 23 sentyabr 2019-cu il tarixdə keçirilib. Qanunvericiliyə əsasən müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrindən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb.
Müsahibə mərhələsində 18 nəfər iştirak edib, onlardan 16-sı müvafiq keçid balını toplayaraq uğur qazanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilk dəfə olaraq müsabiqə yolu ilə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR