Ermənistanın Vayots Dzor əyalətinin qubernatoru Trdat Sarkisyan köməkçisinin də iştirak etdiyi qalmaqallı hadisədən sonra istefa vermək qərarına gəlib.
Sentyabrın 18-də Yexeqnadzorda Ermənistan Silahlı Qüvvələrinin zabitləri ilə qubernator administrasiyasının əməkdaşları arasında dava baş verib. Nəticədə zabitlərdən biri koma vəziyyətinə düşüb. Onun vəziyyəti son dərəcə ağırdır.
Bu hadisəyə görə, qubernatorun köməkçisi həbs olunub.
Şahid ifadələrində silahlı münaqişədə qubernatorun da iştirak etdiyi göstərilir.
Qubernator isə bu iddianı inkar edərək bildirib ki, münaqişə zamanı o, evdə olub və bunu da istintaqı araşdıran video nəzarət kameralarıyla sübut etmək olar.
Lakin ictimai təzyiqi nəzərə alaraq, o, tutduğu vəzifədən istefa verib.