22-29 sentyabr 2019-cu il tarixdə Qırğızıstanın Çok-Tal kəndində"İssık-Göl regionunun arxeoloji irsinin öyrənilməsi və qorunması: Narrativ beynəlxalq aspekt" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın açılışında, Azərbaycan Milli Elmlər Akademiyasının vitce prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda yayılan qayaüstü təsviri sənət nümunələri, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri haqqında məlumat vermis, Azərbaycanda tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğunu göstərmişdir. Vəli Baxşəliyev "Gəmiqaya təsvirlərinin məzmunu və tarixləndirilməsi" mövzusunda çıxış edərək Gəmiqaya təsvirlərini tarixi-arxeoloji aspektdə, keramika məmulatı üzərindəki rəsmləri və qaya təsvirləri müqayisəli şəkildə təhlil etmiş, bu təsvirlərin dünya incəsənətinin nadir nümunələri olduğunu, qədim tariximiz haqqında dərin məzmuna sahib olduğunu qeyd etmişdir. Çıxışda Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin dövlət qayğısı ilə əhatə olunduğu və qorunduğu xüsusilə qeyd olunmuşdur. Qobustan Milli tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev “qobustan Milli Təbii-Tarix Qoruğunun menecmenti” mövzusunda çıxış etmiş, konfrans iştirakçılarını Qobustana dəvət etmişdir.
Xəbərlər şöbəsi