23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 22-25-də Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya-Azərbaycan gənclərinin VII forumu keçirilmişdir. Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda “Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-formal təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” üzrə sessiyalar təşkil edilmişdir. 

 Ssesiyalarda iştirak edən gənclər tərəfindən Rusiya-Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişafı üçün birgə təkliflər səsləndirilmiş, beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanmış, eyni zamanda, forumun yekunu olaraq bəyannamə qəbul olunmuşdur. Həmçinin forum iştirakçıları ümummilli lider Heydər Əliyevin Sankt-Peterburq şəhərindəki Milli Təhlükəsizlik  Orqanları məktəbinin binasından asılmış xatirə barelyefi, “Müharibə uşaqları”, böyük Azərbaycan şairi Nizami Gəncəvinin, eyni zamanda II Dünya müharibəsində həlak olmuş döyüşçülərin dəfn edildikləri Piskaryov memorial qəbiristanlığını ziyarət etmişlər. 

Forumda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Tahir Məmmədli iştirak və çıxış etmişdir. O hazırlanmış slayd vasitəsi ilə Naxçıvan Muxtar Respublikasında son dövrlər görülən işlər, muxtar respublikanın turizm məkanları, muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılmış şərait, onlara göstərilən dövlət qayğısı  haqqında geniş məlumat vermişdir.  Çıxış və təqdimat forum iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

  

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR