23 Dekabr 2024, Bazar ertəsi

Qırğızıstanda keçirilən “İssık- Kul regionunun arxeoloji irsinin öyrənilməsi” adlı beynəlxalq konfransda Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev “Qobustan Milli Tarix- Bədii Qoruğunun menecmenti” mövzusunda çıxış edib.

Qobustan abidələri, qoruqda aparılan elmi tədqiqat işləri və qoruğun idarə olunması barədə məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

Konfrans iştirakçılarının ünvanladığı sualları cavablandıran Vüqar İsayev qoruğun çox aktiv beynəlxalq əlaqələrə malik olduğunu, UNESKO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustanın mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərdiyini, eləcə də qoruğun Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvü olduğunu qeyd edib, insanlığın ilk incəsənət nümunələrini, Azərbaycanın tarixi keçmişini və Qobustanın bu gününü canlı görmək üçün konfrans iştirakçılarını bu məkana dəvət edib.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR