Bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir.
Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika əhalisinin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin əlamətdar və bayram günləri ərəfəsində hərbi hissələrə sovqat aparmaları şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.
Bu ənənə 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində də davam etdirilir. Belə ki, muxtar respublikanın nazirlik, idarə, müəssisə və təşkilatları tərəfindən meyvə bağlarından yığılan məhsulun bir hissəsi hərbi hissələrə təhvil verilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə, ümumilikdə, 1 tondan artıq ərik, alma, alça muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına aparılıb.
Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların kollektivlərinin rayondakı meyvə bağlarından yığdıqları 25 ton, Babək rayonundan isə 5 ton alma, ərik, alça, gilas, gilənar Naxçıvan şəhərindəki hərbi hissəyə təqdim edilib.
Bununla yanaşı, Kəngərli və Sədərək rayon sakinləri də hərbçilərə, ümumilikdə, 7 ton meyvə sovqatı göndəriblər. Culfa rayonunda isə hərbi hissə üçün meyvə bağlarından 1 tondan artıq məhsul toplanılıb.
Xəbərlər şöbəsi