23 Dekabr 2024, Bazar ertəsi

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlər növbəti xidmət yerlərinə yola ­salınıblar.
Aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçirilib.
İxtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ­səsləndirilib.
Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general­-mayor Elman Orucov bildirib ki, gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınması və hərbi hissələrə qəbulunun yüksək səviyyədə keçirilməsi əsgər adına verilən qiymətin göstəricisidir. O vurğulayıb ki, iyun ayının 7-dən 11-dək Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq – 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində şəxsi heyətin məşğələlərdə qazandıqları bilik və bacarıqları böyük vətənpərvərlik hissləri ilə nümayiş etdirməsi hərbçilərimizin yüksək peşəkarlığından xəbər verir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz nümunəvi xidmətləri ilə komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.
Tədbirdə əsgərlər müxtəlif ixtisaslar üzrə elementləri praktik yerinə yetiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra “Əsgər marşı” ifa edilib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR