23 Dekabr 2024, Bazar ertəsi

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb.
Yekun tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət ­Həbibbəyli təlimin gömrük xidməti nümayəndələri üçün səmərəli keçdiyini, praktik bilik və vərdişlərin artırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qeyd olunub ki, beş gün müddətində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə edilməsi və riskin müəyyən olunması üsulları ilə bağlı təcrübə öyrədilib. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçirilib.

Bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayan komitə sədri gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqinin uğurlu nəticələr verdiyini önə çəkib.
ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts Naxçıvanda keçirilən təlimin təşkilatçılıq, proqamın əhatəliliyi və iştirakçıların fəallığı baxımından yaddaqalan olduğunu vurğulayıb. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsində maraqlı olduqlarını qeyd edərək yaradılan şəraitdən və göstərilən qonaqpərvərlikdən məmnunluq duyduğunu bildirib.
Sonda ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimini müvəffəqiyyətlə başa vurmuş gömrük əməkdaşlarına sertifikatlar və qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, qonaqlar təlim çərçivəsində Naxçıvanın qədim tarixi abidələrini ziyarət edib, gəzməli-görməli yerləri ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR