23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən yığıncağı idarənin rəisi Mehman Məmmədov açaraq geniş məruzə edib.
Vurğulanıb ki, cari ilin birinci yarısında qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası və illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və tabeliyindəki Dövlət Arxiv təşkilatlarının daim diqqət mərkəzində olub. Bu ilin yanvar ayında istifadəyə verilmiş Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan yüksək şərait bu sahəyə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci il aprelin 12-dən başlayaraq arxiv işinin mövcud qanunvericiliyə və təlimatlara uyğun olaraq qurulması, sənədlərin və kitabların ekspertizasının aparılması, sənədlərin dövrə və mövzuya görə, eləcə də təşkilatlar üzrə yenidən qruplaşdırılması, yararsız vəziyyətə düşmüş sənədlərin, qəzetlərin və fotomaterialların bərpa olunması bu ilin aprel ayında başa çatdırılıb. Həmçinin kitabxanada 1653 adda kitab və jurnal kitabxana qaydalarına uyğun olaraq rəflərə yığılıb, ekspertizadan keçirilərək siyasi əhəmiyyətini itirmiş və yararsız halda olan 601 adda 711 nüsxə kitab və 40 qovluq qəzet məhv edilib.
Mehman Məmmədov Dövlət Arxivinin 2019-cu il illik iş planında kağız əsaslı sənədlərin bərpa edilməsi, sənədlərin tikilməsi və cildlənməsi, kağız əsaslı sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması, sənədlərin elektron daşıyıcılara köçürülməsi və təsviri işlərinin aparılması, həmçinin digər istiqamətlərdə görülən işlər barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, bu ilin may ayında tələbələrin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində təcrübə keçmələri üçün lazımi şərait yaradılıb, tələbələr arxiv işi haqqında ətraflı məlumatlandırılıblar.
Sonda məruzə ətrafında çıxışlar olub. Çıxışlarda 2019-cu ilin ilk 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışılıb.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR