23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır… Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir”.

 Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da sosial-iqtisadi inkişafı təmin edib, quruculuq işləri geniş vüsət alıb, kənd yaşayış məntəqələrində şəhər rahatlığı yaradılıb. İstifadəyə verilən yeni sosial obyektlər kəndlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın bütün bölgələrini əhatə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanması həm də qədim diyarın bütün yaşayış məntəqələrinin, həmçinin kəndlərinin abadlaşmasına verilən yüksək qiymətin ifadəsi kimi diqqəti cəlb edir.

Muxtar respublikanın 200-dən artıq kəndinə çəkilmiş abad yollar, hər bir yaşayış məntəqəsini müasirliyə qovuşduran kənd və xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları kimi yüzlərlə obyekt məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı, naxçıvanlıların Heydər Əliyev ideallarına sədaqəti, vətənpərvərliyi nəticəsində ərsəyə gəlib. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 9,6 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib.

"Şərq qapısı" qəzeti və AZƏRTAC-ın Naxçıvan bürosu son illər abadlaşan, gözəlliyi ilə göz oxşayan Naxçıvan kəndlərində tikilib ucaldılan bəzi sosial obyektlərin fotoşəkillərini təqdim edir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR