23 Dekabr 2024, Bazar ertəsi

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.
Müsahibələrdə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Mərkəzi Seçki Komissiyasında işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Ali Məhkəmə və Təhsil Nazirliyi üstünlük təşkil edib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
27 fevral 2019-cu il tarixdə komissiyanın iclas zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün müsahibəyə hazır­lıq məqsədilə seminar keçirilib.

Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal komissiyanın rəsmi internet portalında yerləşdirilir.
Qeyd edək ki, 40 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib. Test mərhələsində müvafiq keçid balını toplamış 257 namizəddən 239-u müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 25 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilib. Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları komissiyanın rəsmi internet portalında yerləşdirilib, proqramda ümumi, dövlət orqanı və vəzifə üzrə ədəbiyyat siyahıları göstərilib.
Digər dövlət orqanları üzrə müsahibələr komissiyanın rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 18 mart 2019-cu il tarixə kimi davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR