23 Dekabr 2024, Bazar ertəsi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr edilən kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət “Naxçıvan qadınları – 95” adlı sərgiyə baxış olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbir iştirakçılarını və muxtar respublika qadınlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından təbrik etmişdir. Muxtar respublika qadınlarının müxtəlif sahələrdəki uğurlarından danışan Ramilə Seyidova çıxışının sonunda yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə muxtar respublika qadınları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qadınları təbrik ­etmişdir.

Sonra kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və ailə təsərrüfatçısı Sürəyya Quliyeva da çıxış etmişlər. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə fərqlənən qadınlara diplomlar təqdim olunmuş, tədbir iştirakçılarına hədiyyələr verilmişdir. Tədbir konsert proqramı ilə başa çatmışdır.
Həmin gün analoji tədbirlər muxtar respublikanın rayonlarında da keçirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR