23 Dekabr 2024, Bazar ertəsi

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi – 2019”da ölkəmizi layiqincə təmsil ediblər.
Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq “Qış təlimi – 2019”un yekun mərhələsində Türkiyənin müdafiə naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı yüksək səviyyəli qonaqlar günü keçirilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev də yüksək səviyyəli qonaqlar günündə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.
Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə ­qarşılanıblar.
Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış ediblər. Çıxışlarda bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə, 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkli çəkdirilib.

Nəriman Nəcəfov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR