23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədrisin təşkili və səmərəliliyinin artırılması yolları” mövzusunda keçirilən konfransı giriş sözü ilə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq qeyd edib ki, dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutu bakalavr, magistr səviyyələrində kadr hazırlığı ilə yanaşı, muxtar respublikada təkmilləşdirmə və ixtisasartırma sahəsində də təcrübəyə malikdir. Hazırda müəllimlərin təkmilləşdirilməsi üçün institutda hər cür şərait mövcuddur. Əməkdaşlar da öz üzərlərinə düşən işlərin öhdəsindən gəlməyə çalışırlar.
Rektor bildirib ki, müasir dövrdə təhsilin inkişafında ibtidai təhsilin və sinif müəlliminin rolu əvəz­olunmazdır.
Sonra 30 saatlıq ixtisasartırma kursunda iştirak edəcək ibtidai sinif müəllimləri üçün konfrans öz işinə başlayıb.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “İbtidai sinif müəlliminin peşə hazırlığına verilən müasir tələblər”, institutun kabinet müdiri Ruhəngiz Allahverdiyeva isə “İbtidai təhsil üzrə təlim nəticələri və problemlərin həlli yolları” mövzularında çıxış ediblər. 

Sonda kursda iştirak edəcək müəllimlər anket sorğusu ilə ilk məşğələyə başlayıblar.

Pərviz Hacılı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR