24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahəsində həyata keçiri­lən tədbirlərin əhatə dairəsini ­genişləndirmişdir.
Oktyabr ayında Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər Paytaxtının ən yaxşı Tələbə­-Gənclər Təşkilatı” adlı müsabiqə, “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda fotomüsabiqə, tələbələrlə görüş, gənclər arasında “Xəmsə” milli intellektual və “Poliqon” strateji intellekt oyunları keçirilmişdir. Bununla yanaşı, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar gənc­lərin Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında əsgər və zabitlərlə görüşü, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası təşkil olunmuşdur. Ay ərzində Naxçıvan gənclərinin VIII konfransı olmuş, o cümlədən yaradıcı gənclərin, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət müsabiqə keçirilmişdir.

Ötən dövrdə Naxçıvan Şahmat Mərkəzində Şahmat Federasiyasının kuboku uğrunda məktəblilər arasında muxtar respublika birinciliyi olmuşdur. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kamandan oxatma, sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə muxtar respublika birincilikləri, məktəblilərin Naxçıvan Muxtar Respublika Spartakiadası, Naxçıvan Şahmat Mərkəzində internet üzərindən Naxçıvan komandası ilə Qırğızıstan Respublikası Talas şəhərinin komandası arasında şahmat idman növü üzrə beynəlxalq yoldaşlıq görüşü keçirilmiş, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri təşkil olunmuşdur.
Oktyabr ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 15, beynəlxalq turnirlərdə 1, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 1 olmaqla, 17 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR