23 Dekabr 2024, Bazar ertəsi

Culfa rayonunun Dizə Kənd Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimovun məruzəsi dinlənilib. O bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanan, dövlətimizi böhrandan qurtaracaq yeni siyasi qüvvəyə ehtiyac var idi. Belə bir siyasi partiyanın rəhbəri yalnız dahi şəxsiyyət, dünya səviyyəli siyasətçi və döv­lət xadimi, hə­min dövr­də Naxçıvan Mux­­tar Respublikası­ Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyev ola bilərdi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvan şəhərində keçirildi və ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın ­Sədri seçildi.
Ötən illər ərzində muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən ətraflı söhbət açan Qadir İbrahimov bu istiqamətdə Culfa rayonunda da görülən işlərdən danışıb. Qeyd edib ki, Naxçıvanın Şərqə açılan qapısı olan Culfada misligö­rünməmiş quruculuq tədbirləri, abadlıq işləri geniş vüsət alıb. Culfa şəhəri simasını dəyişib, 20 kənd abadlaşdırılaraq müasir yaşayış məntəqələri siyahısına daxil edilib. 17 kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları üçün iş otaqları ayrılıb, hərtərəfli şərait yaradılıb. Hazırda rayon mərkəzində və kənd yaşayış məntəqələrində quruculuq işləri uğurla davam etdirilir, yeni iş yerləri açılır, əhalinin həyat səviyyəsi yüksəlir. Bu tədbirlərdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının üzvləri fəallıq göstəriblər.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, şagirdlər ümummilli liderimizə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda partiya sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

*  *  *

Kəngərli rayonunun Şahtaxtı kəndində keçirilən tədbirdə partiyanın Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva “Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi partiyasıdır” mövzusunda çıxış edib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai­­-siyasi inkişafında müstəsna yeri, əhəmiyyətli fəaliyyəti və əvəzedilməz xidmətləri ilə istisnasız bir tarix yaratmış partiyadır. Bu tarix Azərbaycan xalqının əldə etdiyi milli müstəqillik, istiqlaliyyət, dövlətçilik mübarizəsi və nailiyyətləri ilə qırılmaz surətdə bağlıdır.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası statusu qazandı. Dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, mahir diplomatik-siyasi fəaliyyəti və yenilməz iradəsi ilə qüdrətli bir ölkə quruldu. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin ­rəhbərliyi ilə böyük inkişaf yolu keçib.
Sevda Quliyeva diqqətə çatdırıb ki, muxtar respublikada görülən böyük quruculuq işləri, yaradılan dayanıqlı ictimai-siyasi sabitlik ulu öndərin işıqlı ideyalarına sadiqliyin bariz ifadəsidir. Muxtar respublikamızda əldə olunmuş nailiyyətlər bu yolun uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Tədbirdə mövzu ilə bağlı ­çıxışlar olub.
Sonda partiya sıralarına yeni qəbul olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR