24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açıb.

Bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat ­verməkdir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev çıxış edərək mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəz biliyin qiymətləndirilməsi üzrə 26 illik təcrübəyə malikdir. Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsilin və dövlət qulluğunun müxtəlif sahələrində yüksək əhəmiyyətli qəbul imtahanları və digər prosedurları həyata keçirir. Aparılan tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq mərkəzin fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları təqdimatlar ediblər. Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarə edilməsi məqsədilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri barədə ətraflı məlumat verilib. Konfransda, həmçinin imtahanlarda istifadə olunan materialların hazırlanma prosesindən, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodik vəsaitlərdən, elektron informasiya ehtiyatlarının yaradılmasından, dövlət qulluqçularının reyestri xidmətindən, dövlət qulluğu sahəsində görülən işlərdən, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələrdən də bəhs olunub.
Tədbirin sonunda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər fəxri fərmanla təltif ediliblər.
Qeyd edək ki, konfransda muxtar respublikanın ali təhsil müəssisələrinin, kolleclərin, təhsil şöbələrinin nümayəndələri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR