23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu ­Məsələləri üzrə Komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikası rayon (şəhər) İcra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzusunda seminar keçirilib.
Seminarda muxtar respublikanın rayon ­(şəhər) İcra hakimiyyəti orqanlarının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdirləri və kargüzarlıq işi üzrə məsul olan əməkdaşlarından ibarət 20 dövlət qulluqçusu iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli seminarı giriş sözü ilə açaraq bildirib ki, dövlət orqanlarının fəaliyyəti sənədləşmədə öz əksini tapır. Bu mənada, kargüzarlıq dövlət orqanlarının fəaliyyətlərinin güzgüsüdür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri İlkin Abdullayev “Dövlət orqanlarının kargüzarlıq xidməti əmək­daş­larının qarşısında duran vəzifələr” mövzusunda çıxış edib. Qeyd olunub ki, cari ilin oktyabr ayında kargüzarlığın aparılmasına nəzarət məqsədi ilə muxtar respublikanın rayon (şəhər) İcra hakimiyyəti orqanlarının kargüzarlıq xidmətlərində sənədləşmə qaydalarına baxışlar keçirilib və bir sıra nöqsanlar aşkar edilib. Qeydiyyat jurnallarının və qeydiyyat-nəzarət vərəqələrinin doldurulmasında, kartotekalardan düzgün istifadə edilməsində yol verilən nöqsanlar üzə çıxarılıb. Yoxlamalar zamanı təlimatın tələblərinə riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb və metodik köməklik göstərilib.
Sonra komissiyanın Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli slaydlar vasitəsilə dövlət orqanlarında kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR