24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən yay təlimlərinə start verilib. 

Təlimi giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev iştirakçılara tədbir haqqında geniş məlumat verərək bildirib ki, ötən ay “Sosial şəbəkə akademiyası” layihəsi çərçivəsində gənclər arasında sosial şəbəkələrin düzgün istifadəsi məsələsi haqqında təlim keçirilib, bu ay isə gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində yay təlimləri nəzərdə tutulub. Cəbi Quliyev qeyd edib ki, təlimlər 3 istiqamətdə – “İşgüzar etiket”, “Təqdimat bacarıqlarının inkişafı” və “Vaxtın düzgün istifadə edilməsi” mövzularında olacaqdır.
Daha sonra təlimçi Hüseyn İmanov təlim iştirakçıları ilə işgüzar görüşlər, jest və mimikalar, əl hərəkətləri, işgüzar yeməklər və səfərlər haqqında müəyyən bilikləri paylaşıb. Təlimdə slaydlarla yanaşı, müxtəlif videoçarxlar nümayiş etdirilib, təlim iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim iki gün davam edəcək. Tədbirin ikinci günündə təlimdə fəal iştirak edən gənclər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən hazırlanmış sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR