24 Dekabr 2024, Çərşənbə axşamı

İyulun 4-5-də Naxçıvan şəhərində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Könüllü qayıdış və reinteqrasiya haqqında dialoqun təşkili üçün regional məsləhətləşmə” mövzusunda tədbir keçirilib. İlk gün “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov və Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı ofisinin siyasət məsələləri üzrə baş mütəxəssisi Amr Taha çıxış ediblər. 

Xidmət rəisinin müavini çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti 31 may 2010-cu il tarixdən etibarən fəaliyyət göstərir. Miqrantlara və cəmiyyətə fayda gətirən insani və nizamlı miqrasiya prinsipini əsas götürən Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri müvafiq sahələr üzrə beynəlxalq əməkdaşlığın, əlaqələrin genişləndirilməsidir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının miqrasiya sahəsində çoxcəhətli formada əməkdaşlıq etdiyi əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı çıxış edir. 1996-cı ildə təşkilatın Bakı ofisi yarandıqdan sonra Azərbaycanda miqrasiya sahəsi üzrə müxtəlif yardım və birgə layihələr həyata keçirilib, bu sahədə bir sıra nailiyyətlər əldə edilib.
Diqqətə çatdırılıb ki, readmissiya məsələlərinin tənzimlənməsi istiqamətində ölkələrarası ikitərəfli və çoxtərəfli sazişlər imzalanır. Readmissiya sazişlərinin normal icrası, bir qayda olaraq, dövlətlər qayıdışın təmin olunması üçün proqramlar hazırlayırlar.

Vurğulanıb ki, hazır­da Naxçıvanda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən könüllü qayıdış və readmissiyaya dair ikinci beynəlxalq məsləhətləşmə olduqca əhəmiyyətlidir. Layihənin əsas məqsədlərindən biri bu sahədə Azərbaycan Respublikası ilə digər ­ölkələr arasındakı əməkdaşlığı inkişaf etdirməkdir.
Həmin gün Beynəlxalq Miqrasiya Təşkilatının Vyana ofisinin nümayəndəsi Anna Yansenin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nazim Turabovun, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyindən İlyas Nəbiyevin və digərlərinin çıxışları olub.
Növbəti gün aparılan panel müzakirələrində Beynəlxalq Miqrasiya Təşkilatının Filippin Nümayəndəliyindən Maryore Rongaleriyosun, Niderland Nümayəndəliyindən Olivye Sprinin və Vyana ofisindən Anna Yansenin moderatorluğu ilə Özbəkistan, Nepal, Filippin, Banqladeş, Niderland, Almaniya və Azərbaycandan olan nümayəndələrin təqdimatında “Qəbul edən ölkə perspektivindən qayıdış modeli. Mənşə ölkəsinin təcrübəsi”, “Qəbul edən ölkə perspektivindən qayıdış modeli. Mənşə ölkəsinin və Beynəlxalq Miqrasiya Təşkilatının təcrübələri”, “Hökumətlərarası regional əməkdaşlıq” və “Qayıdı­şın birgə idarə olunması” mövzularında çıxışlar dinlənilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR