24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Yeni yayım və çəkiliş avadanlıqları da həmin sərəncamın icrası çərçivəsində alınıb.

Bu sözləri təqdimat tədbirində Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli deyiblər.
Bildirilib ki, 163 min manat dəyərində olan müasir yayım və çəkiliş avadanlıqları dünyanın qabaqcıl ölkə­lərinin istehsalıdır. Yeni texniki vasitələr teleradionun, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyət imkanlarını daha da artıracaq. Səyyar çəkilişlərin operativliyi, sənədli filmlərin hazırlanması, çəkiliş və efir keyfiyyətinin yüksəldilməsi baxımından da yeni avadanlıqlar mühüm əhəmiyyət kəsb edəcək, tele­radionun maddi-texniki bazasını daha da möhkəmləndirəcək.
Çıxış edənlər muxtar respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaratdığı hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə öz minnətdarlıqlarını bildiriblər.
Komitənin Kompüter şöbəsinin müdiri Elçin Məmmədov yeni avadanlıqları təqdim edib.
Bildirib ki, xüsusi sifarişlə yığılan mobil çəkiliş studiyası və çəkiliş pultu, əlaqə qurğuları, videokamera dəstləri, professional fotokamera, “GoPro” kameraları, “Osmo” hərəkətli kamera, 2 ədəd SDCAM qurğusu, “Dynacord” səs pultu, “Sony” markalı əl mikrofonları, siqnalçevirici qurğular, 600 metrlik HD kabel və qutuları, eləcə də digər avadanlıqlar ən son texnologiyaya əsaslanır.
Avadanlıqların işləmə funksiyaları və keyfiyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, alınan avadanlıqların hər biri 4K keyfiyyətinə malikdir.

NUHÇIXAN informasiya agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR