24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh ­Məhərrəmov dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda Azərbaycanın dünya birliyinə qovuşması, aparıcı dövlətlər tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. O da vurğulanıb ki, bu gün ölkə başçısı cənab İlham Əliyev ümummilli liderin siyasi xəttini layiqincə davam etdirir.
“Ulu öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyində rolu və yeri” adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli qeyd edib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Müstəqilliyimizin əbədiliyinə isə 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısı alınıb.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR