Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin taleyində oynadığı roldan danışılıb. Vurğulanıb ki, 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyətinin dövründə ilk milli ordumuzun yaradılmasına nail olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərovun təbrik məktubu şəxsi heyətə çatdırılıb.
Vurğulanıb ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu qorumaq lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət və qazanılan uğurlar müstəqilliyimizi daha da möhkəmləndirir.
Sonda Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən sənədli filmə baxıb.
Xəbərlər şöbəsi