24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 12-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, həmin dövrdə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqlarının tanınmasından, qadınlara seçki hüququnun verilməsindən və digər tədbirlərdən bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi geniş qeyd edilir.
Baş konsul ötən əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqillik qazandığını və bu zaman üzləşdiyi çətinlikləri diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd etmişdir.

Diqqətə çatdırılmışdır ki, dahi şəxsiyyət xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz düşdüyü bəlalardan xilas olmuş, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılmış və əbədi xarakter almışdır. Bu gün ulu öndərin siyasi xətti Azərbaycanda davam etdirilir, dünya ölkələri ilə münasibətlər genişləndirilir. Dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafı da, bu mənada, mühüm əhəmiyyət daşıyır. Son illər hər iki ölkə prezidentlərinin həyata keçirdiyi rəsmi səfərlər, imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Rəhim Şöhrətifər 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırmış, İran-Azərbaycan əlaqələrinin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” videoçarxı nümayiş olunmuş, ziyafət verilmişdir.
Rəsmi qəbulda İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin mədəniyyət və islami irşad idarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Şərqi Azərbaycan Vilayətinin turizm, əl işləri və mədəni irs təşkilatının baş direktoru Murtəza Abdar, Şərqi Azərbaycan vali­li­yinin siyasi, seçki və ərazi bölgüsü məsələləri ofisinin rəhbəri Rza Ustad Rəhimi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR