25 Dekabr 2024, Çərşənbə

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Naxçıvan özünün ağır günlərini yaşayırdı. Sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən hücuma məruz qalan, dincliyi əlindən alınan və blokadaya salınan Naxçıvanda iqtisadi və siyasi böhran daha da dərinləşmişdi. Məhz belə bir dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də muxtar respublikaya gəlişi naxçıvanlılara böyük ümid və sevinc bəxş etdi. O dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdi. Sonralar ulu öndərimiz Heydər Əliyev bu barədə belə deyəcəkdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Mos­kvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.
Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi tarixi zərurətdən yaranmışdır. Böyük şəxsiyyət üçün Vətənin dar günündə xalqının yanına qayıtmaq, onunla bir yerdə olmaq çox vacib və əhəmiyyətli idi. Ümummilli liderimizin Naxçıvana qayıdışı Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı olmuş, müstəqilliyimizin təməl daşları Naxçıvanda qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin dövrü belə xarakterizə etmişdir: “Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyev və xalq amili bir daha fəal siyasi müstəvidə birləşdi. Xalqımızın böyük oğlunun qayıdışı Azərbaycan adlı parçalanmış, qan içində olan, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq gətirdi”.

Ardını oxu...

İclasda altı ayda görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib.
Təşkilatın sədri qeyd edib ki, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi yeri olan Yeni Azərbaycan Partiyası 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında birləşən xalqın aparıcı və mütərəqqi qüvvələrinin istəyi ilə yaradılıb, bu gün üzvlərinin sayı artıq 700 mini ötüb. Gündən-günə inkişaf edən, yeniləşən ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız Heydər Əliyev ideyaları işığında özünün yüksək inkişaf mərhələsini yaşayır.
Əmir Babayev Azərbaycanda, o cümlədən muxtar respublikamızda gedən tikinti-quruculuq, abadlıq tədbirlərindən, aqrar sahənin, sənayenin və istehsal müəssisələrinin inkişafından, yaşıllıq tədbirlərindən danışıb, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının altı aylıq fəaliyyətinə diqqəti cəlb edib. Bildirib ki, bu müddətdə təşkilatın şura və idarə heyətinin üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar. Görüşlərdə, həmçinin mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında qarşıya qoyulan vəzifələr və bu vəzifələrin icrası istiqamətində görüləcək işlərdən danışılıb.

Ardını oxu...

Şura iclasında 2017-ci ilin birinci yarımilinin yekunları müzakirə edilib, qarşıda duran ­vəzifələr müəyyənləşdirilib.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva iclasda çıxış edərək bildirib ki, ölkəmizin bugünkü inkişafında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir.
Gündən-günə gözəlləşən, yeniləşən Naxçıvan Muxtar Respublikası da məhz Heydər Əliyev ideyalarından güc alaraq özünün yeni inkişaf mərhələsini yaşayır. İnkişaf və tərəqqiyə qovuşmuş Kəngərli rayonu da müstəqil Azərbaycanın bəhrəsi kimi həyata keçirilən siyasətin məzmununu özündə əks etdirir. Rayonda əhalinin rahat, firavan yaşayışı üçün həyata keçirilən tədbirlər dövlətimizin və partiyamızın məqsədini bütün aydınlığı ilə ifadə edir. Buna görə də rayon əhalisi xalqa əmin-amanlıq və firavan həyat bəxş edən Heydər Əliyev siyasətini dəstəkləyir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əliyev, Elxan Novruzov və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub. Çıxışlarda hərəkətin təhlükəsizliyi və nizam-intizam qaydalarının möhkəmləndirilməsi, muxtar respublikada taksi fəaliyyətinin təkmilləşdirilməsindən söhbət açılıb. Qeyd edilib ki, bu gün sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirilir. Avtomobil nəqliyyatı ilə sərnişindaşımanı yerinə yetirən sürücülərin nizam-intizam qaydalarına əməl etmələrini yoxlamaq məqsədilə reydlər keçirilir, qanun pozuntusuna yol verən sürücülər aşkar edilir.
Bildirilib ki, sərnişin və yük daşınmaları ilə məşğul olan sürücülərin başlıca vəzifələrindən biri də avtomobillərini vaxtında texniki müayinədən keçirmələridir. Bu məqsədlə müntəzəm reydlər aparılır, avtonəqliyyat vasitələrində aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Nəqliyyat vasitəsi yola düşməzdən əvvəl sürücü tərəfindən onun texniki cəhətdən sazlığı yoxlanılmalı, yol hərəkətinin və daşımaların təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Nəqliyyat vasitəsi müəyyən edilmiş sürət həddini keçməməli, marşrut qrafikinə əməl olunmalıdır.
Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

 Nail ƏSGƏROV

Hər bir ölkənin inkişafında və gələcəyində sağlamdüşüncəli, qətiyyətli, bilikli, mənsub olduğu xalqın milli və mənəvi dəyərlərini yaxşı mənimsəmiş gənclər mühüm rol oynayır. Buna görə də gənclərin düzgün yetişdirilməsi, onların lazımi bilik və vərdişlərə yiyələnmələri qarşıda duran əsas vəzifələrdən biridir. Çünki dövlətçiliyin, müstəqilliyin daha da möhkəm­ləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların hazırlanmasından, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə görülən işlər, şübhəsiz ki, həmin dövlətin gələcəyinə hesablanmış siyasətin tərkib hissəsidir. 

Bəs şəhərimizdəki Gənclər Mərkəzi bu istiqamətdə hansı işləri görür? Elə bu sualla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevə müraciət etdik. O, bizimlə söhbətində əvvəlcə dövlət-gənclər siyasətindən danışaraq bildirdi ki, müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, onların müxtəlif sahələrdə irəli çəkilməsi, uğurlarının qiymətləndirilməsi bu siyasətin əsasını təşkil edir. Xüsusilə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bu sahədə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, verilən konkret tapşırıqlar, bu mənada, mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən yüksək diqqət və qayğının növbəti ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları düşmüş istedadlı gənclərə təqaüdün verilməsi ilə bağlı qaydalar təsdiq edilmişdir. Həmçinin gənclər üçün Naxçıvan şəhərində Gənclər Mərkəzi inşa olunmuş, dövlət-gənclər siyasətinin davamı olaraq Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada yaradılmış Gənclər Fondunun fəaliyyəti təmin edilmişdir. Bütün bunlar isə gənc­lərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının iyulun 14-də Heydər Əliyev Muzeyində keçirdiyi tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açıb. O, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və milli-mənəvi yüksəlişindən danışaraq bildirib ki, Azərbaycan milli şüurunun böyük himayədarı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb.

Qeyd olunub ki, ümummilli liderin bütün həyatı və fəaliyyəti Naxçıvanla daim sıx bağlı olub. Belə ki, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə görkəmli dövlət xadimi dəfələrlə Naxçıvana gəlib, hər səfərində sosial-iqtisadi inkişafla bağlı məsələləri araşdıraraq, muxtar respublika sənayesi və kənd təsərrüfatının aktual problemlərini diqqət mərkəzində saxlayıb, onların təcili həlli üçün müvafiq qərarlar qəbul edib və bütün zəruri addımları atıb. Nəticədə, Naxçıvan ötən əsrin 70-80-ci illərində özünün sosial-iqtisadi inkişafında sürətli yüksəliş mərhələsini yaşayıb, qısa müddətdə intensiv inkişafa nail olub. Naxçıvan Muxtar Respublikasında sənaye məhsulu istehsalının ümumi həcmi 1970-ci ilə nisbətən 1985-ci ildə 4,6 dəfə çoxalıb. 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafına 900 milyon manat sərmayə yatırılıb, onun orta illik həcmi 60 milyon manat təşkil edərək əvvəlki 10 ilin göstəricisindən 2,9 dəfə çox olub. Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 783 milyon manatlıq əsas fondlar istifadəyə verilib. Həmin illərdə muxtar respublikada tikilmiş 21 sənaye müəssisənin 16-sı iri müəssisələr idi. 1970-1985-ci illər ərzində kənd təsərrüfatının bütün əsas məhsulları üzrə əhəmiyyətli artım müşahidə olunub, əməyin fondla təchizatı 2,6 dəfə, təsərrüfatın mineral gübrələrlə təminatı 4 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlib. Naxçıvanda su təsərrüfatı problemlərinin həllinə 119 mil­yon manat vəsait yönəldilib, 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilib, su anbarlarının ümumi sayı 22-yə çatdırılıb.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov 2017-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran ­vəzifələrlə əlaqədar məruzə edib.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 48-ci ildönümü ərəfəsində keçirilən iclasda məruzəçi vurğulayıb ki, ulu öndərin 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəlişi Azərbaycanın tarixində yeni səhifə açdı. Qısa müddət ərzində ölkəmiz nəinki keçmiş SSRİ miqyasında, hətta bütün dünyada tanındı.
Bildirilib ki, 1969-cu ildən başlanan kompleks inkişaf dinamikası Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı sıralarda qərar tuturdu. Ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış qərarlar bu geriliyin aradan qaldırılması və Naxçıvanın inkişaf yoluna çıxarılmasında mühüm rol oynadı.

Ardını oxu...

Azərbaycanın iyirminci əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin ­ 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər ­seçilməsi ölkə­mizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanmışdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Ulu öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmışdı.
Türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamış, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkə­sinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Heydər Əliyev lektoriyasının 215-ci məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu olduğunu deyib. Vurğulanıb ki, xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyət dövlətçilik tariximizdə görkəmli siyasi xadim Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə milli inkişaf platformasını gerçəkləşdirməyə müvəffəq olub ki, bu da, öz növbəsində, Azərbaycanı dövlət müstəqilliyinə hazırlamaq idi. Diqqətə çatdırılıb ki, yaşadığımız bu firavan günlərin, neçə-neçə aydın səhərlərin, əbədi və dönməz müstəqilliyin təməli məhz o illərdə qoyulub. Bu mənada, ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcıdır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərindəki fəaliyyəti dövründə Azərbaycanı müstəqil gələcəyə aparan məqsədyönlü siyasətindən danışıb.
Bildirilib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə kənd təsərrüfatının və sənayenin müxtəlif sahələri inkişaf etdirilib, ölkədə 250 yeni müəssisə yaradılıb. Yeni ali və orta ixtisas təhsili müəssisələri açılıb, gənclərimizin digər respublikalarda ali təhsil almaları təmin olunub. ­Görkəmli dövlət xadiminin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikasına çevrilib və öz güclü iqtisadi potensialını, intellektual bazasını yaradıb.
İsa Məmmədov deyib ki, ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə atdığı qətiyyətli addımlardan biri də Babək rayonunun yaradılmasıdır. 1978-ci ildə yaradılmış rayon dahi şəxsiyyətin ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük mübarizənin qələbəsi idi. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən ulu öndərin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter alıb. Bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. Dahi şəxsiyyətin ideyalarının sədaqətlə həyata keçirildiyi bu qədim diyar özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Naxçıvanın sosial-iqtisadi uğurları günü-gündən artmaqdadır.
Sonra Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədlinin və Təhsil Şöbəsinin müdiri, şura üzvü Ovni Muradovun çıxışları olub.
Sonda tədbir iştirakçıları ulu öndərə həsr olunmuş “Ən böyük azərbaycanlı” adlı sənədli filmə tamaşa ediblər.

Muxtar Rzazadə

“Ümidlər doğrulacaqmı?” və ya dünəndən bu günə qısa ekskurs

Muxtar respublikamızın düşdüyü blokada şəraitində yarımçıq qalmış tikililərin taleyindən söhbət açmaq bəlkə də yersiz görünür. Amma elə məsələlər var ki, onlar barədə susmaq, söz deməmək olmur. Axı bu problemlər çoxlarının hər gün üzləşdiyi çətinliklərdəndir. Güznüt kənd 8 illik məktəbinin müəllim və şagirdlərinin illərdən bəri həsrətini çəkdikləri məktəb binası. O məktəb binası ki, təməli 7-8 il bundan əvvəl qoyulub. O vaxtlar nə blokada var idi, nə də ki, material qıtlığı. Nədənsə, hansı biganəliyin ucbatındansa 464 yerlik məktəb binasının tikintisi ildən-ilə keçirildi və nəhayət indiki şəraitdə tamamilə unuduldu.
Vaxtilə köhnə, yöndəmsiz məktəb binasının yanında, idman meydançasının ərazisində yerləşəcək məktəb binasının özülü qazılanda, burada qrunt sularına qarşı borular düzüləndə, nəhayət beton bloklar hazırlananda çoxları sevindi. Məktəblilər inandı ki, nəhayət 2 min nəfərə yaxın əhalisi olan Güznüt kəndində də məktəb binası tikiləcəkdir. Amma əfsuslar olsun ki, bu sevinc, bu arzu illər uzunu şagirdlərin ürəyində qaldı.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “14 iyul 1969-cu il: Azərbaycanın yeni tarixinin başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib. Müzakirələrdə təşkilatın sədr müavini İbrahim Hənifəzadə, idarə heyətinin üzvü Ünbülbanu Musayeva, partiya veteranı Musa Şir­əliyev, Cəlilkənd tam orta məktəbinin direktoru Eldəniz Musayev, Zeyvə kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimov və başqalarının çıxışları dinlənilib.

Qeyd olunub ki, ötən əsrin altmışıncı illərinin sonunda Azərbaycanda ciddi dəyişikliyə zəruri ehtiyac yaranmışdı. Bu dəyişiklik məhz 1969-cu il iyulun 14-dən başlandı. Həmin tarixdə dahi şəxsi­yyət Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən qısa vaxt sonra respublikada tənəzzülün qarşısı alındı, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində inkişaf dövrü başlandı. 1969-1982-ci illərdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Bu illər ərzində şəhər və rayonlarda böyük sənaye-istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, parklar, mehmanxanalar, iri şərab və konserv zavodları, çay, tütün fabrikləri tikildi. Kənd təsərrüfatı inkişaf etdirildi, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirildi, nəhəng meliorativ qurğular tikildi.

Ardını oxu...

Sədərək rayonu

Yolumuz Sədərək rayonunadır, illərdən bəri düşmən qarşısında alınmaz qalaya, keçilməz səddə çevrilən Sədərəyə. Qaraqoyunlu və Ağqoyunlu dönəmində Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri Sədərək olub, XVI əsr mənbələrində sultanlıq kimi təqdim olunur. Fransız səyyahı Jan Şarden yazır ki, Sədərək adlı şəhərciyin yanından keçdik, mahalın sultanı da bu şəhərcikdə yaşayır.
Şarden ciddi bir adam idi. Ömrünü bir neçə il İranda və Azərbaycanda keçirmişdi, bu yerlərə də yaxşı bələd idi. Ermənilərdən bəhs edərkən bildirir ki, onlar “çox yoxsul, fəlakətli, nadan və cahil bir millətdir”. Bəli, o vaxtlar Naxçıvanın 11 mahalından biri, həqiqətən, Sədərək idi.
Sədərək şimalda və şərqdə dağlıq, Arazboyu hissədə tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən ibarətdir. Şimal-qərbdən Sarıbulaq dağının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir, Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı dağları təbii sipər kimi Sədərəyi əhatəyə alıb.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, iyulun 7-8-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib. Plenar və bölmə iclaslarından sonra konfrans iştirakçıları muxtar respublikanın türk-islam mədəniyyətini özündə əks etdirən abidələrlə tanış olublar. Səfər müddətində Naxçıvanın türk-islam mədəniyyəti ilə yaxından tanış olan konfrans iştirakçıları öz təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə də bölüşüblər.
Nailə Vəlixanlı – Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik: – Naxçıvan təkcə Azərbaycanın deyil, dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Muxtar respublikada türk-islam mədəniyyətinin izlərini özündə yaşadan çox əhəmiyyətli abidələr var. İstər İslamdan əvvəl, istərsə də sonrakı dövrlərdə burada yaradılmış abidələr Naxçıvanın tarixini, zəngin mədəniyyətini özündə əks etdirir. Bu abidələr tarixin çətin sınaqlarından keçərək bu günümüzədək gəlib çatıb. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə belə abidələrimiz yenidən bərpa olunub, onlara ikinci nəfəs verilib. Bu abidələrin varlığı onu göstərir ki, Naxçıvan qədim türk yurdudur və yerli əhali əsrlərboyu burada yaşayaraq özünün tarixini, əvəzolunmaz mədəniyyətini yaradıb. Bu baxımdan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci ildə öz tarixini, mədəni zənginliyini təbliğ etmək üçün geniş imkanları yaranacaq və inanırıq ki, bu zənginliklə bütün İslam dünyası tanış olacaq.

Ardını oxu...

Adətən, təyyarədə getdiyim yer, ölkə haqqında fikrə dalır, bir də səfər proqramını düşünürəm. Naxçıvana səfər zamanı da adətimə xilaf çıxmadım. Tanrı bu qədim diyarı sanki qürur, öyünc, qəhrəmanlıq rəmzi kimi yaradıb. Tarixin müxtəlif dövrləri canlanır yaddaşımda.

Naxçıvan ərazisi ən qədim insan məskənlərindən biri olsa da, yazılı mənbələr antik və orta əsr tarixçi və coğrafiyaşünaslarına məxsusdur. Şəhər haqqında ilk yazılı məlumatı yəhudi tarixçisi və sərkərdəsi İosif Flavi və yunan coğrafiyaşünası Klavdi Ptolemey vermişlər. Ptolemeyin “Coğrafiya” əsərində şəhərin adı Naksuana kimi göstərilir.
Eramızdan əvvəl IX-VI əsrlərdə Naxçıvan Manna və Midiyanın, VI əsrin ortalarından Əhəmənilərin, IV əsrdən I əsrin ortalarınadək Kiçik Midiyanın – Atropatenanın, bizim eranın I əsrindən Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur.
Sasanilər dövründə Naxçıvan hərbi-strateji mərkəz kimi sürətlə inkişaf etmişdir. Həmin dövrdə Naxçıvanda gümüş pul zərb olunurdu. 654-cü ildə Naxçıvan Ərəb xilafəti tərəfindən tutulur. İki il sonra Naxçıvan qalası yaxınlığında xilafət və Bizans qoşunları arasında ağır döyüşlərdən sonra Naxçıvan Bizansa qarşı mübarizədə güclü hərbi-inzibati mərkəzə çevrilir.
IX–X əsrlərdə Sacilər, Salarilər və Rəvvadilərin tərkibində olan Naxçıvanda X əsrin sonunda Naxçıvanşahlıq feodal dövləti yaranır.

Ardını oxu...

Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvana səfəri müddətində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn səfirə mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir.
Səfir Naxçıvan Günəş Elektrik Stansiyası ilə də tanış olub. Burada bildirilib ki, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Günəş Elektrik Stansiyasıdır. Stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilib. Stansiyada 78 min 684 ədəd ən müasir günəş panelləri quraşdırılıb.

Ardını oxu...

Salam! Bu məktubu sənə sevgiylə, qürurla yazıram. İlk dəfədir ki, səndən bu qədər uzun müddətə ayrı qalıram. İlk göz ağrım, tək övladım olduğundan səni gözümdən kənara qoymazdım. Yadındadır, paytaxt şəhərə təhsil almağa getməyə qərar verdiyində müdaxilə etməsəm də, qəlbimdə incimişdim səndən. Ana ürəyidir, sonra yenə barışıb, qərarın nə olursa-olsun, dəstəkləmişdim səni.
Amma, gözümün nuru, səni kimsəyə etibar etməyən anan Vətənə etibar etdi. Həmişə özün deyirdin: Vətən anadır. Mən səni ikinci anana etibar etdim. Ona görə də gözüm arxada deyil. Əsgər anasıyam mən, sən Vətənin keşiyinə getdiyin gündən. Görürsən, necə qürurla səslənir: əsgər anası.

Ardını oxu...

İslam mədəniyyətinin yaşadılması, onun daha da genişləndirilməsi bu gün sayı 2 milyarda çatan müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin qorunması üçün olduqca zəruridir. Xalqımızın qədim tarixi keçmişi ərzində islami dəyərlərə sadiqliyi, müstəqil Azərbaycan dövlətinin bu dəyərlərə sahib çıxaraq onu daha da zənginləşdirməsi yolunda atdığı addımlar bu baxımdan əhəmiyyətlidir. Bu, ölkəmizin təkcə İslam dünyası ilə deyil, bütün tərəqqi­pərvər bəşəriyyət ilə qurduğu çox uğurlu dialoqun bariz nümunəsidir. 2009-cu ildə ölkə­mizin paytaxtı Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı olması və gələn il respublikamızın digər elm və mədəniyyət mərkəzinin, beş min ildən çox tarixə malik Naxçıvan şəhərinin bu missiyanı yerinə yetirməyə hazırlaşması Azərbaycanın İslam dünyasında nə qədər vacib bir məkan olduğunu bir daha sübut edir.
“İslam Mədəniyyəti Paytaxtı” bütün İslam aləmini əhatə edən genişmiqyaslı bir layihədir. Hər il Asiya, ərəb ölkələri və Afrika qitəsi regionları üzrə bir şəhərin İslam mədəniyyətinin paytaxtı seçilməsi onların islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən qaynaqlanır. 2005-ci ildə İslam dünyasının mərkəzi Məkkə şəhərinin paytaxt elan olunması ilə başlayan bu layihədə yer alan müsəlman ölkələrinin şəhərləri arasında ölkəmizin paytaxtı ilə yanaşı, Naxçıvan şəhərinin də yer alması bir sıra cəhətlərinə görə olduqca diqqətçəkicidir. Belə ki, çox az sayda ölkənin iki şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi, bu mənada, respublikamızın bu coğrafiyadakı nüfuzundan xəbər verir. Çünki Azərbaycan xalqı İslamın ali dəyərlərinə qəlbən bağlılığı, heç bir çətin sınaq qarşısında inancından dönməməsi, dünyaya örnək olan tolerantlığı və qonaq­pərvərliyi ilə daim seçilib. Azərbaycanlı din və elm xadimlərinin, mütəfəkkir, şair, yazıçı, aşıq və memarların irs qoyduğu əsərlərdə açıq görünən insana sevgi, qadına hörmət, qocaya və uşağa nəvaziş kimi dərin humanist duyğular İslam mədəniyyəti ilə həm­ahəng səslənən ən dəyərli çağırışlardır. Müstəqil Azərbaycan Respublikasının hər bir qarışında sivil cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən bütün işlərdə sosial ədalət və humanizm prinsiplərinin ön planda tutulması, insan hüquq və azadlıqlarına verilən diqqət ölkəmizə təkcə İslam dünyasında deyil, eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Azərbaycan təkcə müsəlmanlar üçün deyil, digər inanc sahiblərinin də rahat yaşadığı nadir ölkədir. Respublikamız İslam tarixində mühüm rol oynamış tarixi şəxsiyyət­lərə, onların adını daşıyan ziyarətgahlara və digər müqəddəs yerlərə son dərəcə həssas münasibət göstərilən bir məkan kimi bütün müsəlmanlar tərəfindən sevilir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının bu il martın 16-da keçirilən iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri fəaliyyətin təşkili ilə bağlı konkret tapşırıqlar vermiş, yeni istiqamətlər müəyyənləşdirmişdir.
Ötən dövrdə verilən tapşırıqların icrası diqqətdə saxlanmışdır. İyun ayında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və onun rayon (şəhər) təşkilatlarında 8 İdarə Heyətinin iclası və 15 müxtəlif tədbir keçirilmişdir. Həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon (şəhər) təşkilatları Gənclər Birliyinin xətti ilə 8 müxtəlif tədbir keçirmiş, bu tədbirlərdə 600-ə yaxın yeniyetmə və gənc iştirak etmişdir. Qadınlar Şurası tərəfindən isə kənd yaşayış məntəqələrində qadınlarla görüşlər təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən 28-30 iyun tarixlərdə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Yay məktəbi” təşkil olunmuşdur. “Yay məktəbi”ndə Naxçıvan Dövlət Universitetindən 5 nəzarətçi­-müəllim və 60 tələbə iştirak etmişdir.
İyun ayında gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqət artırılmış, 196 nəfər partiya sıralarına qəbul edilmişdir ki, onlardan da 192-si gəncdir.

Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi

O Naxçıvandır, tarixini qeyrətdən, mərdlikdən, mübarizlikdən yazmış, bu gününü daim yeniləşən gözəllik üstündə quran həmin Naxçıvan... Düşmən Ermənistanın, qardaş Türkiyənin və İranın əhatəsində fiziki sərhədləri ilə bir adadır. Həm də tək buna görə yox, eyni zamanda misilsiz çətin şəraitdə və mürəkkəb imkanlar çərçivəsində qeyri-adi sürətlə inkişaf etdiyinə görə də adadır.

Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində onu ağır blokada şəraitinə məhkum edən açıq və örtülü düşmənlərin hesabları başqa idi: Naxçıvanın məhv olacağına və əhalisinin kütləvi şəkildə köç edəcəyinə ümid bəsləyərək qara-qura planlar cızır, canını qurtarıb İrana, Türkiyəyə, başqa yerlərə səpələnmiş naxçıvanlıların miskin taleyini xəyalən göz önünə gətirərək feyzyab olurdular. Beləcə, ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan bir-birinə tam əks qüvvələrin arasında rəngi boz, cüssəsi zəif, bənizi solğun, mənən düşkün, gələcəyə inamsız görünən səssiz və hərəkətsiz bir məmləkət halında idi. Məmləkəti xilas etmək üçün çarpışan milli dövlətçi qüvvələrin onun bütün ağırlıqlarını öz çiyinlərinə almağa çalışdığı bir vaxtda Ermənistanın timsalında açıq və bəzi pərdələnmiş düşmənlər bu diyarın qanına susamış vəziyyətdə öz məkrli planlarının arxasında idilər. Tarixlər qədər yaşı olan xeyir-şər qarşı­durmasının başqa bir formada davamı və təzahürü olan bu amansız qarşıdurmanın müsbət sonluğuna ümidlə yanaşanlar bir güclü arqumentə söykənirdi: Naxçıvanın “əjdaha” planlarından nicatı naminə mücadiləyə atılan xeyir qüvvələrin liderliyini təcrübəli və ağıllı dövlət xadimi Heydər Əliyev öz üzərinə götürmüşdü. Ulu öndər Heydər Əliyevin başlatdığı bu yolda nələrin baş verdiyini yalnız bu prosesin iştirakçıları bilir, sonundan isə hamının xəbəri var. Naxçıvan daim yeniləşən, dəyişən, hərəkətli, cazibədar məkana çevrilib. Çevrilməsəydi, onun insanlarına xas qonaqpərvərlik, mərdlik, mübarizlik, vüqar, əzəmət, kişilik kimi dəyərləri də həmişəlik itirilə bilərdi. Demək, Naxçıvanı “a”-dan “z”-dək dəyişə bilənlər bu dəyişmə prosesinin içində məmləkətin xarakterik regional və milli-mənəvi dəyərlərini də xilas və hifz edə biliblər.

Ardını oxu...

Ötən ayın mənzərəsini məhz belə ifadə etmək olar


Heç kəsə sirr deyil ki, hər bir ölkənin, məkanın xoşbəxt gələcəyini bu gün həyata keçirilən praqmatik siyasət müəyyənləşdirir. Çünki yalnız belə idarəetmə məsələlərə konstruktiv yanaşmanı təmin edərək, siyasi və iqtisadi gələcəyimizi uğurlu şəkildə modelləşdirə bilər.

Ardını oxu...

Hər dəfə Naxçıvana yolum düşəndə, hər dəfə Azərbaycanımızın bu əsrarəngiz bölgəsini qarış-qarış gəzəndə özümə söz verirəm ki, bu yerlərdən aldığım təəssüratdan fərqli bir şey yazacam. Amma Naxçıvana hər gəlişimdə o qədər heyrətlənirəm ki, gördüklərim qələmə sığmır. Çünki bu gün Naxçıvan gül-çiçək içində baş qaldırmış möhtəşəm bir qalaya bənzəyir. Və hər dəfə də Naxçıvandakı bu dəyişikliyi görəndə öz-özümə sual verirəm: Nə baş verir? İdarəetməmi dəyişir? İnsanlarmı?
Budəfəki səfərimdə bu suallara cavab tapa bildim. Naxçıvanda, naxçıvanlılarda FİKİR İNQİLABI baş verib.Yeddidən yetmiş yeddiyə hamı bu Vətəni bütün varlığı ilə sevir – onun sahibi kimi, onun əsgəri kimi, onun fəhləsi, ziyalısı və nəhayət övladı kimi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə media kapitanlarının Naxçıvan səfəri zamanı bu bölgənin hər yerini gəzdik, insanlarla söhbət etdik, bizi maraqlandıran xeyli suallar verdik. Cavablar bu yavru Vətənə məhəbbət, hörmət və ehtiramla dolu. Qürur duyduq...

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbay­can Respublikası Prezidentinin 2017-ci il 31 may tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
İyulun 5-də keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan Şəhər Təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanlara uğurlar arzulayıblar.
Valideyn Qiyami Qədimov çağırışçı gənc­lərə xoş arzularını çatdırıb. Çağırışçılar adından çıxış edən Əli İbrahimbəyli Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verib.

Ardını oxu...

Həyatımızın bütün sahələrində muxtar respublikamızda bərqərar olunmuş dinamik sosial-iqtisadi inkişafın bəhrələrini görmək mümkündür. Region sakinlərinin layiq olduğu səviyyədə yaşamasına yönəldilmiş tədbirlərin reallaşdırılması, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində görülən işlər də həmin tədbirlərin tərkib hissəsidir və insanlar tərəfindən rəğbətlə qarşılanır. Bunun ifadəsi kimi 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyar xidmətin fəaliyyəti hər bir naxçıvanlı tərəfindən yüksək qiymətləndirilir.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevin sözlərinə görə, səyyar xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara verilməsinə imkan yaradıb.

Ardını oxu...

Pakistanın dailyparliamenttimes.com portalı, “Parliament Times” qəzeti və internet versiyasında ingilis dilində “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı 2018” adlı məqalə dərc olunub.
Məqalədə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçildiyi bildirilir, Naxçıvan Muxtar Respublikasının tarixi keçmişinə, iqtisadi nailiyyətlərinə və turizm potensialına geniş yer verilir.
Məqalədə Azərbaycanın tərkib hissəsi olan muxtar respublikanın özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 deputatın seçilməsi və Ali Məclis Sədrinin muxtar respublikanın yüksək vəzifəli şəxsi olması haqqında məlumat verilir. Qeyd olunur ki, bu diyarda 5 minillik tarixə malik şəhər mədəniyyəti mövcuddur. Naxçıvan Şərq sivilizasiyasının beşiyi olmaqla yanaşı, dünyanın ticarət, sənətkarlıq, elm və mədəni mərkəzlərindən biri hesab edilir.
Naxçıvan Muxtar Respublikasının tarixinə yer verən müəllif Naxçıvanın vaxtilə əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulmuş Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu, həmin dövrdə də Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünyada şöhrət qazandığı qeyd olunur. Məqalədə 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra təcavüzkar Ermənistanın Naxçıvanı ilhaq etmək siyasəti yeritməyə və dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar həyata keçirməyə başladığı, lakin Naxçıvan əhalisinin bu bölgənin Azərbaycanın tərkibində qalması üçün böyük əzm göstərdiyi vurğulanır. 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi və həmin il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinin Naxçıvanın gələcək taleyinin həll edilməsində əhəmiyyətli rol oynadığı, nəticədə, Naxçıvan Muxtar Diyarının əsasında 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının təsis edildiyi diqqətə çatdırılır.

Ardını oxu...

Yolum Şərur elinə düşəndə beynimdə həmişə fərqli düşüncələr dolaşır. İstər-istəməz xəyal gəmisində illər öncəyə qayıdır, tarixə qısa səyahət edirəm.
Şüşə kimi yolları, şoran torpaqlarda bu gün qol-budaq atan ağacları, ilan mələyən, tikan-qanqal basmış düzlərdə dəniz kimi dalğalanan taxıl zəmilərini, kərpic-kərpic tikilən Kəngərli rayonunu, Şərurun yan-yana düzülmüş abad kəndlərini, Arpaçaydan evlərə süzülən nuru, işığı, zəmilərə axan bərəkəti, Oğlanqalada, Qızqalada vərəqlənən tariximizi, göz işlədikcə uzanan düzənliklərdə soğan, kartof, taxıl əkən zəhmətkeş insanları, bara dolan meyvə bağlarını görəndə insan muxtar respublikanın digər bölgələri kimi, bu yerlərin də çox dəyişildiyinin şahidi olur. Xüsusilə bu günlərdə dalğalı dənizi xatırladan taxıl zəmiləri adamı illər öncəyə aparır, çörək növbələri, un qıtlığı yada düşür.
Yaxşı yadımdadı, 1990-cı illərdə dağ kəndlərinə, eləcə də böyüdüyüm Kükü kəndinə ara-sıra un maşını gələrdi və camaat zor-bəla ilə bir kisə un alardı. Yəni insanlar şəhərdə çörək növbəsinə, kənddə un növbəsinə durmağa məcbur idilər. Müharibə gedirdi, Naxçıvan blokadaya salınmışdı, ölkənin başında oturanlar xalqın, dövlətin yox, kreslolarının qeydinə qalırdı, bir sözlə, gündəlik çörək tapmaq müşkül məsələyə çevrilmişdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, cari ilin iyun ayı ərzində Xidmət miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirib. Ötən ay Xidmət tərəfindən muxtar respublikada olma, müvəqqəti yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərinin pozulması üzrə 37 əcnəbi aşkarlanıb. Onlardan 27-si barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 5-i barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. 5 əcnəbinin isə ölkə ərazisində yaşaması leqallaşdırılıb.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1338 müraciət daxil olub. Bu müraciətlərdən 83-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı Xidmət tərəfindən 1255 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 365-i Xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin yaradılmasının 20 illiyi münasibətilə lektoriyanın 214-cü məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Heydər Əliyev Universitetinin milli dövlətçilik, Azərbaycançılıq ideologiyası, siyasi mədəniyyət və tərbiyə məktəbi olduğunu vurğulayıb. Rektor Azərbaycan xalqının müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən, bu yolda ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərdən, dövlət müstəqilliyimizin bugünkü nailiyyətlərindən danışıb. Qeyd olunub ki, lektoriyanın fəaliyyət göstərdiyi 20 il ərzində ümummilli liderin məqsədyönlü və çoxillik dövlətçilik fəaliyyətinə həsr edilmiş məşğələlər dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Heydər Əliyev Universitetinin əməkdaşı Şərəbanı Məmmədova “20 illik dövlətçilik məktəbi” adlı məruzəsində lektoriyanın ayda bir dəfədən az olmayaraq keçirilən məşğələlərində ulu öndərimizin şərəfli ömür yolunun, milli düşüncə və dövlətçilik ideyaları ilə zəngin siyasi fəaliyyətinin təbliğindən, nümayiş olunan sənədli filmlər, elmi-nəzəri və praktik konfranslardan danışıb. Qeyd olunub ki, bir-birilə üzvi surətdə bağlı dörd bölmədə fəaliyyət göstərən Heydər Əliyev Universiteti lektoriya, kitabxana, videoteka və muzeydən ibarətdir.
Lektoriyanın indiyədək 10 mindən artıq dinləyicisinin olduğu da diqqətə çatdırılıb.
Sonda “Heydər Əliyev irsi” adlı film nümayiş etdirilib.

Səadət Əliyeva

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Mahir Hüseynov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Nicat Mehtizadə Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyi idarə və təşkilatların, əhalinin diqqətinə çatdırır ki, son günlərdə dünya ölkələrinin informasiya sistemlərinə və şəbəkələrinə növbəti virus hücumu zərbə vurmağa başlayıb. Qonşu Rusiyada geniş yayılan virus muxtar respublikamızda da kompüter şəbəkələrini təhlükə qarşısında qoya bilər. “Petya” adlandırılan təhlükə bundan əvvəl yayılan “Wannacry” ziyanverici proqramının başqa bir formasıdır və daha təhlükəli hesab olunur. Belə ki, “Ransomware” tipli ziyanverici dünyada böyük şirkətlərin, bankların, vacib kritik infrastrukturların informasiya sistemlərində ciddi təhlükə yaradıb.
Bir sıra ölkələrdəki kompüter şəbəkələrini iflic edən virus çox sadə bir üsulla yayılır. İri şirkətlərin hər hansısa bir işçisinə spam mail göndərməklə virus bütün şirkətin şəbəkəsinə çökür. Daha sonra virus proqramı kompüterin blokdan çıxarılması üçün istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

Ardını oxu...

Şəhidlərə ölüm yoxdur Vətəndə!

Vətən və torpaq o zaman yaşayır ki, onun uğrunda canından keçən qəhrəman övladları olsun. Bu gün haqqında söz açacağımız şəhidimiz qədim Naxçıvan torpağının igid oğlu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kərim Kərimov da həyatının ən gözəl çağında – 21 yaşında canını Vətən torpağına qurban verdi. 

Döyüşlərdə iştirak etdiyi ilk gündən igidliyi ilə tanınan Kərim Kərimov 1971-ci il iyul ayının 2-də Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Tümen şəhərində yerləşən Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olub. O, siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü. Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayaraq deyib: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”.
Kərim Tümendəki təhsilini yarımçıq qoyub könüllü cəbhəyə, ən qaynar nöqtələrə üz tutdu. O, rahat həyatına “əlvida” deyərək, özünü odun-alovun içinə, ən gərgin döyüşlərin cənginə atdı. Bu, sözün əsl mənasında, Vətən sevgisi idi. Həvəslə qəbul olub, sonradan Vətənin müdafiəsi üçün təhsilini yarımçıq qoyduğu ali məktəbin diplomunu almaq Kərimə qismət olmadı. Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan digər azərbaycanlı tələbələr də onunla bərabər Vətənə qayıdaraq təhsillərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirdilər. Onlar Biləcəridə təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola düşdülər.

Ardını oxu...

Bu günlərdə külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısının alınmasında iştirak edən dörd gömrükçü mükafatlandırılıb.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov muxtar respublikada gömrük orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Qeyd olunub ki, gömrük orqanlarında ən müasir rentgen-nəzarət qurğularının və digər texniki nəzarət vasitələrinin mövcud olması, kinoloji xidmətin səmərəli təşkili, əməliyyat axtarış fəaliyyətinin genişləndirilməsi imkan verir ki, muxtar respublikamıza bütün istiqamətlərdə gələn sərnişinlərə, mal və nəqliyyat vasitələrinə gömrük baxışı dolğun şəkildə həyata keçirilə bilsin. Bu günlərdə X-Ray tipli rentgen-nəzarət qurğusunun köməyilə aşkarlanan külli miqdarda narkotik qaçaqmalçılığı faktı da dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin iyun ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 8 iyun tarixli 53 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda, 54 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, 55 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsait­dən istifadə Qaydası”nda, 56 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda və 57 nömrəli qərarı ilə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Göstərilən dövlət qayğısı nəticəsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində daşınmaz ­əmlakın qeydiyyatı ilə bağlı proseslərin elektronlaşdırılması təmin edilib.
Komitədə daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin operativ cavablandırılması və hüquqi yardım göstərilməsi məqsədilə 2016-cı ilin oktyabr ayından etibarən 545-77-39 nömrəli telefon vasitəsilə zənglərin qəbul edilərək cavablandırılması üçün iş otağı və mütəxəssis ayrılıb.
Komitəyə telefon müraciət xidməti vasitəsilə edilən bütün müraciətlər qeydiyyata alınır. Bu zaman müraciət edən şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrəsi, müraciətin qısa məzmunu, müraciətin edildiyi vaxt qeyd olunur. Müraciət edən şəxs bu məlumatları verməkdən imtina etdikdə və ya yalan məlumat verdiyi aşkar edildikdə onun müraciəti qeydiyyata alınmır, cavablandırılmır və müraciət edən şəxsə bu barədə dərhal məlumat verilir.

Ardını oxu...

Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin İdxal üzrə baş direktoru Ahmet Erkan Çetinkayış Naxçıvana gəlib.
İyunun 29-da türkiyəli qonaq əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Ahmet Erkan Çetinkayış Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb. Burada məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Ardını oxu...

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla da, Milli Ordumuzun əsası qoyulmuşdur. 1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan Ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.
Güclü, qüdrətli ordusu olmayan dövlət öz müstəqilliyini qoruyub saxlamaq iqtidarında deyil və gec-tez məhvə məhkumdur. Dövlətin özünü qoruması üçün, ilk növbədə, mütəşəkkil orduya ehtiyacı var. Bunun üçün də hər bir müstəqil dövlət öz ordusu ilə tanınır, nüfuz qazanır. Azərbaycanın zəngin dövlətçilik tarixində də güclü, mütəşəkkil ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Digər sahələrdə olduğu kimi, ölkəmizdə güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı da görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur.

Ardını oxu...

Ana sözü ilə qoşa səslənən Vətən bizim üçün həmişə müqəddəsdir. Ona görə də Vətən daim göz bəbəyi kimi qorunur. Azərbaycan əsgəri də Vətəni dərin məhəbbətlə sevir və onu inamla qoruyur. Hazırda hər bir Azərbaycan əsgəri sinəsini Vətənə sipər edib. Hər əsgər üçün Vətənin müqəddəsliyi onun yaşam fəlsəfəsidir. Qətiyyətlə demək olar ki, Azərbaycan əsgəri ona tapşırılmış mövqedə sayıqlıqla dayanıb.

Düşmənin hər bir hərəkətini müşahidə edən, onu daim nəzarətdə saxlayan Azərbaycan əsgəri üçün ən böyük vəzifə torpağı qorumaqdır. Yayın bürküsündə, qışın sazağında səngərdə gecələyən əsgərlərimiz bunu özünə müqəddəs vəzifə hesab edir.
Əgər əsgər taktiki cəhətdən cəld və çevik, fiziki cəhətdən möhkəm və qüvvətli, atıcı kimi səbirli və mahirdirsə, silah və texnikanı mükəmməl bilirsə, siyasi cəhətdən ayıq-sayıq, prinsipial və vətənpərvərdirsə, o, psixoloji olaraq mükəmməl formada döyüşə hazırdır. Mənəvi-psixo­loji, fiziki və taktiki cəhətdən hazır­lıqlı olan əsgər döyüş əməliyyatları zamanı döyüş zolağının diktə edəni, aparıcı qolu olmaqla yanaşı, həm də yanındakı döyüşçü yoldaşlarının lideri, örnəyi və sevimlisidir. Tarixə nəzər salanda görürük ki, torpağın, Vətənin, millətin, dövlətin taleyi həmişə cəsur döyüşçülərin, ağıllı sərkərdələrin, müdrik dövlət başçılarının, uzaqgörən siyasətçilərin çiyinləri üzərindədir.

Ardını oxu...

Belə yerdə xidmət etmək böyük şərəfdir

Sədərək rayonunun Heydərabad qəsəbəsindəki “N” hərbi hissədə xidməti borcunu yerinə yetirən igid oğullarımızdan yazı hazırlamaq üçün bu ünvana gedərkən 15 il bundan əvvəl qəzetimizin yaradıcı kollektivi ilə bu rayondakı oxucularımızla görüşə getməyimiz yadıma düşdü. Elə o vaxt da həmin hərbi hissədə olmuşduq. Düzünü deyim ki, hərbi hissə yeni yarandığı üçün problemlər ilk baxışda diqqətimizi cəlb etmişdi. Qəvi düşmənlə, sözün həqiqi mənasında, bir addımlıqda üzbəüz dayanan igid oğullarımızın vətənpərvərlik hisslərini o vaxt yaxından duymuşdum. Üzləşdikləri çətinliklərə baxmayaraq, Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanaraq xidməti borclarını layiqincə yerinə yetirmələri bizim də qəlbimizi fərəh hissi ilə doldurmuşdu.

...Bu da həmin tabor. Bu kiçik hərbi hissənin timsalında Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltmək üçün son illər həyata keçirilən məqsədyönlü tədbirlərin canlı şahidi oldum. Bir daha neçə illər bundan qabaq gördüyüm məqamları yadıma saldım. Elə ondan sonrakı dövrlərdə bu ünvanda həyata keçirilən tədbirləri də xatırlamağım yerinə düşər. Əsgərlər üçün yüksək səviyyədə şərait yaradılmış taborun binası, bir qədər aralıda ailəli zabitlər üçün tikilmiş mənzillər... Bu barədə bir qədər sonra ətraflı danışacağıq.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkə­mizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. 2000-ci il iyulun 21-də isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikasında bu gün də dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Dövlət qulluğu ilə bağlı mühüm proqramlar təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır. Nəticədə, infrastrukturun digər sahələri kimi, dövlət qulluğu da özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Ardını oxu...

Dünən 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunun ön xətdəki bölmələrindən birində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açaraq əlamətdar gün münasibətilə əsgər və zabitləri təbrik edib.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin, Naxçıvan Dövlət Universitetinin müəllimi Qurban Qurbanlının, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Asəf Oruc­ovun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin şöbə müdiri Nizami Əzizəliyevin çıxışları olub. Çıxış edənlər muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, əsgər və zabitlərimizə ən səmimi arzularını çatdırıblar.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının solistləri tərəfindən rəngarəng mahnılar səsləndirilib.

 Səbuhi HÜSEYNOV

İyunun 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin 2017-ci ilin I yarımili ərzində gördüyü işlər və II yarımili ərzində görəcəyi işlərlə bağlı yığıncaq ­keçirilib.
Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının gənclər birliklərinin sədrləri, ali təhsil müəssisələrinin gənclər təşkilatlarının sədrləri və fəal tələbələrin iştirak etdiyi yığıncaqda gündəlikdə duran məsələlər səsləndirildikdən sonra çıxışlar dinlənilib.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədov çıxış edərək cari ilin birinci yarısında görülmüş işlər haqqında məlumat veriblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bildirib ki, partiya xalq-hakimiyyət həmrəyliyinə əsaslanan, ölkəni böhrandan xilas etməyə qadir yeni siyasi qüvvəyə ehtiyac duyulan mürəkkəb ictimai-siyasi şəraitdə yaranıb. Yeni Azərbaycan Partiyası yarandığı dövrdən ötən müddət ərzində ölkəmizdə demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsində fəal rol oynayıb. 2001-ci il noyabrın 21-də partiyanın II qurultayında ulu öndər Heydər Əliyevin dediyi kimi: “Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur”. Bunu partiyanın ölkədə keçirilən seçkilərdə yaratdığı demokratik şəraitin timsalında da aydın görmək olar. Məhz bu inam və etibarın nəticəsində 2003-cü ildə keçirilən prezident seçkilərində xalq birmənalı olaraq cənab İlham Əliyevi Prezident seçdi. 2008 və 2013-cü illərdə də xalqın yenidən yekdilliklə cənab İlham Əliyevə səs verməsi partiyaya olan dərin inamın təzahürü idi.

Ardını oxu...

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir əsgər anası tərəfindən redaksiyamıza ünvanlanmış məktubu həyəcanla, qürurla oxuduq. Hərbi xidmətdə Vətənin keşiyində dayanan əsgər övladlarımıza yazılmış, vətənpərvərlik hisslərini özündə əks etdirən bu məktubları ictimailəşdirmək üçün yeni bir rubrika yaratdıq.
“Məktubun var, əsgər” rubrikasında məktublarınızı gözləyirik!

Salam, əsgər balam!

İlk dəfədir ki, bu qədər uzun müddətə səndən ayrılıram. Altı ay mənə altı il kimi gəlir. Çox arzulamışdım bu günü. Vaxtilə həsəd aparardım əsgər analarına. İstəyirdim ki, mənim də oğlum olsun, Vətənin keşiyində dursun. Ona görə də sən dünyaya gələndə çox sevinmişdim. Heyif ki, qismət olmadı səni atanla birgə böyüdəm. Doğma elimiz Kəlbəcərin müdafiəsində atanı itirdim. Səni Murovdağın qarlı yollarında isti nəfəsimlə beşgünlük mühasirədə sağ-salamat saxlaya bildim. Amansız müharibə atanı əlimdən aldı. Səni Vətənə, atana layiq övlad kimi böyütməyə var gücümlə çalışdım. Atanı itirəndə sən ikiaylıq körpə idin. Müharibənin nə olduğunu, atasız böyüməyin necə olacağını anlaya bilməzdin. Böyüdün, məktəbə getdin, universitetdə tələbə oldun. İgid oldun, əsgər getdin. Əsgər anası oldum. Hərbi xidmətə çağırış gələndə Naxçıvan Muxtar Respublikasına göndəriləcəyini öyrəndim. Sözün düzü, çox narahat idim. Axı indiyə kimi səni heç bu qədər uzağa göndərməmişdim.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyar xidmətin fəaliyyəti əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevdən aldığımız məlumata görə, “Hyundai” markalı səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqəsinin verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də məhkumluq haqqında və arxiv arayışlarının verilməsi üzrə hüquqi xidmətlər göstərilir.
Seymur Tağıyevin sözlərinə görə, səyyar xidmət hazırda fəaliyyətini Babək qəsəbəsində davam etdirir. İyun ayının 19-dək Nehrəm kəndində olan xidmətin əməkdaşlarına, ümumilikdə, şəxsiyyət vəsiqəsi üçün 47, sürücülük vəsiqəsi üçün 25, məhkumluq arayışı üçün isə 1 nəfər müraciət edib.
Səyyar xidmətin növbəti ünvanı isə Qahab kəndi olub.

Muxtar RZAZADƏ

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Samir Abbasov açaraq son illərdə muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən danışıb, dini turizmin inkişafı üçün qədim diyarımızda böyük imkanlar olduğunu qeyd edib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov çıxış edərək muxtar respublikanın dini turizm potensialı barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. Bu baxımdan dini turizm də özünəməxsus yerə malikdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması burada milli və mənəvi dəyərlərə verilən önəmin ifadəsidir. Son illər Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında mühüm bir vasitə rolunu oynayır. Muxtar respublikamız ziyarətgahlarla da zəngindir. Burada 140-a yaxın ziyarətgah mövcuddur. Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü müqəddəs ­“Qurani-Kərim”in “Əl-Kəhf” surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. Bura­da ziyarətçilər üçün hər cür şərait yaradılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının dini turizm potensialı haqqında videoçarx nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində olublar.

 Nail ƏSGƏROV

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri bunu bir daha təsdiq etdi

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Azərbaycan tarixən güclü ordu ənənələrinə malik olsa da, müstəqilliyimizin yenidən qazanılmasından sonrakı dövrdə bu ənənələri bərpa etmək elə də asan olmadı.

Ardını oxu...

Naxçıvan gömrükçüləri külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə, qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.
Gömrükçülər tərəfindən 34 JA 7009 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş ümumi çəkisi 93 kiloqram narkotik vasitə – heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni Xoy şəhərindən aldığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Mardin vilayətində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib.

Ardını oxu...

XX əsrin 90-cı illəri… Həmin dövr mənim də uşaq yaddaşımda silinməz izlər buraxıb. 1988-ci ildən başlayaraq Naxçıvan davamlı olaraq erməni silahlılarının  hücumuna məruz qalır, mərkəzi hakimiyyət bu diyarı getdikcə ümidsizliyə tərk edirdi. Əhali özünümüdafiə dəstələri yaradır, gecə-gündüz doğma torpağın sərhədlərinin keşiyini çəkirdi.

Ailə üzvlərimiz və qonşularımızın hər gün Ermənistanla sərhəddə yerləşən ucqar Yuxarı Buzqov kəndində əliyalın postlara çıxmaları, digər sərhəd kəndlərimizin də elə bu cür müdafiə olunması, insanların topla, tüfənglə deyil, şərəf, namus, qeyrət və vətənpərvərliklə düşmən qarşısında sipər kimi dayanması uşaq yaddaşımın bir küncündə ilişib qalıb, özünə əbədi məskən salıb.
Narahat günlər, soyuq, aclıq, kəskin enerji böhranı və bütün bunların özü ilə bərabər gətirdiyi çətinliklər güclü küləyə bənzəyirdi. Sanki bu külək qarşısına çıxan hər şeyi sovurub aparacaqdı. Amma yox! O zaman nə güclü külək, nə də tufan və fırtınalar insanlara özünü diktə edə bilirdi. Bu külək özü də bilmədən məcbur edirdi ki, tənha ağaca bənzəyən Naxçıvan Muxtar Respublikası və onun sakinləri yıxılmamaq üçün daha dərinə kök atsınlar, torpağa daha möhkəm bərkisinlər, əcdadlarının yolu ilə gedərək daha da mübariz və yenilməz olsunlar!

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı­na əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilən hüquq islahatları, xüsusilə ölüm hökmünün ləğvi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi müəyyənləşdirilmişdir.
Konstitusiyanın qəbulu ölkədə hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və bu sahədə fəaliyyətini tənzimləyən dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. Ölkəmiz bu sahədə bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmış, 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 2002-ci il 24 dekabr tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu isə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi çox mühüm əhəmiyyət kəsb etmişdir.

Ardını oxu...

18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınmasının, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkə­mizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırıb. Bu sahəyə qayğının ifadəsi kimi ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Muxtar respublikada da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Ardını oxu...

İyunun 15-də, Milli Qurtuluş Günündə muxtar respublika gəncləri “Qurtuluşdan Əlincəqalaya” devizi altında Əlincəqalaya yürüş etmişlər. Yürüşdə federasiyaların idmançıları və tələbə-gənclər iştirak etmişdir.
Yürüşdən əvvəl gənclər milli qurtuluşumuzun memarı ulu öndərimizin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Sonra Əcəmi Seyrəngahına doğru hərəkət edən gənclər buradan azadlığımızın və şanlı tariximizin simvolu olan Əlincəqalaya yola düşmüşlər.
Əlincəqalanın zirvəsində, ulu öndərimizin portretinin və dövlət bayrağının önündə Naxçıvan Dövlət Universitetinin tələbələri Səyyad Məmmədov və Aysu Məmmədova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Aysu Dünyamalıyeva, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Dünya Əkbərova və Naxçıvan Musiqi Kollecinin tələbəsi Cavid Babayev dahi rəhbərə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
Sonra gənclər xatirə şəkli çəkdirmişlər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR