25 Dekabr 2024, Çərşənbə

Uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapıb. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləyiblər.
Bayram münasibətilə muxtar respublikamızın hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq qarlı dağların zirvəsində, düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib. Əvvəlcə əsgərlər məşəllərlə tonqalı alovlandırıblar. Tonqal ətrafında Kosa və Keçəlin şən, duzlu, məzəli zarafatları əsgərlərimizdə xoş əhval-ruhiyyə yaradıb.

Ardını oxu...

Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarında böyük marağa səbəb olub.

Ardını oxu...

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Naxçıvan haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq martın 13-də “Əl-Fəcr” qəzetində bir səhifə həcmində dərc olunan və fotoşəkillərin yerləşdirildiyi “Təbiət əfsanəsi. Onun sehri Batabat yaylağı və üzən adasındadır” sərlövhəli məqaləsi böyük maraqla qarşılanıb.
Məqalənin müqəddiməsində qəzetin baş redaktoru qədim tarixi, təbii sehri, məftunedici həyatiliyi, eləcə də tarixi, dini, antropoloji, mədəni və turizm abidələri ilə zəngin Naxçıvan Muxtar Respublikasını bir dəfə ziyarət etməyin kifayət olmadığını oxucuların diqqətinə çatdıraraq, hər dəfə bu gözəl məkana qayıtmağın yeniliklərin kəşfi ilə yadda qaldığını qabardır. Naxçıvanı tərk etdikdən sonra burada mövcud sehrin, cazibədarlığın və gözəlliyin insanı növbəti səfər barədə düşündürdüyünü və burada dünya miqyasında çox da olmayan nadir incilərdən daim zövq almağın mümkünlüyünü vurğulayır.
Eyni zamanda Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında qısa vaxt kəsimində bu möhtəşəm diyarda hərtərəfli inkişafın, müasir infrastrukturun nəzərə çarpdığını qeyd edir və bütün bunların xaricdən, xüsusən də ərəb ölkələrindən turistlərin cəlb edilməsi işində müstəsna addımlar olduğunu vurğulayır.
Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikasında hər növ turizm üçün imkanların mövcudluğunu qabardaraq, dünyanın ən qədim insan məskənlərindən biri sayılan Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar və tarixi araşdırmalar nəticəsində Nuh Peyğəmbərin gəmisinin məhz burada yan aldığı barədə qənaətin formalaşdığını yazır, “Naxçıvan” sözünün etimologiyasını xatırladır, “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində göstərilən mağaranın məhz bu sehrli diyarda yerləşdiyini oxucuların nəzərinə çatdırır və həmin yerin “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi kimi məşhur olduğunu oxucuların diqqətinə çatdırır.

Ardını oxu...

Ötən əsrin 20-ci illərində Azərbaycanda, еləcə də Naхçıvan diyarında baş vеrən hadisələr çох mürəkkəb, ziddiyyətli və çətin оlmuşdur. Azərbaycanın düşdüyü daхili, qarşılaşdığı bеynəlхalq vəziyyət еlə ağır idi ki, bir sıra hallarda Naхçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə еdən məkrli düşmənlərimiz оlan еrməni daşnakları Naхçıvan diyarına sahib оlmaq üçün bütün vasitələrdən istifadə еdirdilər. 

Yaranmış vəziyyətdən istifadə еdən еrməni qaniçənləri siyasi və hərbi yоlla Naхçıvanı ələ kеçirmək uğrunda mübarizəyə başlamışdılar. Bir sıra kapitalist dövlətlərinin himayəsindən, yardım və dəstəyindən istifadə еdən еrməni cəlladları Naхçıvan diyarına hərbi basqınlar еdir, şəhər və kəndləri dağıdır, ağlasığmaz vəhşiliklər və qırğınlar törədir, lakin yеrli əhalinin inadlı mübarizəsi, qəhrəmanlığı sayəsində оnlar öz məkrli niyyətlərinə nail оla bilmirdilər. Lakin bununla bеlə, 1918-1920-ci illərdə еrməni daşnaklarının hərbi basqınları nəticəsində Naхçıvan diyarında faciəli hadisələr baş vеrmişdi. Böyük kapitalist dövlətlərinin müdaхiləsi, ikili siyasət yеritmələri, qоnşu dövlətlərin müəyyən münasibəti Naхçıvan məsələsini bеynəlхalq müstəviyə çıхar­mışdı. Nəticədə, bu prоblеm təkcə ölkə daхilində dеyil, həm də qоnşu ölkələrdə və bеynəlхalq təşkilatlarda müzakirə еdilmişdi. Naхçıvan diyarının gələcək tariхi talеyində, оnun Azərbaycanın tərkibində muхtariyyət statusunda qalmasında kеçən əsrin 20-ci illərində bağlanan müqavilələrin böyük rоlu оlmuşdur.
20-ci illərdə bеynəlхalq münasibətlərdə və dünyada yaranmış şəraitlə əlaqədar Türkiyə ilə Rusiyanın yaхınlaşmasına, оnlar arasında isti münasibətlərin və sоn nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələrin baş tutmasına gətirib çıхar­dı. Əslində, bir sıra dövlətlər Türkiyə-Rusiya yaхınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub еdib, özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bоlşеvik hökumətini dеvirmək, inqilabi Türkiyənin köməyi ilə çеvrilişlə Azərbaycanda hakimiyyətə gəlmiş bоlşеvik hökuməti ilə yaхınlaşmasına yоl vеrməməyə çalışırdılar.

Ardını oxu...

Elektron media və kütləvi informasiya vasitələrində Azərbaycana qarşı apardığı informasiya müharibəsində uduzduğunu anlayan düşmən Ermənistan bu dəfə “Android” və “İOS” sistemli telefonlar vasitəsi ilə cəmiyyətimizə qarşı yeni çirkin planlarını həyata keçirmək niyyətindədir.

Bu günlərdə Ermənistan Barselonada keçirilən “2017 Mobil Dünya Konqresi”ndə Skype, Viber və WhatsApp-a alternativ olan “Zangi Messenger” proqramını təqdim edib. Ermənilər rəsmi olaraq “Zangi Messenger”lərini 2015-ci ildə istifadəyə verdiklərini desələr də, nədənsə “Android” və “İOS” sistemli platforma üzərində işləyən proqramlarının təqdimatını son vaxtlar cəbhədə təxribat cəhdlərinə cavab olaraq aldıqları sarsıdıcı zərbələrdən sonra keçirməyə qərar veriblər.

Vətəndaşlarımızın WhatsApp, Skype, Viber və bu kimi proqramların istifadəsinə maraqlarını nəzərə alaraq ermənilərin rabitə proqramları bazarına çıxardıqları “Zangi Messenger”in ölkəmiz üçün hansı təhlükələr doğurduğunu araşdırmaq qərarına gəldik. Bu zaman qarşımıza çıxan bir çox faktlar yenə də ermənilərin əsas məqsədlərinin Azərbaycana qarşı məkrli niyyətlərini həyata keçirmək olduğuna şübhə yeri qoymadı.

Ardını oxu...

Novruz bayramı ərəfəsində xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. Bu məqsədlə muxtar respublika gömrük orqanları gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, 23 dekabr 2003-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tez­alışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunsa da, bayram ərəfəsində yenə də bir sıra faktlar aşkar olunub. Əhalidə, xüsusən də uşaqlarda köhnədənqalma “bayram adət-ənənəsi”nə bağlılıqdan istifadə etməklə qazanc əldə etmək istəyənlər insanların sağlamlığına, rahatlığına, ətraf mühitə dəyə biləcək zərər və ziyana məhəl qoymadan müxtəlif üsul və vasitələrə əl atmaqla gömrük nəzarətindən yayınmağa cəhd göstəriblər. Bunun üçün bir neçə halda nəqliyyat vasitələrində düzəldilmiş müxtəlif gizli saxlanc yerlərindən istifadə edilib. Həmçinin pirotexniki vasitələrin vətəndaşların öz üzərlərində və əl yükləri arasında gizlədilərək keçirilməsinə də cəhdlər olub.

Ardını oxu...

Qarşıdan uzun əsrlərdən üzübəri özü ilə bərabər yeni həyat gətirən, torpağı oyadan, təbiəti canlandıran, könülləri təzələyən, təbiəti gözəlləşdirən, bayramlarımızın ən alisi, ən sevimlisi olan Novruz bayramı gəlir. Al-əlvan Novruz şamları, yeddiləvin şirniyyatlar, qırmızı kəmərli səməni ev-eşikdə bolluq, bərəkət simvoluna çevrilib. Minilliklər boyu xalqımız yazın gəlişinin xəbərçisi olan Novruzu ümummilli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb.
Muxtar respublikamızın hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələrində də Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Bu münasibətlə ön xətdə keçirilən növbəti şənlikdə ilk olaraq bayram tonqalı yandırıldı, Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin Şərur Xalq Yallı Ansamblı­nın kollektivi müxtəlif rəqs nömrələri ilə əsgərlər qarşısında çıxış etdilər. Bahar qızı öz xonçasından əsgərlərə bayram sovqatı payladı, əsgərlərimiz bir-birindən şux musiqi sədaları altında qol qaldırıb oynadılar. Rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərdə xoş ovqat yaratdı.

Ardını oxu...

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini özündə əks etdirən bir bayramdır. Bu bayram gur tonqalları, gözoxşayan noğullu-nabatlı, dadlı şirniyyatlı və yanar şamlı xonçaları, yamyaşıl səmənisi, diləkləri ilə tanınır və sevilir.

Hər il olduğu kimi, bu il də muxtar respublikamızın əhalisi xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır. Novruzun gəlişi ilə təbiət canlanır, hər tərəf yaşıl dona bürünür.
Bu ərəfədə hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, yalnız və yalnız xoş hisslərlə xatırlansın.
Aparılan təhlillərdən aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir, vətəndaşlara maddi və mənəvi ziyan dəyir.

Ardını oxu...

Ordumuzda Vətənə ləyaqətlə xidmət edən hərbçi Azərbaycan qadınları
məhz həmin ali duyğuların təsiri ilə bu peşəni seçiblər


Tarixboyu Azərbaycan qadınları həyatımızın bir çox sahələrində mühüm rol oynayıblar. Qadın hökmdarımız Tomris, Şərqdə ilk diplomat qadın Sara xatın, Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri, Şah İsmayılın Aləmşahbəyimi, Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa başçılıq edən Gülsüm xanım xalqımızın tarix səhifələrinə öz adlarını şərəflə yazıblar. Təsadüfi deyil ki, oğuz türklərinin tarixindən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan qadını vətənpərvər, sədaqətli, qoçaq, kişilərlə birlikdə döyüşlərə atılan qeyrət nümunələri kimi göstərilib. Döyüş meydanına atılan Burla xatın, Banuçiçək və digər qadın obrazları həmişə qadınlarımız üçün bir örnək olublar. 

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Bərdə hökmdarı Nüşabənin böyük fateh Makedoniyalı İsgəndərlə görüşündə ona öz ağıllı siyasəti ilə qalib gəldiyinin şahidi oluruq. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin həyat yoldaşı Mehrican xatın təbrizli Şəmsəddinlə birlikdə igidliklə vuruşub, böyük hünər göstərib. Təbriz, Xoy, Naxçıvanı işğaldan azad edib. Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatın böyük nüfuza sahib olub. Vəfatından sonra onun şərəfinə ucaldılan türbəsi bu gün həm də Azərbaycan qadınının simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Naxçıvana gələn bir çox qonaqlar Möminə xatın türbəsini, tarixi mənbələrdə Quti xatının şərəfinə ucaldıldığı qeyd olunan Qarabağlar Türbə Kompleksini Hindistanda yerləşən Tac-Mahalla müqayisə edirlər. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa olunub.

Ardını oxu...

Martın 11-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə “Müasir bank xidmətlərinin tətbiqi və marketinqi” mövzusunda təlim keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin binasında keçirilən təlimin əsas məqsədi müasir bank xidmətlərinin tətbiq edilməsi zəminində marketinq fəaliyyətinin təşkilindən, xidmət sektorunda müştəriyönümlü xidmətin əsas planda olduğuna diqqətin yönəldilməsindən, uzunmüddətli hədəfdə isə gələcəkdə bank və maliyyə sahəsi üzrə kadr hazırlığına dəstək verilməsindən ibarət olub.
Seminarda təlimçilərdən – “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədovanın “Müasir dövrdə xidmət sektorunda marketinq fəaliyyətinin təşkili”, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan filialının müdiri Vüsal Novruzovun “Müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti”, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Hafiz İsmayılbəylinin “Bank sahəsində texnoloji yeniliklər və xidmətlər” mövzularında çıxışları dinlənilib.

Ardını oxu...

Xalq özünün mövsümlərə uyğun hazırladığı təqviminin son çərşənbəsinə müxtəlif adlar vermişdir. Belə ki, axır çərşənbə “İlaxır çərşənbə”, “Axırıncı çərşənbə”, “Baca-baca”, “Yeddiləvin” adlarıyla da bilinən Od çərşənbəsidir.

Od çərşənbəsi də əski görüşlərlə bağlıdır. Bəziləri oda tapınmanı, odu müqəddəs saymanı Zərdüştlük etiqadı ilə əlaqələndirirlər. Halbuki Zərdüştlükdən də qabaq insanlar yaradılışın əsasının rəmzlərindən biri olan odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Belə bir etiqad yaranmışdır ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, öz yaradılışlarının əsası olan od təbiəti də bir o qədər tez isidər, adamlara xoşbəxtlik gətirər.
Qədim insanlar, ata-babalarımız, ulu əcdadlarımız bütün canlı təbiəti oyadan, isindirən Odu, Günəşi müqəddəs sayaraq ona bir növ yaradılışın, canlı həyatın əsas qüvvələrindən biri kimi baxmış, bu mənada Odu müqəddəsləşdirmişlər.

Ardını oxu...

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar bu il 20, 21, 22, 23, 24 mart tarixləri iş günü olmayacaq. 

Serqqapisi.az xəbər verir ki, 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günü olacaq.

 

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur.
Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul olunmuş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Daxili Qoşunların əsas funksiyaları, vəzifələri və fəaliyyət prinsipləri müəyyən edilmişdir.
Ulu öndərimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.

Ardını oxu...

Ötən ay əldə edilən nəticələr bunu bir daha təsdiq edir

İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, sürətlə müasirləşərək qarşıya qoyulan strateji hədəfləri reallaşdıran Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində özünəməxsus inkişaf modelini yaradıb. Elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində bu gün muxtar respublika böyük uğurlara imza atır, qədim diyarda yaradılan bir sıra istehsalat müəssisələri onun ixrac potensialını artırır, xarici ticarət, həmçinin mədəniyyət əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu çərçivədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında mövcud əlaqələr daha da inkişaf edir.
Muxtar respublikalar arasında qarşılıqlı rəsmi səfərlər ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib. 2012-ci ilin iyun ayında Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri bu baxımdan yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən görüş zamanı ikitərəfli əlaqələrin daha sürətlə inkişafı üçün bir çox sahələr üzrə müzakirələr aparılıb. Həmin görüşdə Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında imzalanan “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” muxtar respublikalar arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdığını sübut edən əsaslı sənəd kimi diqqəti cəlb edir.

Ardını oxu...

Aşıq sənətinin və musiqisinin tarixi çox qədim və zəngindir. Bu gün muxtar respublikamızda da aşıq sənətinin inkişafı və təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirilir, musiqi təhsili ocaqlarında saz musiqi alətinin gənclərə öyrədilməsi istiqamətində mühüm işlər görülür. 

Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Saz ixtisası tədris olunur. Bu dərslərdə saz sənətinə yiyələnən gənc ifaçıların təcrübəli, yüksək­ixtisaslı kadrlar kimi yetişməsinə diqqət yetirilir. Musiqi məktəblərində Saz ixtisası üzrə təhsil alan şagirdlərə aşıq havaları öyrədilir, onlar muxtar respublika üzrə keçirilən müsabiqələrdə, konsertlərdə fəal iştirak edirlər. Bunun nəticəsidir ki, gənc nəslin nümayəndələri qədim musiqi alətimizdə ifa etməyə maraq göstərirlər.

Ardını oxu...

Hər il mart ayının 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
Dünyada humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif təsisatlar mövcuddur. Bunların arasında Qızıl Aypara Cəmiyyətinin özünəməxsus yeri var.
Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin tərkibində fəaliyyətini davam etdirmiş, özünəməxsus tarixi yol keçərək ölkəmizdə xeyirxah ideyaların həyata keçirilməsinə mühüm töhfələr vermişdir.

Ardını oxu...

Şərur rayonu

Şərur rayonunda 8 Mart – Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, Azərbaycan qadınları həmişə cəmiyyətin aparıcı qüvvələrindən olub. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq qəhrəmanlıq səhifəsi məhz qadınlarımızın adı ilə bağlıdır. Qadınlarımız bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər.
Vurğulanıb ki, Azərbaycan qadını həm də dünyaya böyük sərkərdələr, bəşəriyyətin mədəni fikir xəzinəsini yaradan və yaşadan əbədi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adı çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Vurğulanıb ki, ölkəmizdə ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün uğurla davam etdirilməkdədir. Bunun ifadəsidir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb. Artıq Azərbaycan qadını ictimai-siyasi proseslərin önündə gedən qüvvəyə çevrilib.

Ardını oxu...

Dünən 8 Mart – Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində istedadlı qadınların əl işlərindən və ötən il qadınların nəşr olunmuş kitablarından ibarət sərgiyə baxıblar.

Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib, ölkəmizə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq edib. Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Həyata keçirilən genişmiqyaslı fəaliyyət qadınların ictimai və siyasi fəallıqlarının yüksəlməsinə, onların mənəvi və intellektual potensiallarının artırılmasına, sosial müdafiələrinin möhkəmləndirilməsinə təkan verib.

Ardını oxu...

Muxtar respublika qadınları ictimai-mədəni və sosial-iqtisadi
həyatda fəal iştirak edirlər

Qadın adı ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Tariximizin hər bir səhifəsi Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımızın misilsiz xidməti olmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənilmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çox­əsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana martın 5-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olub.

Qonaq əvvəlcə ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Martın 5-də Heydər Əliyev Sarayı, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Naxçıvan Dövlət Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.
Martın 6-da hindistanlı diplomat Naxçıvan Biznes Mərkəzində olub. Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. Hazırda buradakı sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 88 müəssisənin 189 növdə və 988 çeşiddə məhsulu, eyni zamanda yerli sənətkarlar tərəfindən hazırlanmış 100-dən çox əl işi, rəsm əsərləri və xalçalar nümayiş etdirilir.

Ardını oxu...

Martın 5-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin rəsmi şəxsləri və iş adamları əvvəlcə Naxçıvan Biznes Mərkəzində olmuş, nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilmişdir. Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullara baxmış, onlara muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilmişdir.

Ardını oxu...

Muxtar respublika ərazisindəki qəbiristanlıqlarda məzarların ətrafına çəkilmiş dəmir çəpərlərin sökülməsi ictimaiyyət tərəfindən razılıqla qarşılanıb. Bununla bağlı qəzetimizin 17 fevral 2017-ci il tarixli nömrəsində məlumat verdiyimizdən bu barədə ətraflı danışmağa ehtiyac görmürük. Oxucular da təsdiq edər ki, dəmir çəpərlər qəbiristanlıqlarda uyuyan mərhumların hansı “sinfə” məxsus olduğunu uzaqdan bildirirdi. Açıq deyək ki, bundan daxilən narahat olan insanlar da az deyildi. Həyata keçirilən tədbirlər buna son qoydu. 

Bu tədbirlərin davamı olaraq belə ünvanlarda kütləvi təmizlik işlərinin aparılması da təqdirəlayiqdir. Düzdür, hər bir məzar sahibinin vaxtı olduqca buraya gəlməsi, səliqə-sahman yaratması fərdi şəkildə indiyə qədər də olub. Ancaq bu da var ki, yaşadığı yerdən köçüb gedən insanların yaxınlarının məzarları sahibsiz qaldığından həmin məzarlar baxımsız hala düşürdü. Ancaq təmizlik işlərinin kütləvi şəkildə aparılması bu problemi həll edib.
Ötən şənbə günü muxtar respublika sakinləri belə ünvanlarda iməciliklər keçiriblər. Bununla bağlı olaraq iməciliklər keçirilən bir neçə ünvana üz tutduq.

Ardını oxu...

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliyə əsasən müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilib. Mart ayının 1-dən tətbiq olunan yeni qaydalara görə gömrük orqanları qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyən, yəni müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmayan fiziki şəxslər barəsində sərhədkeçmə zamanı məhdudiyyət tədbirləri nəzərdə tutulub.
Belə ki, dövlət sərhədini keçən şəxs ölkə ərazisinə daxil olarkən onun pasport məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında olduğu təqdirdə, sərhəd xidmətçisi şəxsin dövlət sərhədini keçdiyini qeydə aldıqdan sonra həmin şəxsi gömrük orqanı əməkdaşına təhvil verir. Bu zaman mal və nəqliyyat vasitəsinin müvəqqəti ixrac (aparılma) müddətinin pozulması faktı ilə bağlı gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində inzibati xəta haqqında iş qeydə alınır və icraat bitənədək şəxs “Xüsusi diqqət siyahısı”ndan çıxarılmır.

Ardını oxu...

Gözəlliyin onundan doqquzunun don olduğu kimi, yaşayış məskənlərinin də gözəlliyi tikililərin müasirliyi, küçə və yolların abadlığı, ətraf mühitin təmizliyi ilə ölçülür. Ortaq nöqtə hər ikisinin təminatında insan zövqünün və əməyinin olmasıdır. Çünki istənilən gözəlliyin arxasında sevgi və zəhmət dayanır. Bu meyarlardan birinin olmaması natamamlıq yaradar ki, bu da heç kimə lazım deyil. Muxtar respublikamızda indiyədək görülmüş işlərin mahiyyətində də məhz bu tamlıq durur. Təbiət və insan yaradıcılığının birgə ortaya qoyduğu gözəlliklərə isə muxtar diyarın istənilən bölgəsinə səfər etməklə şahid olmaq mümkündür. Biz isə budəfəki yolumuzu muxtar respublikada Araz çayına ən yaxın şəhər olan Culfadan saldıq.

Ardını oxu...

Sürətlə inkişaf edən, müasir ölkəyə çevrilən Azərbaycan Respublikası beynəlxalq arenada da böyük nüfuz qazanmış, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə diqqəti üzərinə cəlb etmişdir. Bu baxımdan ölkəmizin beynəlxalq hökumətlərarası təşkilat olan Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir.

Azərbaycan dövləti 1992-ci il martın 2-də BMT-nin Baş Məclisinin 46-cı sessiyasında bu nüfuzlu beynəlxalq quruma tamhüquqlu üzv qəbul edilmişdir. Həmin gün Nyu-Yorkda Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmış, may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub. 

Təqdimat mərasimində çıxış edən birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib.

Ardını oxu...

Əgər Lizbirtdə yaşayış olsaydı, indi ora da şəhərləşən
kəndlərimiz sırasına qoşulacaqdı

Keçmiş sovet imperiyasının müstəqilliyini əlindən aldığı Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda neçə-neçə kəndimiz boşalıb. Lizbirt kəndi də bu taleyi yaşayıb. Şahbuz rayonunun Qaraboya, Zərnətün, Zırnel, Həncəran, Culfa rayonunun Qarakömər, Zoğala kəndləri kimi onun da adı bu gün arxivlərdə qalıb. 

Lizbirt kəndinin keçmiş sakini Bəxtiyar Novruzov bildirir ki, 1964-cü ildə kənddən köçüblər. Həmin vaxt onun 5 yaşı varmış. Amma ata-babalarının söhbətləri lizbirtli günləri onun yaddaşına köçürüb. Elə o xatirələrin təsiri altında kənddən bəhs edərək deyir: “Lizbirt kəndinin əsrarəngiz təbiəti var idi. Onun bumbuz suyu olan bulaqları can dərmanı idi. Çöllərindəki əvəlik, ələyəz, diyçə, çaşır, sobu, yemişan, həmərsin, zirinci həm yığıb qış dirriyi edir, həm də şəhərə gətirib satırdılar. Kənddə hər evin təndiri vardı. Çöllərin ətirli bitkilərindən yığıb kətə bişirərdilər. Kətənin, qalının, çöçənin, çörəyin ətri min ağaclıqdan adamı vurardı”.
Onun sözlərinə görə, Lizbirtin əkin sahələrində buğda əkilir, kənddə olan su dəyirmanında üyüdülürdü. Arpa, lobya, vələmir, darı, çəltik, pərinc, qarğıdalı və digər əkinlərdən də bol məhsul götürülürdü. Pərincin yaxşı yarması olurdu. Əkməyə texnika olmasa da, insanlar zəhmətə qatlaşır, bir qarış torpağı belə, boş qoymurdular. Əkində, əsasən, at kotanlarından istifadə olunurdu. Əkin sahələrinin çoxu dəmyə idi. Amma göl də var idi kəndin üst tərəfində. Əyri qaya bulağının suyu bura doldurulur, həyət-bacalardakı əkində, ağacların suvarılmasında qənaətlə istifadə olunurdu. Kənddə müxtəlif növ meyvələr yetişdirilirdi. Cəviz ağaclarına daha çox üstünlük verilirdi. Ağacların hər birindən 5-6 kisə cəviz yığmaq olurdu.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və İslam mədəniyyəti” mövzusunda 211-ci məşğələsi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahədə vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 1993-cü ildə ümummilli liderimizin “Allahın yolunda hamımız hür olaq” adlı kitabı Azərbaycan və bir neçə xarici dildə, o cümlədən ərəb dilində nəşr olunub. 1994-cü ilin iyul ayında ulu öndərin müqəddəs Məkkə və Mədinəyə ümrə ziyarəti İslam dünyasının diqqət mərkəzində olub. 1996-cı və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi ilə dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyulub, dövlətin din sahəsinə və dindarlara qayğısı artıb. Bu ənənə bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ardını oxu...

Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkə­mizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuşdur. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır.

Ardını oxu...

Təbiəti qorumaq, onu daha da zənginləşdirmək və əlverişli ekoloji şərait yaratmaq üçün muxtar respublikamızda uğurlu ekoloji siyasət həyata keçirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət əraziləri kimi qorunur, regionun fauna və flora zənginliyi ildən-ilə daha da artır. Əldə olunan müsbət nəticələr beynəlxalq qurumlar tərəfindən də etiraf olunur, Naxçıvanın adı təbiətə xoş münasibət göstərən ölkələrlə birgə çəkilir.
Təbiətin qorunması sahəsində həyata keçirilən ekoloji tədbirlər hər birimizi bu işdə fəal olmağa sövq edir. Gənc nəslin ekoloji maarifləndirilməsinə də ciddi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, nazirliyin aidiyyəti təşkilatlarla birgə hazırladığı tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində şagird və tələbələrin ekoloji biliklərinin artırılması məqsədilə sərgi-seminarların keçirilməsi davam etdirilir. Növbəti belə tədbir fevralın 28-də Naxçıvan Tibb Kollecində keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri nazirliyin şöbə müdiri Yasin Əliyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiənin planlaşdırılması və təşkili bölməsi rəisinin baş köməkçisi, kapitan Rəcəb Səfərov “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, mülki müdafiə sülh və müharibə dövrlərində əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Ardını oxu...

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Haşımlı Tural Əbdül oğlunun nəşi fevralın 28-də Naxçıvana gətirilib.

Ardını oxu...

Vətən fədaisi Tural Haşımlıya məktub

Salam adaş!
Biz həyatda bir-birimizi heç vaxt görməmişik, tanışlığımız yoxdur. Sən öz igidliyinlə, qəhrəmanlığınla özünü hər kəsə tanıtdın. Sən Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizənlə elə yüksək bir mərtəbəyə ucalmısan ki, o ucalıq hər kəsə qismət olmur. Müqəddəs dinimizdə də şəhidlik ən uca mərtəbə hesab edilir. Böyük İslam Peyğəmbəri buyurub ki, cənnətə daxil olan heç kəs hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, bunların əvəzini vermək üçün 10 dəfə dünyaya qayıdıb şəhid olmağı arzulayar.
Biz rahat iş otaqlarımızda, isti evimizdə yaxınlarımızla deyib-gülərkən, sən ön xətdə Vətənimizi qoruyurdun. Biz növbəti iş günü hansısa tapşırığı yerinə yetirmək üçün gecə bir saat yuxumuzdan kəsərkən öz-özümüzə deyindiyimiz vaxt sən Vətəni qorumaq üçün günlərlə yatmırdın.
Sən fevralın 24-dən 25-nə keçən gecə şəhid oldun. Bir gün sonra xalqımız Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edəcək, Xocalı şəhidlərini anacaqdı. Bu xalq bir daha Xocalı faciəsini yaşamasın, analarımız, bacılarımız işgəncələrə məruz qalmasın, körpələrimiz öldürülməsin deyə sən orda idin.

Ardını oxu...

Təəssüf ki, bunun qarşısının alınmasına hələ də laqeyd yanaşırıq

“Qadanız mənə gəlsin, bu qədər “balıx-balıx” deyə-deyə pəs niyə o gözəl sirkəni qoydunuz orda qaldı və ağzını heç açmadınız da?
Nənənin bu sözü bizi deyəsən yuxudan oyatdı; bir də baxaq kı, doğrudan da “balıq”nan “balıx” sözlərinin mübahisəsinə biz dörd nəfər ədib elə bərk qızışmışıq ki, on iki girvənkə balığı yeyib qurtarana kimi o gözəl sirkə ağzı tıxaclı dəc qalıb stolun üstündə; bir surətdə ki, haman sirkəni dördümüz də tamam yarım saat gözlədik ki, bazardan gəlsin”.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Sən elə böyük yazıçısan ki, hər cümlən, hər sözün bu gün də aktualdır. Hansı mövzudan yazmaq, nədən bəhs etmək istəsək, dönüb-dolaşıb yenə sənin üstünə qaçırıq.
Bu yaxınlarda bir internet saytında Naxçıvan barədə yerləşdirilən məlumatlarla tanış olarkən Cəlil Məmmədquluzadənin “Sirkə” hekayəsi yadıma düşdü. Bəli, bu gün bəzilərimizin başı lazımsız şeylərə elə bərk qarışıb ki, düşmən bundan “səmərəli” istifadə edərək öz təbliğatını daha da genişləndirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılmış, müasir nəşriyyat və mətbəələr istifadəyə verilmişdir. Yaradılan şərait imkan verir ki, hər il muxtar respublikada onlarla kitab nəşr olunsun. Naxçıvanın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur. Bu sahədə görülən işlər 2016-cı ildə də davam etdirilmiş, Ali Məclis tərəfindən 14 kitab nəşr olunmuş, 6 sənədli televiziya filmi çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamına uyğun olaraq xalqımızın əyilməzlik rəmzi olan “Əlincə­qala” tarixi abidəsi bərpa olunmuşdur. Sərəncama uyğun olaraq bərpa zamanı qalada geniş elmi-tədqiqat işləri də aparılmışdır. Bu elmi tədqiqatların nəticəsi olaraq Azərbaycan tarixində xüsusi yeri və mövqeyi olan Əlincəqala haqqında Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Əlincəqala” kitabı çap olunmuşdur. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə açılır. Giriş, 13 məqalə, nəticə, ədəbiyyat siyahısı və 44 fotoşəkildən ibarət olan kitabda Əlincəqalada aparılan təmir-bərpa işləri, tarixi mənbələrdə Əlincəqala haqqında verilən məlumatlar, Əlincə sözünün etimologiyası, “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala ilə bağlı yer alan faktlar, Əlincəqala müdafiəçilərinin Əmir Teymura qarşı müqaviməti, qala rəisləri, qalanın Səfəvilər dövründəki vəziyyəti, memarlıq xüsusiyyətləri və müdafiə sistemi, hidrotexniki qurğuları, Əlincəqalada tapılan numizmatik materiallar, xalq yaddaşında Əlincəqala ilə əlaqədar yaşayan məlumatlar, qala ətrafında olan epiqrafik, tarix və memarlıq abidələri haqqında məqalələr toplanmışdır.

Ardını oxu...

Fevralın 25-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurban­larının xatirəsi bir dəqi­qəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək demişdir ki, təcavüzkar Ermənistan 1992-ci il fevralın 26-da qədim tarixə malik olan Xocalı şəhərini yerlə yeksan etmiş, qadın, qoca və uşaqlar vəhşicəsinə öldürülmüş, Xocalıdakı tarixi abidələr məhv edilmişdir. Soyqırıma ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş, Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən danışan Baş konsul qeyd etmişdir ki, Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar soyqırımı tanımışdır.

Ardını oxu...

Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına əsasən üçüncü tədbiri Baş Konsulluğun xidmət ərazisi olan Aralıq bölgəsində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu ilə 15 İyul – Şəhid və Qazi Ailələri Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı əsasında həyata keçirilib.
Aralıq Dilucu Peşə və Texniki Anadolu Liseyində təşkil olunan tədbirdə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Aralıq bölgəsinin kaymakamı Kemal Duru, bələdiyyə sədri Bayram Peksam, qarnizon komandiri, polkovnik-leytenant Mustafa Tamer, təhsil müdiri Hakan Cerit, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, o cümlədən Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun diplomatik heyəti, protokol heyətinin üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri, Heydər Əliyev Fənn Liseyi idarəçiləri, Aralıq Dilucu Peşə və Texniki Anadolu Liseyinin idarə­çiləri, şagirdləri, dərnək başçıları, iqdırlılar, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2017-ci ilin fevral ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 avqust tarixli 59 nömrəli qərarında və “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 dekabr tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 fevral tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nda dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 fevral tarixli qərarı ilə isə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilmişdir.

Ardını oxu...


Şərur rayonu

Şərur şəhərindəki “Bahar” kinoteatrında Xocalı soyqırımına həsr olunmuş anım tədbirinin iştirakçıları əvvəlcə kinoteatrın foyesində təşkil edilmiş sərgidə Xocalıda baş verən qanlı faciələri əks etdirən fotoşəkillər, rəsm əsərləri, qəzet və jurnal materialları, kitablar, eyni zamanda məktəblilərin bu mövzuda çəkdikləri rəsm əsərləri ilə tanış olublar.
Aparıcılar Xocalıda həyata keçirilmiş soyqırımı, həmçinin ermənilər tərəfindən xalqımıza qarşı 200 ildən artıq bir müddətdə dəfələrlə törədilmiş qırğınlar barədə məlumat veriblər. Qeyd olunub ki, iyirmi beş il bundan əvvəl bəşəriyyət daha bir erməni vandallığının şahidi olub. İyirmi beş ildir ki, dünyanın hər tərəfində sülhsevər insanlar bu faciənin soyqırımı kimi tanınmasını tələb edir, erməni vəhşiliyinin növbəti və dəhşətli nəticələrinin soyqırımı aktı kimi qəbul edilməsini istəyir.

Ardını oxu...

Marquette Universitetinin siyasi təhlilçisi və beynəlxalq əlaqələr üzrə eksperti Peter Tase ingilis dilində yayımlanan “Eurasiya Dairy” (Avrasiya gündəliyi) portalına Xocalı soyqırımı haqqında müsahibə verib. Müsahibədə Peter Tase Xocalı həqiqətlərindən, Azərbaycan xalqının məruz qaldığı soyqırımından söhbət açmaqla yanaşı, həm də Naxçıvanın blokadada olmasına da münasibət bildirib. Həmin müsahibəni oxuculara təqdim edirik.  

Avrasiya gündəliyi: Sizin fikrinizcə, Xocalı soyqırımı dünya tarixində bəşəriyyə­tə qarşı törədilmiş ən dəhşətli faciələrdən biridirmi?
Peter Tase: Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixdə günahsız dinc azərbaycanlılara qarşı etnik erməni silahlı qüvvələri tərəfindən törədilmişdir. Bu silahlı hücumlar 613-dən çox dinc əhalinin (110 qadın və 65 uşaq daxil olmaqla) ölümünə səbəb oldu. Bu faciə Dağlıq Qarabağ silahlı münaqişəsi çərçivəsində bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir. Şübhəsiz ki, Xocalı soyqırımı qlobal səviyyədə müasir dövrün ən dəhşətli faciə və soyqırımıdır. Beynəlxalq insan hüquqları təşkilatları, Avropa Birliyi Komissiyası və Avropa Parlamenti belə bir amansız silahlı hücuma qarşı xüsusi qətnamə qəbul edərək Xocalı faciəsinin 25-ci ildönümünə sarsılmaz siyasi və humanitar dəstək nümayiş etdirməlidir. Xocalı faciəsi XX əsrin həqiqi Holokostunu (soyqırımı) təcəssüm etdirir.

Ardını oxu...

Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına əsasən ilk tədbiri Baş Konsulluğun xidmət ərazisi olan İqdır vilayətində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu ilə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və İqdır Azərbaycan Evi Dərnəyinin (İAED) birgə təşkilatçılığı əsasında keçirilib.
Təşkil edilən tədbirdə Azərbaycanın Qars Baş konsulu Nuru Quliyev, İqdır vali vəkili Bilgehan Karanfil, İqdır vilayəti baş prokuroru Sedat Turan, Daxili İşlər İdarəsinin müdiri Orxan Çevik, alay komandiri Qəhrəmən Dikmən, Azərbaycanın Qars Baş Konsulluğunun diplomatik heyəti, protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri Heydər Əliyev Fən Liseyi idarəçiləri, şagirdləri, dərnək başçıları və iqdırlılar iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Ardını oxu...

Xocalı soyqırımının törədilməsindən 25 il ötür. 26 fevral xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir. Bizə dədə-baba əmanəti olan doğma torpaqlarımız uğrunda şəhidliyə ucalmaq məqamıdır. O gün Xocalı sakinləri sübut etdilər ki, uğrunda qan tökülən torpaq vətəndir.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 yanvar tarixli Sərəncamında deyilir: “Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır. 2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir”.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Xocalı şəhərində törədilmiş erməni vəhşiliyi XX əsrin ən böyük faciəsidir” mövzusunda çıxış edərək bildirib ki, Xocalı soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. Erməni quldurları Xocalı şəhərini yerlə yeksan edib, köməksiz, dinc əhalini amansızlıqla qətlə yetiriblər. Xocalı faciəsinə hüquqi-siyasi qiyməti ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev verib.
Sonra Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının ifasında Xocalı faciəsinə həsr olunmuş şeir-kompozisiya təqdim olunub.

Ardını oxu...

Ordu hər bir ölkənin müstəqilliyinin təminatçısıdır. Bu təminat əldə olunmadan heç bir ölkədə sabitlikdən, deməli, həm də inkişafdan danışmaq mümkün deyil. Müasir dövrdə təhlükəsizliyimizin və hərtərəfli inkişafımızın qarantı Azərbaycan Respublikasının Silahlı Qüvvələridir. Bu gün ordumuz müharibə vəziyyətində olan ölkəmizin təhlükəsizliyində mühüm rol oynayır. Torpaqlarımızı işğalda saxlayan düşmənlərimizə qarşı hər an aktiv döyüş əməliyyatlarının başlanma ehtimalının çox olduğu bir dövrdə ordumuzun əhəmiyyəti daha da artır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov açıb. Qeyd olunub ki, yüzlərlə dinc insanın qətlə yetirilməsinə dünya tarixində nadir hallarda rast gəlmək olur. İnsanlığa böyük ləkə gətirən Xocalı faciəsi uşaq, qadın, qoca qətli ilə yaddaşlarda yaşayır. Bu faciə erməni separatçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində məkrli addımlarının nəticəsində baş verib.
Bildirilib ki, son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, bununla bağlı internet saytları yaradılıb. Beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsi istiqamətində atılan uğurlu addımlar sayəsində bir sıra dövlətlər, o cümlədən ABŞ-ın 21 ştatında Xocalı soyqırımı tanınıb. Bu məsələdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi rolu var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25-ci ildönümü ilə bağlı muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Gömrük andını sınaq müddəti bitmiş və ilk xüsusi rütbələr verilmiş 17 gömrükçü qəbul edib.
Əməkdaşlar təntənəli surətdə and içiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Səhət Həbibbəyli gömrük andını qəbul etmiş əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, işdə məsuliyyətli olmalı, qanunvericiliyin tələblərinə sözsüz riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mütəşəkkillik göstərilməlidir. “Hər şey nizam-intizamdan başlayır”, – deyən sədr müavini gənc gömrükçüləri təşəbbüskar və yenilikçi olmağa çağırıb.

Ardını oxu...

Salam, mənim can Xocalım, könlü, bağrı qan Xocalım! 25 il bundan öncə Vətənimin köksündəcə döyünən bir ürək idin. Qarabağın sinəsindən qopan nəfəs, yüz illərdən gələn bir səs, yaşamağa, yaratmağa həvəs idin. Yaşatmadı məlun düşmən, yaşatmadı qara tale, yandırıldın torpağında qaldı küllər, yandırıldın soldu getdi qar altından baş qaldıran al çiçəklər. Övladların düşmən eldə əsir oldu, yesir oldu, uşaqların qar üstündə “Ana” deyib şəhid oldu. Bəyaz oldu bircə gündə anaların gur saçları, qadınların bətnindəcə öldürüldü övladları. Şəhid oldu sənin üçün nər kişilər, bu dərdinə dözmədilər ər kişilər. Qar üstünə töküləndə al qanları, sızım-sızım sızlayanda yaraları haray çıxdı qanla dolu sinələrdən: – Can Xocalım! Yad əllərə əsir düşən mənim bağrı qan Xocalım!

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25-ci ildönümü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimizin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbiri giriş sözü ilə açan komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli kollektivi təbrik edərək müstəqillik dövründə muxtar respublika gömrük orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 25 il bundan öncə, 1992-ci il fevralın 24-də ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Qan yaddaşımız: Xocalı” adlı rəsm sərgisi açılıb.

Sərgidə əksəriyyəti gənclərdən ibarət olan 25 rəssamın 44 əsəri nümayiş etdirilir.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 25 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamı XX əsrin ən dəhşətli faciələrindən biri kimi dəyərləndirib, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov “Bəşəriyyəti heyrətə salan erməni vəhşiliyi” adlı məruzəsində bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından qovularaq qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşayiət olunub. Həmin proseslər sovet dövründə də davam edib.
Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR