25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri nazirliyin şöbə müdiri Yasin Əliyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiənin planlaşdırılması və təşkili bölməsi rəisinin baş köməkçisi, kapitan Rəcəb Səfərov “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, mülki müdafiə sülh və müharibə dövrlərində əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Mülki müdafiənin məqsədi fövqəladə halların qarşısının alınması prosesində profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması, fövqəladə halların və onların nəticələrinin vaxtında aradan qaldırılmasından ibarətdir.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Mülki müdafiə qərargahının rəis müavini Əsgər Əhmədov “Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində mülki müdafiə işinin təşkili”, Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin baş zabiti, daxili xidmət baş leytenantı Turan Şahhüseynov “İctimai nəqliyyatda və avtobus parkında yanğın təhlükəsizliyi üzrə müəyyən olunmuş qaydalara necə əməl etməli?” mövzularında çıxış ediblər.
Tədbirdə ayrı-ayrı mövzulara aid slaydlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR