25 Dekabr 2024, Çərşənbə

Martın 11-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə “Müasir bank xidmətlərinin tətbiqi və marketinqi” mövzusunda təlim keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin binasında keçirilən təlimin əsas məqsədi müasir bank xidmətlərinin tətbiq edilməsi zəminində marketinq fəaliyyətinin təşkilindən, xidmət sektorunda müştəriyönümlü xidmətin əsas planda olduğuna diqqətin yönəldilməsindən, uzunmüddətli hədəfdə isə gələcəkdə bank və maliyyə sahəsi üzrə kadr hazırlığına dəstək verilməsindən ibarət olub.
Seminarda təlimçilərdən – “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədovanın “Müasir dövrdə xidmət sektorunda marketinq fəaliyyətinin təşkili”, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan filialının müdiri Vüsal Novruzovun “Müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti”, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Hafiz İsmayılbəylinin “Bank sahəsində texnoloji yeniliklər və xidmətlər” mövzularında çıxışları dinlənilib.

Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirak etdiyi təlim aktivliklə müşahidə olunub. İştirakçılar təlimçilərə müxtəlif mövzularda suallar ünvanlayıblar.
Təlimdən sonra iştirakçılardan 116 nəfərə sertifikatlar təqdim olunub, aktiv iştirakçılardan 4 nəfərə hədiyyə verilib, 2 nəfər isə bankda 1 aylıq təcrübəyə dəvət olunub.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR