25 Dekabr 2024, Çərşənbə

Ermənilər həmişə həyasızcasına soyqırımına məruz qaldıqlarını iddia edir, hər il bu məsələni dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə çalışırlar. Tarixi faktlar isə sübut edir ki, ermənilər heç vaxt soyqırımına məruz qalmamışlar, əksinə, Naxçıvan da daxil olmaqla, Azərbaycanın digər bölgələrində, həmçinin Türkiyənin Şərqi Anadolu vilayətlərində dəfələrlə kütləvi qətliamlar törətmişlər. 

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən tarixin müəyyən mərhələlərində törədilən soyqırımı cinayətlərində ideoloji amillər əsas rol oynamışdır. Məlum olduğu kimi, ideologiya cəmiyyətin maraqlarını, dünyagörüşünü, ideallarını ifadə edən ideyalar sistemi, məqsədləri və hədəfləri olan inanc və fikirlərin bütünləşməsidir. Bəşəriyyət üçün təhlükəli olan ideologiyanın əsas ünsürlərindən biri isə mifologiyadır. Hər bir millətin tarixində mifologiyalar böyük rol oynamışdır. Məsələn, italyanların “Mare Nostrum” (Böyük dəniz), yunanların “Megalo Idea” (Böyük ideya) kimi əfsanələri bu xalqların taleyi ilə bağlı keçmiş və gələcək hadisələri açıqlayan qavramlardır. “Böyük Ermənistan” uydurması “Hai-taht” (ermənilərin davası) da mifologiyaya əsaslanır. Ermənilər məhz bu ideologiyaya əsaslanaraq qonşu dövlətlərə qarşı mədəniyyət, ərazi iddiaları ilə çıxış edirlər. Hətta onlardakı nifrətin dərəcəsi o qədər yüksəkdir ki, əgər terrordan daha şiddətli metod varsa, onu da azərbaycanlılara qarşı tətbiq edə bilərlər. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran faşist ideologiyasının bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir.
Məhz həmin nifrətin və psixologiyanın nəticəsidir ki, XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da erməni daşnakları qanlı cinayətə əl atdılar. Qaradağlı və Xocalı faciələri mülki əhaliyə qarşı törədilən terrorizmin ən dəhşətli nümunələrindəndir.

Ardını oxu...

Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı düşmənçilik siyasətinin növbəti təzahürü idi.

AMEA Naxçıvan Bölməsində XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən “Xocalı soyqırımı: vəhşilik aktı” mövzusunda keçirilən elmi konfransda bu barədə danışılıb.
Əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində iştirak edərək qəhrəmanlıqla şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iki əsrdir, tarixi tоrpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün qaniçən erməni cəlladlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi sоyqırımı siyasətindən danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən həmin sоyqırımı aktı dünya tarixində analоqu оlmayan vəhşilikdir. Erməni quldurlarının Xocalıya hücumu zamanı yüzlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Dinc sakinlər itkin düşüb, əsir götürülüb, yüzlərlə insan yaralanıb, ailələr büsbütün məhv edilib. Həmin gün dünya baş verən dəhşətli hadisələrə münasibətini bildirməyib. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra bəşər tarixində misligörünməmiş bu faciənin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ciddi addımlar atıb. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olunmağa başlayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları üçün 3 günlük təlimlər keçirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlərdə məqsəd qar uçqunlarında axtarış-xilasetmə tədbirləri barədə şəxsi heyətin peşəkarlığını artırmaqdır.
Nəzəri və praktik məşğələlərdən ibarət təlimlərə nazirliyin 12 xilasedicisi cəlb olunub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış, səmti müəyyənetmə qaydaları haqqında ətraflı məlumatlar verilib. Məşğələlərdə həmçinin qar uçqunları altında qalanların axtarışı zamanı istifadə olunan müasir cihazlar, onlardan istifadə qaydaları xilasedicilərin diqqətinə çatdırılıb. Praktik olaraq həmin avadanlıqlar vasitəsilə axtarışlar aparılıb.

Ardını oxu...

 Bu qış təbiət muxtar respublika sakinlərinə ən sərt üzünü göstərdi. Soyuq hava şəraiti aylardır, davam edir. Ancaq təbiətin bütün bu şıltaqlıqlarına baxmayaraq, dondurucu şaxtanı bir nəfər belə, öz evində və ya iş yerində hiss etmir, həyat öz axarındadır. İdarə, müəssisə və təşkilatlar, xəstə­xanalar, məktəb və bağçalar havaların şaxtalı keçməsinə baxmayaraq, adi iş günlərini davam etdirir, evlərə mavi yanacaq və elektrik enerjisi kəsintisiz olaraq verilir, yollarda nəqliyyatın hərəkətində heç bir maneələr yaranmır. Televiziya kanallarından dünyanın bir çox ölkələrində, həm də inkişaf etmiş ölkələrində, böyük şəhərlərdə qış fəslinin gətirdiyi çətinliklər qarşısında çarəsiz qalan insanları görürük. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində keçən qış fəsillərini, çəkilən əzab-əziyyəti görənlər əlaqədar qurumların sərt qışa bu qədər hazır olmalarını minnətdarlıqla qarşılayırlar. 

Ötən günlərin birində “Şərq qapı­sı” qəzetinin o illərdə işıq üzü görən nömrələrinin səhifələrini vərəqləyəndə böyük ürək yanğısı ilə qələmə alınmış bir yazı diqqətimi cəlb etdi. 13 yanvar 1993-cü il tarixli nömrədə dərc edilmiş “Namərdə möhtac olmaqdansa” sərlövhəli bu yazıdan bəzi sətirləri bölüşməmək olmur:

Ardını oxu...

Tarixboyu atalarımız Vətənimizin azadlığı, düşmən tapdağı altına düşməməsi üçün qılınc götürüb, zireh geyinəndə döyüş meydanında şərəfli ölümü arzu ediblər. Biliblər ki, arxaya atılacaq hər bir addımdakı torpaq Vətənimizin bir qarışıdır, bu torpağın altında minlərlə şəhid yatır, geriyə yol yoxdur. Əcdadlarının miras qoyub getdiyi ulus əmanətdir, bu əmanətə isə xəyanət etmək olmaz. Beləcə, yüz illər, min illər keçib, xalqımız şəhid verə-verə öz varlığını sürdürüb, bu günlərə gəlib çatıb. Başqa sözlə, şəhid qanlarıyla suvarılan Vətən torpağı öz mübariz övladlarının, qəhrəmanlarının sayəsində dünən də var olub, bu gün də. Nə qədər ki uğrunda hər an canından keçməyə hazır olan oğul və qızlarımız var, bundan sonra da dünya xalqları içində söz sahibi olacağımız şəksiz, şübhəsizdir.

…Yolumuz Şərur rayonunun Qarahəsənli kəndinədir. Burada torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəman Kərim Kərimovun doğulub boya-başa çatdığı ocağı ziyarət edəcəyik.
Kərim Kərimov haqda az məlumatı olanlar üçün deyim ki, xalqımızın bu igid övladı 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Tümen vilayətinə gedib və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul edilib. Siyasi və hərbi hazırlıq əlaçısı olub. Qarabağda döyüşlər şiddətlənəndə onunla bir yerdə təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyib: “Bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda Vətən bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb təhsillərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdiriblər. Onlar Biləcəridə təlim keçdikdən sonra 1992-ci il aprelin 15-də Goranboy rayonuna yola düşüblər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı Kərim Kərimov istehkamçılar bölməsinə komandir təyin olunub. O, verilən bütün tapşırıqları vaxtında və yüksək dəqiqliklə yerinə yetirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində azərbaycanlıların soyqırımından bəhs edən “Qanla möhürlənmiş gün” adlı sənədli film nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.

Ceyhun Məmmədov

Muxtar respublikamızda dinamik sosial-iqtisadi inkişafın bəhrələrini həyatımızın bütün sahələrində görmək olar. İnsanların layiq olduğu səviyyədə yaşamasına yönəldilmiş tədbirlərin reallaşdırılması, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində görülən işlər də həmin tədbirlərin tərkib hissəsidir. Bunun ifadəsi kimi 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyari xidmətin fəaliyyəti hər bir naxçıvanlı tərəfindən yüksək qiymətləndirilir.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevin sözlərinə görə, səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara verilməsinə imkan yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız sıra meydanına gətirilib.
Sonra gənc əsgərlər vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Mülki Müdafiə Alayının komandiri vəzifəsini icra edən, polkovnik Baba Babayev hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Mərasimdə çıxış edən baş leytenant Mətin Amanov, əsgər Elman Bayramlı, gənc əsgər Rəfiq Əliyev, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, valideynlər adından isə İsa Şiraslanlı gənc əsgərləri təbrik ediblər. Çıxış edənlər əminliklərini bildiriblər ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Ardını oxu...

Babək rayonundakı Toydaş sahəsində mis və molibden yataqları aşkarlanıb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə daxil olan məlumatda belə deyilir.
Məlumatda o da bildirilir ki, yeni yataqların aşkar olunması son illərdə muxtar respublikada geoloji-kəşfiyyat işlərinin həcminin genişləndirilməsi sayəsində mümkün olub.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” çərçivəsində bölgələrimizdə filiz yataqlarının axtarışı ilə əlaqədar işlər aparılır. Culfa rayonu ərazisindəki Qaraqala su sahəsində 2016-cı ildə axtarış qiymətləndirmə işləri başa çatdırılıb, qum, çınqıl və gil xammalının ilkin geoloji hesabatı tərtib olunub. Əlincəçay hövzəsində də haliyədə tikinti materiallarının axtarışı davam etdirilir.
Naxçıvanın mineral xammal bazasını 200-dən çox filiz və qeyri-filiz yataqları təşkil edir. Son illərdə muxtar respublika ərazisində müxtəlif tip filiz və qeyri-filiz yataqları öyrənilib və aşkar edilib. Mineral xammal ehtiyatlarının ümumi balansında filiz, qeyri-filiz faydalı qazıntıları kimi tikinti materialları mühüm yer tutur.

Ardını oxu...

1929-cu il fevralın 18-də Naxçıvan Muxtar Respublikasının on kəndi  beynəlxalq müqavilələrin şərtləri kobud şəkildə pozularaq Ermənistana verilib

Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycana köçürülən və XIX yüzillik boyu davam edən köçürmə prosesi nəticəsində sayları süni surətdə artırılan ermənilər tarixi torpaqlarımızda yerləşdirildikdən və möhkəmləndirildikdən, xüsusilə yüzilliyin sonlarında özlərinin bir sıra təşkilatlarını (Qnçaq, Daşnaksutyun, Erməni vətənpərvər ittifaqı) yaratdıqdan sonra ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Ermənilərin ərazi iddialarında Azərbaycanın əzəli və əbədi torpaqları olan Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ bölgələri əsas yer tuturdu. Bu iddialarını, xüsusilə “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ermənilər XX yüzilliyin əvvəllərində fəaliyyətlərini daha da gücləndirdilər. 

Havadarlarının, xüsusilə iri dövlətlərin himayəsi ilə yaranmış hər bir əlverişli məqamdan məharətlə istifadə edən ermənilər I Dünya müharibəsində məğlubiyyətə uğrayan Rusiya imperiyasının dağılmasından sonra 1918-ci il mayın 28-də müstəqilliklərini elan etsələr də, heç bir əraziləri və paytaxtları yox idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkəmizə qarşı ərazi iddialarına son qoyulacağını güman edərək 1918-ci il mayın 29-da ətraf ərazilərlə birlikdə İrəvan şəhərini ermənilərə verdi. Onlar bağışlanan bu ərazilər hesabına 9,5 min kvadratkilometr ərazidə özlərinin daşnak hökumətlərini yaratdılar və bununla kifayətlənməyib ərazi iddialarını gerçəkləşdirmək üçün səylərini artırdılar. Bir sıra Azərbaycan torpaqlarını, xüsusilə Zəngəzuru işğal etdikdən, 1920-ci il noyabrın 29-da Ermənistan sovetləşdikdən sonra bolşeviklərin yardımı ilə ermənilər daha da fəallaşdılar.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikası əsl çiçəklənmə dövrünü yaşayır. Qədim diyar ötən hər il daha sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlarla, iqtisadiyyatda, sosial, mədəni həyatdakı yeniliklərlə diqqət mərkəzinə çevrilir. 

Muxtar respublika özünü ərzaq və enerji təhlükəsizliyi ilə tam təmin etməklə yanaşı, bu gün həm də ixracatçı məkan kimi tanınır. Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması uzun illər blokada şəraitində inkişaf etməyin, tərəqqi yolunda olmağın nümunəsini dünyaya nümayiş etdirir. Bu inkişaf, bu dirçəliş, bu tərəqqi insanların rifah halının yüksəldilməsilə bərabər, qədim diyarımıza səfər edən xarici ölkə vətəndaşlarının sayını da artırır.

Ardını oxu...

Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq

Milli və müasir sivilizasiyaların qovşağında yerləşən Naxçıvan şəhəri bir ildən sonra İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. İslam mədəniyyətinin tarixində özünə­məxsus yer tutan, müasir inkişafı ilə diqqətləri özünə cəlb edən, gündən-günə daha da gözəlləşən Naxçıvanın həm də qədim sivilizasiyanın beşiyi olduğunu nəzərə alsaq, onda çox əhəmiyyətli bir tarixi prosesin şahidi olacağımıza əminlik yaranır. Ekspertlərin fikrincə, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, beynəlxalq səviyyədə mədəniyyət aləmində böyük irəliləyişlərin müjdəçisi kimi tarixdə yerini alacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham ­Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 15-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə müsabiqə elan edilib. Bundan sonrakı prosesdə rəsmi internet səhifəsi yaradılacaq, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanacaqdır. Eyni zamanda muxtar respublikada mövcud olan türk-islam mədəniyyət nümunələrinin, dini abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESKO-nun siyahısına salınması istiqamətində işlərin aparılması, qədim diyarın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri, milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması nəzərdə tutulur. Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin də təşkilini diqqətdə saxlayacaqdır. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, İslam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, müxtəlif idman yarışlarının təşkili də nəzərdə tutulur.

Ardını oxu...

Bu il bəşər tarixində ən böyük qanlı hadisələrdən biri – Xocalı soyqırımının iyirmi beşinci ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdiyi bu faciə nəticəsində Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalı yerlə yeksan edilib, əhalisi soyqırımına məruz qalıb. Xalqımız bu faciəni unutmur, soyqırımına məruz qalmış insanların xatirəsi Azərbaycanda və dünyanın əksər ölkələrində yad edilir.

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı bu sahədə həyata keçiriləcək tədbirlərin əhatəliliyindən xəbər verir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamı da analoji tədbirlərin muxtar respublikada geniş həcmdə həyata keçirilməsini nəzərdə tutur. Bəs 25 il bundan əvvəl erməni vəhşiliyinin nəticəsi olaraq dağıdılmış Xocalı şəhərinin tarixi haqqında nə bilirik? Qədim və zəngin mədəniyyətə malik Azərbaycan tarixində Xocalı hansı rola malikdir?

Ardını oxu...

Sərhəd bölgəsi 2016-cı ili uğurla başa vurub

“Bu yurd yerimiz hamımız üçün müqəddəs bir məkandır. Çünki ordan başlayır Vətən adlı məmləkətimiz. Coğrafi mövqeyi onun tarixi taleyinə mənfur düşmənlərimizlə qonşuluq qisməti yazıb. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da aşkarda həyata keçirən daşnakların 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sədərəklilərin sərhədçi ömrü yaşamaları ilə nəticələnib.

Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Naxçıvan ayağa qalxıb, Sədərək qəhrəmanlıqla qorunub, “Torpaq uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxıb eloğullarımız. Bu mücadilədə sağlamlığını itirənlər də az olmayıb. Onlarla igidimiz isə şəhidlik zirvəsinə ucalıb”. Bu sözləri 1 nömrəli Sədərək kənd tam orta məktəbində söhbətləşdiyimiz tarix müəllimi Vurğun Əsgərov deyir. Xəyalımda o illəri canlandırmağa çalışıram.

Ardını oxu...

Azərbaycan xalqı hər zaman adət-ənənələri, milli-mənəvi dəyərləri ilə seçilən xalq olub. Bu dəyərlər əsrlərin sınağından üzüağ çıxaraq müasir dövrümüzədək yaşadığımız həyat tərzinin bir hissəsinə çevrilib. Dəyərlərimizi yaşadan isə bizə böyüklərimizdən miras qalmış əxlaqımız, soy-kökümüzə bağlı­lığımız və bu ənənələrimizin dini dəyərlərimizlə bir-birini tamamlamasıdır. Ancaq etiraf edək ki, bəzən dəyərlərimizi mənəvi aşınmalara məruz qoyan da bizik. Halbuki hərtərəfli inkişaf milli və mənəvi sistem üzərində qurularkən daha sağlam olur. Əks halda, bunun mənfi təsiri də elə ilk olaraq bizə – cəmiyyətə dəyir. Söhbət son illərdə Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusuna çevrilmiş israfçılıqdan, bu israfçılığın insanlara “bəxş etdiyi” psixoloji zərbələrdən və bunun doğurduğu acı nəticələrdən gedir. Halbuki istənilən cəmiyyətdə israfçılıq heç kim tərəfindən müsbət xarakterizə olunmur.
Təqribən, 10 il bundan əvvəl Naxçıvanda təşkil edilən yas məclislərindəki vəziyyət heç də ürəkaçan deyildi. Yaxını rəhmətə getmiş birisi “el qınağında” olmamaq üçün yeddi gün məclis təşkil etməli, hər gün ehsan süfrəsi açmalı, məclis qurtardıqdan sonra isə mərhumun qəbrini düzəltdirmək üçün yenidən qollarını sıvamalı idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 9 fevral tarixli Sərəncamına əsasən, “Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görüldü. Bu ali mükafat Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü münasibətilə keçiril­miş tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təqdim edildi. Muxtar respublikamızda, eləcə də ölkəmizdə tarix elminə mühüm və sanballı töhfə olan bu əsərin yüksək mükafata layiq görülməsi tarixi yaşadanların tarix qarşısındakı böyük xidmətidir.
“Naxçıvan tarixi” çoxcildliyi sıradan bir tarixi əsər deyil. Bu əsər mövcudluğu çox-çox qədimlərə dayanan, böyük Şərq mədəniyyətinin əsas mərkəzlərindən sayılan, mühüm dövlətçilik ənənələri üzərində formalaşan, dünyanın iki qütbünü bir-birinə bağlayan qədim İpək Yolu üzərində yerləşən, bəşəriyyətin ikinci yaranışı üçün Seçilmiş Yer – Naxçıvanın qədim dövrlərdən bu günədək olan tarixini özündə əks etdirir.

Ardını oxu...


Sosial şəbəkələrdən istifadə böyük auditoriyaya çıxış imkanı yaradır, təbliğat sahəsində geniş imkanlar açır. Bəli, sosial şəbəkələrin müsbət cəhəti çoxdur. Bu şəbəkələr insanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox mühüm əhəmiyyətə malikdir.

Bu gün ölkəmizin turizm potensialının nümayiş etdirilməsi üçün sosial şəbəkələr geniş imkanlar açır. Ancaq gəlin görək, biz bu imkanlardan necə yararlanırıq? Gün ərzində yüzlərlə məlumat əldə etdiyimiz bu şəbəkələrə biz hansı məlumatları yerləşdiririk? Təəssüf ki, bu sualın cavabı bir çoxları üçün birmənalıdır: şəxsi şəkillər, yad profillərdən paylaşımlar və digər materiallar. Bunları paylaşdıqdan sonra isə gözləyirik ki, görəsən, bu paylaşımları neçə nəfər bəyənəcək? Ancaq yadımıza düşürmü ki, ölkəmiz haqda, onun turizm potensialı barədə nəsə paylaşaq və elə edək ki, bu paylaşımları xarici ölkələrdə də görə bilsinlər?

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Naxçıvan şəhərindəki “N” hərbi hissədə keçirilən mərasimdə əvvəlcə  hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirilib. Andiçmə mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 
Yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Mərasimdə gənc əsgərlərin  valideynləri və yaxınları da iştirak ediblər. Tədbirdə çıxış edən zabitlər, əsgərlər, valideynlər hərbi and içən əsgərləri bu münasibətlə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar. Həmçinin, şəxsi heyət təntənəli marşla  tribunanın önündən keçib. 

Ardını oxu...

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

   Serqqapisi.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Ardını oxu...

1979-cu il fevralın 11-də İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Ardını oxu...

Muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üzrə görülən tədbirlər öz bəhrəsini verməkdədir. Əvvəlki dövrlərdən fərqli olaraq, artıq Azərbaycandan çox uzaq coğrafiyalarda yerləşən ölkələrin də Naxçıvana marağı yaranıb. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvana son səfəri, onun muxtar respublikanın tarix, mədəniyyət və təbiət abidələri ilə tanışlığı bu qənaətə gəlməyə imkan verir. Naxçıvandan ayrılarkən onunla görüşüb təəssüratlarını öyrəndik:

Naxçıvana səyahət edərkən bura haqqında məlumatınız var idi?

İlk olaraq onu qeyd etməliyəm ki, mən artıq Naxçıvana ikinci dəfədir, gəlirəm. Əvvəlcə ötən ilin payızında Naxçıvanda olmuşam. İlk səfərim zamanı gördüyüm qonaqpərvərlik, buradakı zəngin turizm ehtiyatları və yerli əhalinin istiqanlığı məni yenidən Naxçıvana gətirdi. Ərəb ölkələrində Azərbaycanın turizm potensialına maraq böyükdür. Buraya gəlməmişdən əvvəl Gəncədə idik. Səfərimin sonunda yenə Naxçıvana gəlməyə, keçən dəfə görə bilmədiyim yerlərlə tanış olmağa qərar verdim. Burada bütün turistlər üçün maraqlı yerlər çoxdur.

Ardını oxu...

Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” və “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları” mövzularında seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, kargüzarlıq dedikdə, sənədlərin hazırlanması və rəsmiləşdirilməsi, onların hərəkətinin təşkili, uçotu və saxlanması sahəsində fəaliyyət başa düşülür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı müvafiq təlimatın tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

Ardını oxu...

Dünən “Şərq qapısı” qəzetinin redaksiyasında keçirilən təqdimat mərasimini qəzetin baş redaktoru Tural Səfərov açıb, yeni nəşr barədə məlumat verib. Bildirilib ki, təqdimat mərasimi Naxçıvanın muxtariyyət statusu qazanmasının 93-cü ildönümünə təsadüf edir. Muxtariyyət Naxçıvanın ən böyük sərvətidir və bugünkü Naxçıvan ötən illər ərzində bunun bəhrələrini görüb. Son 20 ildə isə doğma diyarımız inkişaf və tərəqqisinin yeni dövrünü yaşayır. Qısa zaman kəsiyində Naxçıvan əsrlərə bərabər inkişaf yolu keçib. Naxçıvanın beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsi, qədim diyarımızda müasir turizm infrastrukturunun yaradılması muxtar respublikaya gələn xarici qonaqların sayını artırıb. Son illər Naxçıvana gələn dünyanın tanınmış ictimai xadimləri, jurnalistləri muxtar respublikanın inkişafına, burada yaradılan sabitliyə heyranlıqlarını bildiriblər, dünyanın nüfuzlu mətbuat orqanlarında qədim diyarımız barədə yazılar çap etdiriblər. Həmin yazıların bir qisminin toplandığı “Naxçıvan dünya mətbuatında” kitabının çap olunması muxtar respublikada kütləvi informasiya vasitələrinə, kitab nəşrinə göstərilən ardıcıl diqqət və qayğının davamıdır.

Ardını oxu...

Culfa rayonunun Gülüstan Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada qadınların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur. Son illər muxtar respublikada böyük səhiyyə müəssisələri ilə yanaşı, onlarla həkim ambulatoriyasının, feldşer-mama məntəqəsinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi qadınların sağlamlığının qorunmasına zəmin yaradıb, ana ölümünün minimuma endirilməsinə gətirib çıxarıb. Hər bir yaşayış məntəqəsində olduğu kimi, Gülüstan kəndində də yaşayan qadınların sağlamlıqlarının qorunması üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Dövlətimizin qadınlara göstərdiyi qayğı kimi qadınlarımız da öz ailəsinə qayğı ilə yanaşmalı, övladlarının layiqli vətəndaş kimi böyüməsinə çalışmalıdırlar.

Ardını oxu...

Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxmışdı. 1918-ci ilin may ayında Cənubi Qafqazda müstəqil respublikaların – Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri etdi. Gürcüstan və Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Xüsusilə “böyük Ermənistan” yaratmaq xülyası ilə çıxış edən Ermənistan Respublikası Azərbaycanın bir sıra tarixi torpaqlarını – Qarabağı, Zəngəzuru, Naxçıvanı və başqa torpaqları öz ərazisinə qatmaq üçün açıq mübarizəyə başladı. Bu işdə onlara bir sıra dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi.

Ardını oxu...

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov çıxış edərək ötən ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr barədə danışıb. Qeyd olunub ki, hesabat ilində ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələr baş verib. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib, dövlət müstəqilliyimizin 25-ci ildönümü geniş qeyd olunub. Bu siyasi hadisələrdə partiya üzvləri yaxından iştirak ediblər.
Vurğulanıb ki, hesabat ilində ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, təşkilat sədrlərinə metodik köməkliklər göstərilib, ərazi prinsipinə görə 54 ilk partiya təşkilatı 47 ilk təşkilatda birləşdirilib. Partiya üzvlərinin uçotunun operativliyini təmin etmək məqsədilə uçotun elektron bazası yaradılıb. Yeni Azərbaycan Partiyası sıralarına 27 nəfər qəbul edilib. Hazırda təşkilat 3540 nəfər partiya üzvünü birləşdirir. Onların 1684 nəfəri gənclər, 1384 nəfəri qadınlardır.
Şura iclasında 2017-ci ildə rayon partiya təşkilatının vəzifələri, fəaliyyət istiqamətləri müəyyən edilib.
Məruzə ətrafında təşkilatın Gənc­lər Birliyinin sədri Vüqar Murad­ovun, Qadınlar Şurasının sədri Mətanət Məmmədovanın çıxışları olub.
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyinin, Qadınlar Şurasının 2017-ci ilə dair iş planları müzakirə edilərək təsdiq olunub.
Sonra Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib, 9 nəfərin partiya sıralarına qəbul olunması haqqında ilk partiya təşkilatlarının qərarları təsdiq edilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. 2017-ci ilin ilk ayının yekunları da muxtar respublikanın gələcək inkişafında yeni imkanlardan lazımınca istifadə olunacağı qənaəti yaradır. Bəs cari ilin yanvar ayı Naxçıvan üçün hansı əlamətdar hadisələrlə yadda qaldı? Ay ərzində muxtar respublika həyatında baş verən dəyişikliklərə nəzər salaq.

Ardını oxu...

Həkim Fatma Məmmədli: “Tatuaj ciddi yoluxucu xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır”.
Dini Qurumlarla İş üzrə İdarənin əməkdaşı Bəhruz Gülmalıyev: “Bütün səmavi dinlər döymə etdirməyi haram buyurur”.
Ziyalı gənc Vurğun Əsgərli: “Fərqlilik, digərlərindən öndə olmaq elm, ağıl, məntiq, mədəniyyət ilə mümkündür”.

Son zamanlar gənclər arasında bədənə döymə, yəni tatuaj etdirmək “populyarlıq” qazanıb. Qeyd etmək lazımdır ki, tatuaj nəinki gənclər, hətta ortayaşlı nəslin nümayəndələri arasında da dəb halına çevrilib. Təəssüf ki, keçmişdə nənələrimizin xınalı əlləri bu gün öz yerini tatuajlı əllərə verir. Hərdən düşünürəm ki, bizə kəlağayı kimi incə miras qoyub getmiş nənələrimiz məsləhətli olsa idi, tatuajı da miras qoyar, ona sahib çıxmağımızı vəsiyyət edərdi. Başına hələ də kəlağayı örtən nənələri, gəlinləri olan bir ölkədə tatuaj daşıyıcılarının olması heç də arzuolunan deyil. Bəs gəlin görək nədir bu bizim milliliyimizlə heç də yovuşmayan tatuaj?
Tatuaj müxtəlif simvollar və ya şəkillərin bədəndə əks etdirilməsidir. Bəzilərinə tatuajın psixoloji və dini baxımdan izahı məlum olmasa da, insanların çoxu tibbi baxımdan onun fəsadlarından xəbərdardır. Bəli, tibbi biliyinin olub-olmamasından asılı olmayaraq, çoxları bilir ki, tatuaj zamanı bəzi təhlükəli xəstəliklərlə üzləşmək mümkündür. Belə hallarda yarana biləcək xəstəliklər barədə daha dolğun cavab almaq üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Dəri-zöhrəvi şöbəsinin həkimi Fatma Məmmədliyə müraciət etdik:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sərnişinlərin təhlükəsiz daşınması üçün yeni nəsil texnologiyalar tətbiq edilir. Nəqliyyat Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, muxtar respublikanın paytaxtında sərnişindaşıyan avtonəqliyyat vasitələrinə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi GPS monitorinq xidməti quraşdırılıb.

            Bu texnologiyaların köməyi ilə nəqliyyat vasitələrinin hərəkətini izləmək, təhlükəsizliyə nail olmaq, yanacaq xərclərinə qənaət etmək, əmək intizamına, texnikanın istismarına nəzarəti gücləndirmək mümkündür. Naxtel-4G GPS izləmə sistemi hazırda Naxçıvan-Bakı marşrutunda hərəkət edən avtobuslarda uğurla tətbiq edilir. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə GPS-lərin quraşdırılması işləri davam etdirilir. İndiyədək bu sistem 32 ədəd avtonəqliyyat vasitəsinə quraşdırılıb. 

Müstəqil Azərbaycan dövləti bütün coğrafi ərazisində hərtərəfli və müasir inkişafın təmin edilməsi yollarında uğurla irəli getməkdə davam edir. Ölkəmizin böyük dağıntılardan, dərin iqtisadi böhrandan çıxaraq ən müasir inkişaf səviyyəsinə çatması, dünyanın əsas söz sahiblərindən və güc mərkəzlərindən birinə çevrilməsi çoxəsrlik tarixə malik olan Azərbaycanın müstəqillik dövrünün mühüm nailiyyətidir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallığıdır.
Əsrin dörddə biri qədər qısa zaman içərisində Azərbaycan Respublikasında keçilmiş möhtəşəm yol müstəqillik qazanmış yeni dövlətlər üçün mühüm örnəkdir. Bu, həm də ölkəmizdə ardıcıl və davamlı dövlət quruculuğu proseslərinin məqsədyönlü şəkildə irəli aparılmasının, seçilmiş düzgün yolun qətiyyətlə və yaradıcılıqla davam etdirilməsinin uğurlu nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın milli dövlətçilik maraqlarına əsaslanan dönməz mövqeyi və ölkəmizi islahatdan-islahatlara doğru davamlı surətdə inkişaf etdirmək strategiyası, müasirləşmə istiqamətindəki kompleks proqramları əhatə edən genişmiqyaslı baxışları, obyektiv reallıqları əks etdirən düşünülmüş addımları sayəsində müstəqil dövlətimiz sürətlə inkişaf edərək böyük nailiyyətlər əldə etmişdir.

Ardını oxu...

Müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuğun, sözün geniş mənasında, daha bir ünvanına çevrilmiş Şərur rayonu bu gün yüksəlişinin yeni mərhələsindədir. Son illərdə rayonun siması xeyli dəyişib, çoxlu sayda sosial obyektlər, xidmət sahələri, istehsal və emal müəssisələri yaradılıb, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib.
Ölkə başçısının imzaladığı, icrasına xüsusi diqqət və tələbkarlıqla yanaşılan regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət pro­qramlarının uğurla həyata keçirilməsi nəticəsində bu gün bütün bölgələr kimi, Şərurda da yeniləşmə ruhu hakimdir, insanlar böyük həvəslə qurub-yaratmaq, abadlaşdırmaq istəyirlər, sabahlarının bu gündən daha yaxşı olması üçün qüvvələrini əsirgəmirlər. Ümumiyyətlə, respublikamızda iqtisadi potensialın hərtərəfli inkişafının təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin işə salınması, əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızın bu qədim bölgəsini də əhatə edib.

Ardını oxu...

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr digər sahələrdə olduğu kimi, abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına da əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən verilən məlumata görə, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan tələbat 80-85 meqavat, qış mövsümündə 45-50 meqavat təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin qış mövsümündə elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün hazır­lıq işlərinə xüsusi diqqət yetirilib, lazımi mal-material ehtiyatı yaradılıb. Həmçinin elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi ehtiyat hissələri, dolaq, elektrotexniki kağız və materiallarla təmin edilib. Əsas avadanlıq və materialların birbaşa xarici ölkələrin istehsalçı müəssisə və təşkilatlarından alınması işləri davam etdirilir. Ümumiyyətlə, abonentlərin, o cümlədən inzibati və ictimai yaşayış binalarını istiliklə təmin edən qazanxanaların fasiləsiz və təhlükəsiz elektrik enerjisi ilə təmin olunmasına, baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Bu rayonun bütün yaşayış məntəqələri abadlaşdırılıb

2016-cı il Naxçıvanın tarixində əlamətdar və əhəmiyyətli hadisələrlə yadda qaldı. İstər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni sferalarda uğurlu nəticələr əldə olundu. “Nizam-intizamın daha da möhkəm­ləndirilməsi ili” olan 2016-cı ildə əldə olunan uğurlardan muxtar respublikanın hər rayonuna pay düşüb. Bu nəticələrlə tanış olsaq, dövlət müstəqilliyimizin 25-ci ildönümünü qeyd etdiyimiz 2016-cı ilin Kəngərli rayonunun tarixinə də uğurlu il kimi yazıldığını deyə bilərik.

Yaradılmasından ötən 13 il ərzində Kəngərli rayonunun böyük inkişaf yolu keçdiyini bura yolu düşən hər kəs təsdiq edir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də rayonun bir çox yaşayış məntəqələrində quruculuq işləri aparılıb, yeni infrastruktur layihələri həyata keçirilib. Ötən il Yurdçu kəndində kompleks quruculuq işlərinin aparılmasından sonra Kəngərli rayonu muxtar respublikada bütün yaşayış məntəqələri abadlaşdırılan bölgəyə çevrilib. Bununla yanaşı, quruculuq tədbirlərinin davamı kimi ötən il Qıvraq qəsəbə tam orta məktəbində təmir işləri aparılıb, Şahtaxtı kəndində 594 şagird yerlik məktəb binası əsaslı təmir olunub, rayon mərkəzində və ətraf kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi, Qıvraq qəsəbə uşaq bağçasının inşası və abadlıq işləri davam etdirilib. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Böyükdüz kəndində müharibə veteranı üçün fərdi mənzil tikilərək istifadəyə verilib. Bundan əlavə, ötən il fərdi evlər tikmək üçün rayon sakinləri tərəfindən 23 müraciət qeydə alınıb. Əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 14 min 664 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2015-ci ildəki müvafiq göstəricidən 1,4 faiz çoxdur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev hesabat məruzəsi ilə çıxış edib.
“Hesabat ilində Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı şurasının 4, idarə heyətinin 12 yığıncağı keçirilib. Bu yığıncaqlarda partiya işi ilə bağlı müxtəlif məsələlər müzakirə olunub, buraxılan nöqsanlar və onların aradan qaldırılması yollarından danışılıb. 2016-cı il oktyabr ayının 15-də keçirilmiş 11-ci konfransa qədər təşkilatın 106 ərazi ilk təşkilatında keçirilmiş hesabat seçki yığıncaqlarında həmin təşkilatların 54 təşkilatda fəaliyyət göstərməsi qərara alınıb”, – deyən Qürbət Rzayev bildirib ki, bu gün təşkilatın qeydiyyatında 5 min 835 nəfər üzv vardır. Onların 2756-sı qadın, 1464 nəfəri gəncdir. Ötən il 43-ü qadın, 63-ü gənc olmaqla, Yeni Azərbaycan Partiyası sıralarına 106 nəfər qəbul edilib. Bundan sonra da partiyanın boy artımı diqqətdə saxlanılacaq, təşəbbüskar, ictimai işlərdə daha çox fəallıq göstərən gənclər partiya üzvlüyünə qəbul olunacaqlar.
Vurğulanıb ki, 2016-cı ildə partiya üzvləri rayonun ictimai-siyasi həyatında, bölgədə keçirilən tikinti-quruculuq, abadlaşdırma, yaşıllaşdırma tədbirlərində fəallıq göstəriblər.

Ardını oxu...

“Son günlər havaların soyuq keçməsi ilə əlaqədar Naxçıvanın avtomobil yollarında sürücülər heç bir problemlə üzləşməyib. Mütəmadi olaraq yollarda aparılan təmizlik işləri hərəkətin intensivliyinə mane olmayıb”. Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumatda belə deyilir.

Bildirilir ki, son vaxtlar muxtar respublikada avtomobillərin sayı xeyli artıb. Bu isə  yollarda hərəkətin intеnsivliyinin təmin еdilməsi üçün əlаvə tədbirlərin görülməsi zərurəti yаrаdıb. Bu məqsədlə Nахçıvаn şəhərinin müxtəlif prospekt, küçə və məhəllələrində 19 ədəd işıqfor və eyni zаmаndа аyrı-аyrı ünvаnlаrdа 20 ədəd kamera qurаşdırılıb. Bu dа yоl hərəkəti qаydаlаrını pоzаn sürücülərə mütəmаdi оlаrаq nəzаrət еtmək imkаnı yаrаdır.

Avtomobillərin texniki baxışı da diqqət mərkəzində saxlanılıb. Ötən il muxtar respublikada dаimi qеydiyyаtdа оlаn hüquqi və fiziki şəxslərə məxsus 18 min 755 nəqliyyat vasitəsi texniki baxışdan keçirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, fevralın 1-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri ­Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə, Naxçıvan Biznes Mərkəzində yerli müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar.
Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 300 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildən etibarən hər il tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Bildirilib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif təyinatlı obyektlər tikilərək və ya əsaslı təmir olunaraq onların istifadəsinə verilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, müxtəlif sahələr üzrə fərqlənən istedadlı yeniyetmə və gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Bu il də iki nəfər istedadlı gəncin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi təqaüdünə layiq görülüblər.

Ardını oxu...

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunmasıdır.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr digər sahələrdə olduğu kimi, abonentlərin fasiləsiz və təhlükəsiz təbii qazla təminatına da əlverişli şərait yaradıb. Naxçıvan şəhərindən, rayon mərkəzlərindən başlamış ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələri qazlaşdırılıb.
“Naxçıvanqaz” İstehsalat Birliyindən verilən məlumata görə, abonentlərin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sisteminə texniki baxış keçirilib, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görülüb. Ümumiyyətlə, abonentlərin, o cümlədən inzibati və ictimai yaşayış binalarını istiliklə təmin edən qazanxanaların fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunmasına, baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə hərtərəfli şərait yaradılıb.
Müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla sərf olunan təbii qazın dəqiq uçotunun aparılması məqsədilə sayğacların quraşdırılması işi də vaxtında başa çatdırılıb. 2015-ci ilin iyul ayından isə Naxçıvan şəhərində daha müasir, ön ödənişli, smartkarttipli sayğacların quraşdırılmasına başlanılıb.

Ardını oxu...

1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclərin Birinci Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. 

Hər bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Bu mənada, gəncliyin inkişafı, dünya birliyinə inteqrasiyası Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Dövlət gənclər siyasəti ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”, – deyən dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına başlanılmışdır. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı. Məhz ötən əsrin 70-ci illərində ulu öndərin diqqət və qayğısı nəticəsində yetişən gənclik ölkəmizin müstəqilliyinin qorunmasında və inkişafında yaxından iştirak etmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fondun icraçı direktoru Məmməd Babayev ötən il muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli və hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənclərin hərtərəfli inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada gənclik mərkəzləri, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, təhsil müəssisələri, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər mühüm obyektlər tikilərək gənclərin istifadəsinə verilir. Bununla yanaşı, gənc istedadlar dövlət qayğısı ilə əhatə olunur, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclər irəli çəkilir və xidmətləri qiymətləndirilir.

Ardını oxu...

2016-cı ildə təşkilatın fəaliyyətinin əsas yekunlarının və 2017-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş şura iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib, ötən il görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, bəhs olunan dövrdə təşkilatın şura iclaslarının vaxtlı-vaxtında keçirilməsi təmin olunub, görülən işlərə dair hesabatlar dinlənilib. Ərazi ilk təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara lazımi metodik köməkliklər göstərilib. Aparılan partiyadaxili struktur islahatları nəticəsində ərazi ilk təşkilatlarının sayı 187-dən 150-yə enib ki, bu da işdə operativliyin və səmərəliliyin artmasına müsbət təsir göstərib.
Qeyd edilib ki, ötən il təşkilatın şurasının 4, idarə heyətinin 12 iclasında partiya həyatına və siyasi-ideoloji işə dair müxtəlif məsələlər müzakirə edilib. Təşkilat partiya sıralarının genişləndirilməsini diqqət mərkəzində saxlayıb, partiya sıralarına qəbul yaradılan işçi qrupu tərəfindən müsahibə yolu ilə seçim əsasında aparılıb, xüsusən dövlətçiliyə sadiq əqidəli gənclərin və qadınların partiya sıralarına qəbuluna üstünlük verilib. Hazırda təşkilatın əhatə etdiyi 150 ərazi ilk partiya təşkilatının qeydiyyatında 16 min 52 nəfər partiya üzvü vardır. Partiya üzvlərinin 8344 nəfərini, yəni 52 faizini qadınlar, 9064 nəfərini, yəni 56 faizini 18-35 yaşlı gənclər təşkil edir. Ötən il ərzində Yeni Azərbaycan Partiyası sıralarına 327 nəfər qəbul olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada muzeylərə kollektiv gedişi təmin edib. Sərəncama uyğun olaraq, “Muzey günləri”nin tərtib olunması müxtəlif təşkilatların kollektivlərinin muxtar respublikadakı muzeyləri ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb. Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də belə mədəni tədbirlər davam etdirilir. 

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi dövrdə çoxsaylı yerli və əcnəbi qonaqların ziyarət etdiyi ünvana çevrilən muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat nümayiş etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2017-ci ilin yanvar ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 yanvar tarixli qərarı ilə “Qapalı və sosialyönlü ictimai dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaitləri hesabına alınan ərzaq məhsullarının qiyməti” təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 yanvar tarixli qərarları ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nda dəyişikliklər edilmiş və “Naxçıvan Muxtar Respublikasında təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı” təsdiq edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycanda gənclər hərəkatının müasir vəziyyəti” mövzusunda tədbir keçirilib.

Tələbələri bayram münasibətilə təbrik edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Bildirilib ki, ulu öndərimizin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət və qayğı artırılıb, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsipləri müəyyənləşdirilib, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakı təmin olunub, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şərait yaradılıb. Xalqımızın böyük oğlu Heydər Əliyev 1995-ci ildə Azərbaycan gənc­lərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildən isə 2 fevral ölkəmizdə Gənc­lər Günü kimi qeyd olunur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının şura iclasında ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzə edib.
Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatını əhatə edən 55 ilk partiya təşkilatı 6779 nəfər partiya üzvünü öz ətrafında birləşdirir. 2016-cı ildə 108 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Onların 51 nəfəri qadın, 89 nəfəri gəncdir.
Bildirilib ki, 2016-cı ildə keçirilən referendumda rayon təşkilatı fəal iştirak edib, Azərbaycan Respublikası Konstitusiyasında edilən əlavə və dəyişik­liklər dəstəklənib. Bundan başqa, hesabat ili ərzində tarixi günlər, bayramlar və digər tədbirlər müntəzəm olaraq qeyd edilib.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədr müavini Nihal Məmmədov, Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, Gənclər Birliyinin sədri Elnur Abbasov və şura üzvü Füzuli Salmanov çıxış ediblər.

Muxtar RZAZADƏ

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmməd­ov çıxış edərək bildirib ki, yaxın keçmişdə iri şəhərlərin dəmiryol vağzallarında, hava limanlarında, əhalinin daha sıx olduğu məkanlarda tapılmış əşyaların qəbulu və sahibinə qaytarılması üçün məntəqələr yaradılırdı. Vətəndaşlar tapdıqları əşyaları həmin məntəqələrə təhvil verir, əşyasını itirənlər isə həmin məntəqələrə müraciət edərək onlara məxsus əşyanı geri ala bilirdilər. Hazırda bu cür xidmət bir çox inkişaf etmiş ölkələrdə fəaliyyət göstərir.
Qeyd olunub ki, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti fəaliyyətə başlayıb. Bu xidmət heç bir rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılıb.
Muxtar respublikada hazırda 172 poçt məntəqəsinin fəaliyyət göstərdiyini deyən nazir bildirib ki, bu məntəqələr bütün yaşayış ərazilərini əhatə edir. Poçt məntəqələrinə əhalinin bütün təbəqələrinin tez-tez müraciət etdiyini nəzərə alsaq, İtirilmiş əşyaların sahibinə çatdırılması xidmətinin “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlaması ən uyğun variantdır. Belə ki, vətəndaşlar tərəfindən tapılan əşyalar həmin bölgədəki ən yaxın poçt məntəqəsinə təhvil verilə bilər. Təhvil verilən əşyalar poçt bölməsində müvafiq kitablarda təlimata uyğun qeydiyyata alınır. Əşyasını itirənlər isə əşyanı itirdiklərini güman etdikləri əraziyə yaxın poçt məntəqəsinə və ya “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İtirilmiş əşyaların sahibinə çatdırılması xidmətinin 225 nömrəli qaynar xəttinə zəng edib məlumat ala bilərlər. Əgər əşya tapılıbsa, əşya sahibi poçt məntəqəsinə şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşıb təlimata uyğun ona məxsus əşyanı təhvil ala bilər.

Ardını oxu...

Son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb.
2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci ildə səyyari xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.

Ardını oxu...

Bəs qanuna necə əməl edirik?

İnkişaf edən sivil cəmiyyətə xas olan mühüm keyfiyyətlərdən biri hər kəsin əmlaka sahib olması, həmin əmlakın bəhrəsindən istifadə edə bilməsidir. Bunun təmin olunması ən təməl insan hüquqlarından biridir və müstəqil ölkəmizdə qüvvədə olan qanunlarda da əmlaka, xüsusən daşınmaz əmlaka sahib olma, ondan gəlir götürmə hüquqları dəqiq əks olunub. Başqa sözlə, digər əmlak münasibətləri kimi, daşınmaz əmlakdan istifadə və ondan gəlir götürmək, yəni ev, mənzil kimi yaşayış sahələrini icarəyə verməklə onlardan gəlirlər əldə etmək üçün dövlət hər bir vətəndaşına zəmanət verir. Bazar iqtisadiyyatının, azad, demokratik cəmiyyətin də hər bir vətəndaşına yaratdığı imkanlar məhz bunlardır.

 

Ancaq azad cəmiyyətdə yaşamaq üçün dövlətin güclü, maliyyə imkanlarının geniş olması vacib şərtdir. Bu isə hər bir vətəndaşın, iqtisadi fəaliyyətlə məşğul olan hər bir sahibkarın dövlət büdcəsinə vergi ödəməklə bu gücün yaranmasına öz töhfəsini verməklə mümkündür. Əks halda, maliyyə imkanları az, iqtisadi cəhətdən zəif olan dövlətdən belə zəmanət ummaq heç kəsin haqqı deyildir. Halbuki hər bir vətəndaş üçün qazandığı gəlirlərdən vergi ödəmək bir mədəniyyətdir. Hələ ibtidai cəmiyyətlərdə vergidən yayınmaq ən ağır cinayətlərdən biri kimi dövlətə xəyanətlə bərabər tutulub, müvafiq cəza tədbirləri görülüb.

Ardını oxu...

Sürət, komfort, təhlükəsizlik və prestij. Bütün bunlar müasir insanların hər gün istifadə etdiyi xidmətlərin əsas göstəriciləri, cəmiyyətin müasirləşməsinin, sosial həyatın yaxşılaşmasının mühüm şərtlərindəndir. İqtisadi fəallığı artıran sürətli və rahat rabitə xidmətləri bu baxımdan ümumi inkişafımızın nəticəsi və onun əsas amillərindən biridir. 

XX əsrin mühüm yeniliklərindən biri olan internet və mobil rabitə xidmətləri cəmiyyət həyatında köklü dəyişikliklərə səbəb olmaqla, iqtisadiyyatın digər sahələrində də yeni yüksəlişə stimul verib. Yüksək texnologiyaların fərdi istifadəyə qədər genişlənib yayılması bir zamanlar əlçatmaz kimi görünən xəyalları real etməklə, insan həyatının bütün sahələrində – evdə, işdə, səyahətdə tətbiq oluna biləcək yeniliklərin sonsuz olacağını da sübut etdi. Ötən ilin payızında muxtar respublikamızda 4-cü nəsil mobil rabitə xidmətlərinin istifadəyə verilməsi və naxçıvanlıların bu müasir xidmət növünə böyük marağı bir daha göstərdi ki, gələcək inkişafa doğru atılan hər bir addım həmişə təqdir olunur, cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır.

Ardını oxu...

Ötən ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş şura iclasında Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quluyeva məruzə edərək 2016-cı ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, təşkilat öz fəaliyyətini ilin əvvəlində təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Ərazi ilk təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, metodik köməkliklər göstərilib.
Qeyd edilib ki, ötən il təşkilatın 4 şura, 12 idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqlarda müxtəlif məsələlər müzakirə edilib. Təşkilat partiya sıralarının genişləndirilməsini diqqət mərkəzində saxlayıb, dövlətçiliyə sadiq əqidəli gənclərin və qadınların partiya sıralarına qəbuluna üstünlük verib. Hazırda təşkilatın əhatə etdiyi 31 ərazi ilk partiya təşkilatının qeydiyyatında 2 min 840 nəfər partiya üzvü vardır. Partiya üzvlərinin 1058 nəfərini, yəni 37 faizini qadınlar, 776 nəfərini, yəni 27 faizini gənclər təşkil edir. Ötən il ərzində Yeni Azərbaycan Partiyası sıralarına 168 nəfər qəbul olunub. Onların 104 nəfərini qadınlar, 116 nəfərini gənclər təşkil edib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR