Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Naxçıvan şəhərindəki “N” hərbi hissədə keçirilən mərasimdə əvvəlcə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirilib. Andiçmə mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Mərasimdə gənc əsgərlərin valideynləri və yaxınları da iştirak ediblər. Tədbirdə çıxış edən zabitlər, əsgərlər, valideynlər hərbi and içən əsgərləri bu münasibətlə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar. Həmçinin, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları maraqla və alqışlarla qarşılanıb.