Naxçıvan Muxtar Respublikasında sərnişinlərin təhlükəsiz daşınması üçün yeni nəsil texnologiyalar tətbiq edilir. Nəqliyyat Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, muxtar respublikanın paytaxtında sərnişindaşıyan avtonəqliyyat vasitələrinə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi GPS monitorinq xidməti quraşdırılıb.
Bu texnologiyaların köməyi ilə nəqliyyat vasitələrinin hərəkətini izləmək, təhlükəsizliyə nail olmaq, yanacaq xərclərinə qənaət etmək, əmək intizamına, texnikanın istismarına nəzarəti gücləndirmək mümkündür. Naxtel-4G GPS izləmə sistemi hazırda Naxçıvan-Bakı marşrutunda hərəkət edən avtobuslarda uğurla tətbiq edilir. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə GPS-lərin quraşdırılması işləri davam etdirilir. İndiyədək bu sistem 32 ədəd avtonəqliyyat vasitəsinə quraşdırılıb.