24 Dekabr 2024, Çərşənbə axşamı

Məlum olduğu kimi, noyabrın 17-18-də Naxçıvan Dövlət Universitetində keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpoziumun təşkilatçılarından biri də Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumudur. Qurumun rəhbəri Derya Örslə söhbətimiz də mötəbər elmi tədbirin əhəmiyyəti barədə oldu. O dedi:

– Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq elmi simpoziumun təşkilatçıları sırasında bizim qurumumuza bağlı Atatürk Araşdırma Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti və İqdır Universiteti də yer alıb. Simpoziumun açılış mərasimində, o cümlədən keçirilən bölmə iclaslarında Mərkəzi Araz hövzəsində yerləşən Naxçıvanın qədim tarixi, burada formalaşan qədim mədəniyyət barədə çox qiymətli elmi faktlar, elmi mülahizələr səsləndirildi, əhəmiyyətli tədqiqatların nəticələri iştirakçılara təqdim olundu. Uzun zamandan bəri yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri apardığımız elmi tədbirin gözləniləndən daha çox faydalı olması bizi sevindirdi.

Ardını oxu...

Dövlət statistika orqanlarında müsabiqəyə çıxarılan 74 vakant vəzifənin tutulması üçün 192 namizəd sənəd təqdim edib.
Qrafikə uyğun olaraq test imtahanları 18 noyabr 2016-cı il tarixdən keçirilməyə başlanılıb. İmtahan başlanmazdan əvvəl namizədlər slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında ətraflı məlumatlandırılıblar. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilib. İmtahanlarda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İmtahan komissiyanın Test mərkəzində elektron formada keçirilib.
Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib. Test imtahanları 22 noyabr 2016-cı il tarixədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

Naxçıvanın elə bir yaşayış məntəqəsi yoxdur ki, həmin ərazinin tarixi əhəmiyyəti olmasın. Çünki bu qədim Azərbaycan diyarının insan ayağı dəyən hər qarışında keçmişin izləri ilə rastlaşmamaq, sadəcə, mümkün deyil. Bəlkə də, buna görədir ki, XVII əsrin məşhur türk səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində Naxçıvanın zəngin tarixi keçmişə malik bir çox yaşayış məskənlərinin adı çəkilir, onların haqqında məlumatlar verilir. Culfa rayonunun Gülüstan kəndi tarixi abidələri, qədim yaşayış yerləri ilə yanaşı, indi müasir abadlığı və inkişafı ilə də diqqəti cəlb edir. Tədqiqatçılar “Gülüstan” sözünün “gül” komponentinə yer, məkan adı bildirən “üstan” sözdüzəldici şəkilçisinin artırılması yolu ilə yarandığını söyləyirlər. Mənası “yaşıllıqda olan güllük, çiçəklik” deməkdir. 

Bəhs edəcəyimiz Gülüstan kəndinin adı isə mərhum dilçi alim Adil Bağırova görə, ərazidə yerləşən Gülüstan qalasının adından götürülüb. Təbii ki, toponimlər xalqın dilində birdən-birə yaranmır, bunun üçün müəyyən əsaslar olur. Kəndin yerləşdiyi ərazi də daxil olmaqla, şərqdə Yaycı kəndinə, şimalda isə Darıdağın ətəklərinə qədər olan ərazilər Culfa düzü sayılmaqla bərabər, həm də tarixən Gülüstan düzü kimi tanınıb. Gülüstan kəndi Culfa rayonunun ən böyük çaylarından olan Əlincəçayın Araza qovuşduğu yerdə salınıb.

Ardını oxu...

Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ardını oxu...

 

Noyabrın 17-də Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpozium öz işinə başlayıb.  Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İğdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumun açılış mərasimində Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Ardını oxu...

 

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələri ilə tanış olub.

Ardını oxu...

Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində mühüm yer tutur. Dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri bəxş edən bu qədim diyar həm də xalqımızın yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini özündə yaşadır. Qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapır. Mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 26 il bundan əvvəl, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır. Ulu öndər sonralar bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Ardını oxu...

Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndə heyəti Naxçıvana gəlib.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra qonaqlar Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında olublar.
“Naxçıvan” Universiteti ilə tanışlıq da nümayəndə heyətində xoş təəssüratlar yaradıb. Burada qonaqlara məlumat verilib ki, 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Yaradılmış müasir şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Sonra muxtar respublikamızın qonaqları ümummilli liderimiz Heydər Əliyevin Əcəmi seyrəngahındakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Onlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar.

Ardını oxu...

Sən mənə minlərlə qazilərin, yüzlərlə şəhidlərin əmanətisən, şanlı bayrağım. Mən səni sevməyi sənin rənglərinin ahəngindən öyrəndim. Sən mənə ilk rənginlə qəhrəmanlıqla dolu milli kimliyimi, ikinci rənginlə azadlığımın nəyin bahasına əldə edildiyini, üçüncü rənginlə mənəviyyatımın fundamentində nəyin dayandığını xatırladırsan, şanlı bayrağım. Üzərindəki hilal və cənnət nişanəsi olan səkkizguşəli ulduz bu dünyadakı cənnətimin Azərbaycan olduğunu deyir mənə. 

Və burda – bəşər sivilizasiyasının ikinci başlanğıcı olan Naxçıvanda sənin dalğalanmanı görməkdən, bəşəriyyətin məhz buradan bütün dünyaya yayılmasının verdiyi qürur və özünəinam hissi ilə addımlamaqdan gözəl nə hiss ola bilər ki?! Və sənin dalğalandığın o yüksəkliyə doğru addımladıqca milli dövlətçiliyimizin alınmaz qalası hesab edilən Naxçıvanda sənin yerləşdiyin zirvəyə gedən yolun özündə belə bir fəlsəfə olduğunu anlayıram. Budur, mən üzərində “Bayraq Meydanı” yazılan darvazadan içəri keçirəm. Pillələrlə yuxarıya doğru addımladıqca fərqinə varıram ki, hər tərəf yaşıl rəngə boyanıb. Bu bizə bayrağımızın yaşıl rəngini xatırladır. Və Bayraq Meydanına qalxan yolun tam ortasında şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi. Bu bilirsinizmi nədir? Bu, Azərbaycanın müstəqilliyinin şəhidlərimizin qanı hesabına əldə edildiyini göstərən bir simvoldur. Şəhid qanları al-qırmızı rəngdədir axı, elə bayrağımızın tən ortasında yerləşən rəng də. Yuxarı qalxdıqca gözüm bayrağımızın ilk rənginin – mavi rəngin simvolunu axtarır. Budur, dünyanın təsvirini əks etdirən mavi rəngli qlobus və üzərindəki sülh göyərçini. Bu düşünülmüş bir simvolikadırmı? Bunu bilmirəm. Amma əminəm ki, bayrağımın dalğalandığı zirvəyə doğru gedən yolun üzərində obyektlərin və rənglərin belə bir ardıcıllıqla düzülməsi təsadüfi deyil.

Ardını oxu...

“Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada dövlət atributu kimi qəbul edilib. Bu günü üçrəngli bayrağımızın dövlətçilik tariximizə əbədi qayıdış günü də hesab etmək olar”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində 17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 17 noyabr Azərbaycan tarixində bir sıra hadisələrlə əlamətdardır. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı təkcə muxtar dövlətin rəmzi kimi qəbul etməyib, həm də bu bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbulu ilə bağlı Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıb. Nəticədə isə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

Ardını oxu...

Hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü münasibətilə Naxçıvan şəhər məscidində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarə tərəfindən təşkil olunmuş tədbirdə idarənin rəisi Vüqar Babayev çıxış edərək deyib ki, İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. 

Bildirilib ki, Azərbaycan əzəldən tolerantlıq və dözümlülük ənənəsi zəngin olan ölkədir. Bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd edə bilərik. Tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilib.
Qeyd olunub ki, ölkəmizdə formalaşdırılmış tolerantlıq və dözümlü­lük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu, Əsas Qanunumuzda da öz əksini tapıb. Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər bir insanın dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Ardını oxu...

 Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində noyabrın 14-də muxtar respublikanın mədəniyyət və istehsal müəssisələri ilə tanış olub. Cavad Cahangirzadə Naxçıvana səfəri ilə bağlı “Şərq qapısı” qəzetinə müsahibə verib:

– Əvvəlcə səfərinizin məqsədi haqqında məlumat verərdiniz.
– Bura səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olmaqdır. Bu tanışlıq həm də ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələrimizin dərinləşməsi baxımından əhəmiyyətlidir. Bu gün regionun iki əhəmiyyətli dövləti olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlər gündən-günə möhkəmlənir, əlaqələrimiz genişlənir. Təsadüfi deyil ki, üç il ərzində İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında 7 dəfə görüş keçirilib. Ölkə rəhbərlərinin bu sıxlıqda görüşmələri, qarşılıqlı, faydalı müzakirələr aparmaları dünyada və regionda nadir hallarda rast gəlinən hadisələrdəndir. Ona görə də biz əminliklə deyə bilərik ki, bizim siyasi, iqtisadi əlaqələrimiz xeyli inkişaf edib.

Ardını oxu...

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə noyabrın 13-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Noyabrın 14-də səfir muxtar respublikanın mədəniyyət və istehsal müəssisələrinə, Araz çayı üzərindəki Culfa-Culfa körpüsünə baxıb, hər iki ölkə­nin buradakı sərhəd-keçid məntəqələri ilə tanış olub.
Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvan Biznes Mərkəzində də olub. Qonağa mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə müxtəlif müəssisələrin məhsulları, sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Bu gün 366 növdə məhsul istehsal edilən muxtar respublikada sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Yerli istehsal müəssisələrinin fəaliyyəti yaxşılaşdırılır, istehsal olunan məhsulların keyfiyyəti diqqətdə saxlanılır, daxili bazarın tələbatı ödənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi yaradılıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində muxtar respublikanın ali təhsil ocaqları tələbələrinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan bayrağı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə muzeyin direktoru Ramil Orucəliyev açaraq “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda danışıb.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Naxçıvan Muxtar Respublikasının Dövlət bayraqları” mövzusunda məruzə edib.
Elman Cəfərli tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, tarixən bayraq, gerb və sonralar himn dövlətçilik simvolu kimi ölkələrin əsas rəmzlərini təşkil edib, Konstitusiya və qanunlarda əks olunmuş xüsusi hüquqi normalarla dövlət atributu kimi möhkəmləndirilib. Naxçıvan Muxtar Respublikası da yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına malik olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər hərbi andı qəbul ediblər.
Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirildikdən sonra and­içmə mərasiminə hazırlıqla bağlı məruzə olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə təntənəli surətdə and içiblər.
Əsgərlər hərbi andı qəbul etdikdən sonra çıxış edən zabitlər və əsgər valideynləri Silahlı Qüvvələrimizin gücü və döyüş imkanları barədə söz açıb, hərbi andı qəbul edən əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
Sonra şəxsi heyətin təntənəli keçidi olub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlər içərisində monoqrafiyaların, kitabların, ümumiləşdirici əsərlərin nəşri özünəməxsus yer tutur. Ötən müddət ərzində muxtar respublikanın siyasi, iqtisadi, elmi, mədəni mühitinə həsr olunmuş əsərlər hazırlanıb nəşr etdirilmişdir. Bu günlərdə həmin nəşrlərin sırasına elmi, siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir əsər də əlavə olunmuşdur. Bu, “Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunaraq ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.

Kitab ümummilli lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” sözləri ilə açılır. Ulu öndərin bu fikirləri Naxçıvanın muxtariyyətinin Azərbaycan xalqı üçün nə qədər böyük önəm daşıdığını təsdiq edir. Naxçıvanın muxtariyyətinin qorunub saxlanması, itirilmiş torpaqlarının qaytarılması siyasi, diplomatik yollarla yanaşı, həm də məsələnin tarixi cəhətdən obyektiv şəkildə araşdırılmasından da keçir. Bu mənada, dahi şəxsiyyətin fikirləri tədqiqatçıları muxtar respublika tarixinin bütün səhifələrini, elmə məlum olmayan qaranlıq məqamlarını dərindən araşdırmağa, xalqa çatdırmağa səsləyir və səfərbər edir. Tam qətiyyətlə demək olar ki, yenicə işıq üzü görən “Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984” kitabının nəşri Naxçıvan Muxtar Respublikası tarixinin elmi ictimaiyyətə məlum olmayan qaranlıq səhifələrinin, sistemli tədqiqata ehtiyacı olan məqamlarının aydınlaşdırılması sahəsində atılmış mühüm addımlardan biridir.

Ardını oxu...

Ötən həftə keçirilən iməciliklərdə 20480 ədəd ağac, bəzək və gül kolları əkilib

Ötən həftə muxtar respublikada keçirilən iməciliklər yenə də iştirakçıların yüksək fəallığı ilə başa çatıb. Bu da səbəbsiz deyil. Çünki naxçıvanlılar bir həqiqəti dərindən dərk edirlər ki, əkilən hər bir gül kolu, meşə və meyvə ağacı bu qədim diyarın hüsnünə bir yaraşıq verir, məmləkətimizin yaşıl örtüyünü zənginləşdirir, sağlamlığımıza xidmət edir. Bütün bunlar iməcilik iştirakçılarının fəallığını təmin edən başlıca amillərdir.
Məlumat üçün bildirək ki, ötən həftə iməciliklərdə 24275 nəfər iştirak edib. Onlar 20480 ədəd ağac, bəzək və gül kolları əkiblər.
Naxçıvan şəhərinin ərazisində, ümumilikdə, 425 ədəd olmaqla Uzun­oba Su Anbarının yaxınlığındakı terrasda 215 ədəd meşə ağacı və 210 ədəd üzüm kolu əkilib.
Şərur rayonunda 3625 meyvə tingindən istifadə olunub. Bu ting­lərin 3000 ədədi Xanlıqlar-Qıvraq yolunun kənarlarına, 625 ədədi digər ərazilərə basdırılıb.

Ardını oxu...

Muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də son illərdə xeyli işlər görülüb və həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Ötən il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verir.

Ardını oxu...

Konstitusiya hər bir ölkədə Əsas Qanun kimi ali hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və sosial-iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Tarixdən məlum olduğu kimi yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz dövrün tələblərinə uyğun Konstitusiyanın qəbulu olmuşdur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazır­lanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Ardını oxu...

1996-cı ildən etibarən hər il noyabrın 10-17-si ölkəmizdə Beynəlxalq Tələbə-Gənclər Həftəsi kimi qeyd olunur. 

Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc kadrların hazırlanmasından, onların intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır.
Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan gəncliyinə müraciətlə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, inkişaf etdirənlərisiniz, biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan torpağını yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində əhaliyə səyyari xidmət göstərilir. Səyyari xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və digər xidmətlər göstərilir.

Vətəndaşların ərizələri yaşadıqları ərazidə qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilir. Qəbul edilmiş sənədlər komitənin rayon qurumları tərəfindən elektron sistemə daxil edilir, texniki sənədlər hazırlanır. Mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır, çıxarışlar hazırlanır və qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Konstitusiya Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Konstitusiyanın ali qanun kimi ölkə vətəndaşlarının taleyindəki rolundan danışıb.
Hüquq fənləri kafedrasının müəllimi Yunis Xəlilov “Azərbaycan Respublikasının ilk milli Konstitusiyası demokratik dəyərlərin əsas təminatçısı kimi” adlı məruzəsində bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Konstitusiyamız dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı hüquq islahatlarının əsasıdır.
Vurğulanıb ki, ulu öndər Konstitusiyamızın hazırlanmasında həm milli, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürüb. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk milli Konstitusiyası qəbul olunub.

Ardını oxu...

2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirilmişdir

Bu gün Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə, ilk növbədə, dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir. Məhz buna görə də dahi   şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə digər sahələrlə yanaşı, dünyanın müxtəlif ölkələrindəki soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunması məsələsinə də diqqət yetirmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə ümummilli liderimizin səyi nəticəsində istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ide­ologiya və milli-mənəvi dəyərlər ətrafında birləşdirilməsinə nail olunmuş, dünya azərbaycanlılarının malik olduqları potensialın ümummilli problemlərin həllinə yönəldilməsi təmin edilmişdir.

Ardını oxu...

Bu mənada, muxtar respublika sakinlərinin bəxti gətirib

…Artıq imperiyanın çürümüş sütunları silkələnirdi, yetmiş il bir yerdə yaşamağa məhkum edilmiş “qardaşlaşan” respublikalar arasında iqtisadi əlaqələr kəsilirdi. Moskva, əslində, bütün müttəfiqlərdən əlini üzmüşdü. Azərbaycanda isə vəziyyət daha acınacaqlı idi. Bir tərəfdən mərkəzə arxalanan Ermənistanın əsassız torpaq iddiaları, digər tərəfdən kürsü üstündə bir-biri ilə didişən, Krılovun təmsilində deyildiyi kimi, biri suya, biri havaya, biri quruya çəkən ovaxtkı başıboş “başçıların” ucbatından xalq başının üstünü almış qara buludların qaranlığında ən çətin günlərini yaşayırdı.

Şərur rayonunun mərkəzindəki çörəkbişirmə sexinin qabağında beş-altı lavaş almaq üçün saatlarla, bəzən günlərlə növbəyə dururduq.
Torpaq sahibsiz-yiyəsiz qalmışdı – nə əkən var idi, nə biçən. İdarə və müəssisələr iflic vəziyyətinə düşmüşdü. Bədbinliyə qapılmış kütlə əlini ağdan-qaraya vurmurdu.
İşıq yox, qaz yox, yollar bağlanmış, hər yerlə əlaqə kəsilmişdi. Belə vəziyyətdə camaat çıxış yolunu qışda evləri qızdırmaq üçün üzüm və meyvə bağlarını, həyətlərdəki köklü cəviz, alma, armud, tut ağaclarını kəsib yandırmaqda görürdü.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Dövlət Bayrağının müstəqillik rəmzi, milli qürur və şərəf mənbəyi olduğunu bildirib, kollektivi bayram münasibətilə təbrik edib.
Universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Müstəqilliyimiz və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu gün paytaxt Bakının ən görkəmli yerində dünyanın ən böyük bayrağı – dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan Azərbaycan bayrağı dalğalanır. Bu bayraq xalqımızın iftixar və qürur mənbəyi kimi hər bir azərbaycanlı üçün müqəddəsdir.

Ardını oxu...

Bu gün Azərbaycanın ən qocaman mətbu orqanlarından olan “Şərq qapısı” qəzetinin 95 yaşı tamam olur. “Şərq qapısı” qəzeti müxtəlif dövrlərdə mövcud olan ideoloji, iqtisadi çətinliklərə, bəzi hallarda yaradılan süni maneələrə baxmayaraq fəaliyyətini dayandırmamış, ötən 95 ildə muxtar respublikamızda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni hadisələrin davamlı, əhatəli salnaməsi kimi əhəmiyyətli mənbəyə çevrilmişdir. Qəzet bir neçə nəsil üçün məktəb olmuş, Naxçıvanda jurnalist kadrların yetişməsində böyük rol oynamışdır. “Şərq qapısı”nın 95 illik inkişaf yolu muxtar respublikada ziyalılığın təkmilləşmə, dirçəliş və yüksəliş yoludur. Belə ki, “Şərq qapısı”nın yaradıcılıq məktəbində yetişən ziyalılar sonralar Azərbaycan miqyasında, hətta daha geniş dairədə tanınıb məşhurlaşmış, elmi-ədəbi nüfuz qazanmışlar.   

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. 

Naxçıvanda qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində irəli sürülmüşdür. O vaxt maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin yenicə açdığı “Məktəbi tərbiyə” adlı təhsil ocağı xalqın savadlanması, təhsil alması yolunda fəaliyyətə başlamışdı. 1894-cü ildə ziyalılar qəzet nəşr etdirməkdən ötrü Peterburqa, çar üsul-idarəsinə ərizə və məktublarla müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Sonrakı illərdə də bu məsələ dəfələrlə gündəliyə gətirilmiş, ancaq dövrün mütərəqqi ziyalıları öz istəklərinə nail ola bilməmişlər. 

Ardını oxu...

Ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiram göstərilir. Onlar içərisində bayraq xüsusi önəm daşıyan rəmzlərdən biridir. Məhz buna görə də 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd olunur.
Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Azərbaycan xalqı XX əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir.

Ardını oxu...

Ötən ay biz bunun bir daha şahidi olduq

 Sürətlə inkişaf edən, güclənən müstəqil Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Milli inkişaf modelinin banisi olan ümummilli liderimiz dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirib. Ulu öndərin Naxçıvana və daha sonra Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real əsasların yaradılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi yüksəlişə nail olunması kimi mühüm məqamlarla yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamına əsasən, müstəqillik bayramımız ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd edilərkən bu məqamlar xüsusi vurğulanıb, Vətənimiz, müstəqilliyimiz uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. 

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhidlər xiyabanındakı Ana abidəsini, dövlət müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının əksər kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, yeni sosial obyektlər istifadəyə verilib. Belə yaşayış məntəqələrində inşa olunan binalardan biri də kənd mərkəzləridir. 

Müasir dünyada dövlət idarəçiliyi mövzusunda müzakirə edilən əsas məsələlərdən biri də desentrlizasiya, yəni qeyri-mərkəzləşmə prosesinin aparılmasıdır. Termin kimi bizim üçün yeni olsa da, əslində, diqqət yetirdiyimiz zaman bu prosesin muxtar respublikada artıq illərdir ki, həyata keçirildiyinin şahidi oluruq. Fikir olaraq, əsasən, XIX əsrdə fransız mütəfəkkirləri tərəfindən irəli sürülən bu proses həm də müasir liberal idarəçiliyin əsas prinsiplərindən biri hesab edilir. Bu proses mahiyyətcə mərkəzi idarəçiliyin bəzi səlahiyyətlərinin yerli təşkilatların üzərinə qoyulmasını nəzərdə tutur. Başqa sözlə desək, vətəndaşların problemlərinin daha çevik həllinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında son illər ərzində reallaşdırılan kənd mərkəzləri layihəsini həm mərkəzləşmə, həm də qeyri-mərkəzləşmə modelinin tərkib hissəsi hesab etmək olar. Bu mərkəzlər kəndlərdə və ayrı-ayrı yaşayış məntəqələrində müxtəlif istiqamətlərdə “səpələnmiş” bir neçə vacib strukturu özündə birləşdirməklə vətəndaşın problemlərinin tez bir vaxtda həll olunmasına, zamanına və enerjisinə qənaət etməsinə şərait yaradır.

Ardını oxu...

Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən iməciliklər cari ilin payız mövsümündə də mütəşəkkilliklə davam etdirilir. Belə tədbirlər hesabına qədim diyarımızın təbiəti xeyli zənginləşdirilib. Artıq naxçıvanlılar iməciliklərdə fəal iştirak etməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər.
Ötən həftə keçirilən iməciliklərdə də mütəşəkkillik müşahidə edilib. Naxçıvan şəhərində keçirilən iməciliklərdə 3680 ədəd meyvə ağacı əkilib. Bu iməciliklərdə həmçinin torpağa 2000 ədəd üzüm kolu basdırılıb.
Həmişə olduğu kimi, bu dəfə də şərurlular iməciliklərdə fəallıqları ilə seçiliblər. Belə ki, onlar 3212 ədəd meyvə ağacı, 81 ədəd həmişəyaşıl ağac, 840 ədəd gül və bəzək kolu əkiblər.
Babək rayonunda iməcilik iştirakçıları 1170 ədəd meşə və 7030 ədəd meyvə ağacları əkməklə rayonun təbiətinin zənginləşdirilməsinə öz töhfələrini veriblər.
Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları bölgə ərazisində 850 ədəd meşə, 1700 ədəd meyvə ağacları, 890 ədəd gül və bəzək kolları əkiblər.

Ardını oxu...

Yolunu bu diyardan salanlar Naxçıvanı mütləq yenidən görmək istəyir. Səbəbini bilmək üçün yenə də yolunu mütləq Naxçıvandan salmaq lazımdır. Hələ təyyarə pəncərələrindən Naxçıvanı seyr etdikcə burada qəribə bir cazibədarlıq duyursan. Naxçıvanın gözəlliyi, ayrı bir aləm olduğu, səliqə-sahmanı ayağın bu torpağa dəymədən hiss olunur. Bu hiss və duyğular Naxçıvan Beynəlxalq Hava Limanından başlayan səyahət boyu daha da güclənir, muxtar respublikanın təkcə Azərbaycan yox, dünya miqyasında artıq bir nümunə olduğu qənaəti tam əminliyə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 20 media rəhbərinin Naxçıvan səfəri iştirakçıların hamısında böyük məmnuniyyət yaratmışdı. Onlar arasında Naxçıvan torpağına ilk dəfə qədəm basanlar da var idi, buranı il ərzində bir neçə dəfə ziyarət edənlər də. Amma böyük Türk dünyasına açılan qapı olan Naxçıvan barədə fikirlər birmənalı idi: qədimiliklə müasirliyin çuğlaşdığı bu məkan intibahının yeni zirvəsində abadlıq-quruculuq işlərinin möhtəşəm nümunəsini ərsəyə gətirə bilib. Hətta səfər yoldaşlarımızdan biri Naxçıvan şəhərini Londonla, Parislə müqayisə edərək təmizlik və səliqə-sahman baxımından Avropanın bu meqapolislərinin böyük fərqlə Naxçıvana uduzduğunu da xüsusi fəxarətlə qeyd etdi.

Ardını oxu...

2016-cı il oktyabrın 17-də Naxçıvan Dövlət Televiziyası internet üzərindən HD formatda canlı yayıma başlamaqla öz auditoriyasını daha da genişləndirmişdir. 

Bununla əlaqədar Naxçıvan Dövlət Televiziyasının www.naxcivantv.az internet saytı hazırlanmışdır. Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Əlaqə”, “Canlı yayım və arxiv” bölmələri yer alır. İstifadəçilər “Canlı yayım və arxiv” bölməsinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını internet üzərindən birbaşa izləyə bilirlər. Həmçinin həftə ərzində efirə gedən proqramlara da arxivdən baxmaq imkanı vardır. “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Aktual”, “İctimai”, “Turizm”, “Reklamlar və elanlar” bölmələrində olan məlumatlar müntəzəm yenilənir, “Rəsmi xəbərlər” bölməsindəki materiallar isə Azərbaycan dilindən başqa, ingilis və rus dillərində də yayımlanır. 

Saytda televiziyanın bir həftəlik proqramı da yerləşdirilmiş və sayğac qoyulmuşdur. İstifadəyə verildikdən ötən 15 gün ərzində sayta dünyanın 30 ölkəsindən 70 mindən çox baxış olmuşdur. Belə ki, internet üzərindən televiziyaya Türkiyə üzrə 2199, Rusiya üzrə 1616, Ukrayna üzrə 319, Gürcüstan üzrə 217, Ermənistan üzrə 137, İran üzrə 110, ABŞ üzrə 46, Cənubi Afrika üzrə 37, Almaniya üzrə 30, Qırğızıstan üzrə 20, Çin üzrə 19,  Qazaxıstan üzrə 18, Cənubi Koreya üzrə 14, Fransa üzrə 13, Moldova üzrə 13, Yaponiya üzrə 13, Polşa üzrə 12, İndoneziya üzrə 9, Misir üzrə 9, Danimarka üzrə 8, Estoniya üzrə 7, Hindistan üzrə 7, Hollandiya üzrə 6, Norveç üzrə 6, Pakistan üzrə 6, Birləşmiş Ərəb Əmirlikləri üzrə 5, Böyük Britaniya üzrə 4, İsveç üzrə 3 və Latviya üzrə 1 baxış olmuşdur. Azərbaycanın digər bölgələrindən baxış sayı isə 30 mini keçmişdir. 

Ardını oxu...

Hər dəfə təyyarədən enərkən ayağımı basdığım torpaq, içimə çəkdiyim hava, şirin ləhcələri ilə bizi qarşılayan insanlar mənə o qədər doğmadır ki... Bəlkə də elə buna görədir ki, doğulub boya-başa çatdığım, ata-babalarımın uyuduğu o torpaqlara – Naxçıvana tez-tez gedirəm. Təbii ki, hər bir bölgəsi mənim üçün müqəddəs olan Azərbaycanın, doğma Vətənimin ayrılmaz hissəsi – Naxçıvanın hər daşı, zərrəsi mənə çox əzizdir.

Həyatımın ən yaddaqalan illəri bu yerlərdə keçib. Naxçıvana budəfəki səfərimiz fərqli idi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın 20 aparıcı mətbu orqanının rəhbərləri ilə növbəti səfərimiz reallaşırdı. Baş redaktorlardan bəziləri Naxçıvana ilk dəfə, bir çoxları isə uzun fasilədən sonra növbəti səfərə gəlmişdilər.

Ardını oxu...

Bu il 4-9 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Noyabrın 2-də baş redaktor Şərif Əl-Bəsilin “Əl-Fəcr” qəzetində “Böyük işləri böyük şəxsiyyətlər yaradırlar. Heydər Əliyev Muzeyi. Naxçıvanda Azərbaycan adında Vətənin işıqlı xatirəsi” sərlövhəli məqaləsi qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid fotoşəkillər yerləşdirilib. Şərif Əl-Bəsil məqalənin girişində haşiyə çıxaraq yazır: “Fenomenal insan. Nailiyyətləri dağlar boydadır. Zirvə ONUN yanına gəlməyib. Məhz ÖZÜ zirvəni fəth edib. Öz səyləri və yorulmaz fəaliyyəti ilə davamlı və sərhəd tanımayan uğurlara imza atmaqla şan-şöhrət qazanıb, yüksək postlar tutub. Doğma Vətəni və ölkəsinin gələcəyi naminə öz əzmkarlıq, israr və hərtərəfli düşüncəsinin məhsulu olan hədəfləri müəyyənləşdirərək yerinə yetirib. Xalqı onun quruculuq və inkişafdakı önəmli roluna inanırdı. O insan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər prezidentliyi dönəmində Vətənin inkişafı və xalqa xidmət niyyətini daşıyan ali missiyanı həyata keçirib. Azərbaycan xalqı ümumən və Naxçıvan əhalisi xüsusən dövlətin qurucusu olan ulu öndər Heydər Əliyevlə fəxr etmək və xatirəsini yüksək tutmaq haqqına sahibdir. Çünki Heydər Əliyev Azərbaycanın müstəqilliyini irəliyə aparıb, bütün dünyanın gözü önündə ölkəsini unikal inkişaf və intibaha qovuşdurub. Dahi şəxsiyyətin əziz xatirəsi Vətənin hər qarışında əbədiləşdirilib və xalqın qəlbində yaşayır. Ulu öndərin Vətəni naminə fəaliyyətinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Naxçıvanda adını daşıyan muzey təsis edilib”.

Ardını oxu...

“Naxçıvan ulu tarixi keçmişi olan, qədim azərbaycanlıların yaşadığı bir ərazidir. Mən bu qədim tarixin bütünlüklə öyrəniləcəyinə və əsl həqiqətin öz yerini tapacağına tamamilə inanıram”. Ulu öndər Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin açılışında iştirak edərkən nitqində xüsusi olaraq vurğuladığı bu fikirlər AMEA Naxçıvan Bölməsinin, tarix elminin və Naxçıvanşünaslığın qarşısında duran başlıca prioritet istiqaməti müəyyənləşdirirdi. Ümummilli lider bu müdrik fikrində həm də əsl həqiqətin yerini tapacağından bəhs edirdi. Ulu öndərin yerini tapmasını gözlədiyi əsl həqiqət nə idi? Və illər sonra o əsl həqiqət öz yerini necə tapdı?

Antik Roma müəllifi Pliniy Sesiliy Sekund tarix barədə yazırdı: “Tarix əsl həqiqətlərin unudulmaması üçün yazılmışdır”. Tarixin ən böyük həqiqəti isə insan oğlunu inandırmaqdır – şanlı bir keçmişinin var olduğuna inandırmaq. Bu, xalqlar üçün də keçərlidir. O millətlər böyük millətlər sırasına yüksəlirlər ki, onlar tarixləri, tarixi şəxsiyyətləri ilə qürur duymağı bacarırlar. Bu, millətin özünə­inamının formalaşması üçün ən böyük şərtdir. Heç də təsadüfi deyildir ki, böyük imperiyalar işğal etmək istədikləri ölkələrin öncə tarixini, ideologiyasını və bununla da, özünəinamını hədəf alırlar. Xalqın özünəinam hissini sındırmaq üçün öncə ona öz tarixinə sayğısızlıq hissini aşılamaq lazımdır. Və yaxud da əksinə, bir xalqda özünəinam hissinin formalaşması üçün öncə ona tarixinə hörmətlə yanaşmağı öyrətmək lazımdır.

Ardını oxu...

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin olunmasıdır.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2016-2017-ci illərin payız-qış mövsümünə hazır­lıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
İstilik təsərrüfatındakı xətlərdə əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb. Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb, növbətçi elektriklərdən, çilingərlərdən ibarət təmir qrupu, qəza briqadaları yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanı informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin əhatə dairəsini genişləndirib.
Ali Məclis Sədrinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Fərmanına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş müvafiq qərarlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində elektron xidmətlərin göstərilməsi istiqamətində mühüm tədbirlər görülüb, nəticədə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyi artırılıb.
Hazırda komitə tərəfindən 19 adda elektron xidmət göstərilir. Vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər komitənin internet saytında (www.emlak.nakhchivan.az) yerləşdirilib və elektron hökumət portalına (e-hokumet.nmr.az) inteqrasiya olunub.

Ardını oxu...

Reportaj

Naxçıvanın hər qarışı gəzdikcə görməli, gördükcə gəzməlidir. Nə yalan deyim, Naxçıvanı gəzib mədəni-tarixi abidələrini gördükcə, bizi bu qədim diyardan bir neçə saatdan sonra ayıracaq səfər biletimizin vaxtını dəyişmək, ən azından bu tarixi torpaqda bir gün də artıq qalmaq keçirdi içimdən. Kaş ki təyyarə reysimiz hava şəraiti üzündən təxirə düşəydi, kaş ki Naxçıvanın mədəni-tarixi abidələrini görmək üçün tələsmədən, qarış-qarış gəzəydik bu diyarı deyirəm ürəyimdə… Hərdən özümü də bu yay məzuniyyət müddətimi Naxçıvanda keçirmədiyim üçün qınayıram. Amma bilmirdim axı Naxçıvanın hər addımında tarixə boylanmağın mümkün olduğunu… Bilmirdim axı bu qədim diyarın keçmişimizin bizə miras qoyduğu, yüzillikləri özündə yaşadan canlı tarix olduğunu… Elə ürəyimdə götür-qoy edə-edə bir də gördüm ki, artıq hələ kitablarda möhtəşəm görünüşü ilə məni heyrətləndirən Möminə xatın türbəsinə gəlib çatmışıq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
13 vakant vəzifənin tutulması üçün müsabiqəyə sənəd təqdim edən 17 namizəddən 16-sı test imtahanında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində keçirilən imtahan başlanmazdan öncə namizədlərə slayd vasitəsilə sualların cavablandırılması qaydaları haqqında məlumat verilib.
İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt ayrılıb. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları müşahidəçi qismində iştirak ediblər.
İmtahanda keçid balını toplayan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Qarşıdan qış mövsümü gəlir. Havaların soyuması ilə əlaqədar olaraq muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artmağa başlayıb. Ötən illərin təcrübəsi göstərir ki, vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilmədiyindən bir çox hallarda insan itkisinə səbəb olan partlayış, yanğın və zəhərlənmə kimi xoşagəlməz hadisələr baş verir. Sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz sobalarından və suqızdırıcılarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri ok­tyabr ayının 29-da Naxçıvan şəhərindəki Xatirə Muzeyində olublar.

Bildirilib ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. 2015-ci ildən muzey Şəhidlər xiyabanı yaxınlığında yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş həmyerlilərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış muzeyin fondunda 1500-dən artıq eksponat saxlanılır ki, onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Nümayiş etdirilən eksponatların hər biri tariximizin qanlı və şanlı səhifələrini özündə əks etdirir. Burada, əsasən, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri və onlara aid materiallar qorunur. Muzeydəki 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1937-1938-ci illərin repressiya qurbanları, 1941-1945-ci illər müharibəsinin Naxçıvandan olan iştirakçıları, eyni zamanda ən yeni tariximizdə baş vermiş 20 Yanvar, Xocalı soyqırımı hadisələri haqqında eksponatlar bu tarixi dövrlər barədə ətraflı məlumatlar verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin oktyabr ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“İlk peşə-ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədinin nümunəsi və onun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən bəzi mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 oktyabr tarixli qərarları təsdiq edilmişdir.

Ardını oxu...

Oktyabrın 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransı keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli təşkilatın konfranslararası dövrdə fəaliyyəti və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi bildirib ki,  24 il əvvəl – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası özünün qurucusu ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə tarixi yol keçib. Bu yol müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm tarixi mərhələni təşkil edir. 1990-cı illərin əvvəllərində Azərbaycanda gərginliyin hökm sürdüyü bir vaxtda, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə  muxtar respublikamızda mütərəqqi tədbirlər həyata keçirilib, müstəqil dövlətçiliyimizin əsasları təsis edilib. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ilə müstəqillik tarixinin əsl dövlət quruculuğu mərhələsi başlanıb. 1993-cü ildə ulu öndərimizin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bu quruculuq prosesi dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə əvəzsiz töhfəsini verib.

Ardını oxu...

Türkiyə Cümhuriyyəti 93 il bundan əvvəl – 1923-cü ildə yaranmışdır.

Ardını oxu...

Uca çinar ağaclarının arası ilə bir yol gedir o yurda. Çiynində mis səhəng olan bir nənə bulaqdan su aparır öz ocağına. Bəlkə də, düşünür ki, yanan ocağı düşmənə qoymaq olmaz. Çatdığın ocaq düşməni isidirsə, bu, vətənə xəyanətdir. Ya da bir az sonra düşmənin əlində alov-alov yanacaq Zəngilanı düşünərək götürüb bu suyu.
Bu görüntüləri Zəngilanın işğaldan bir neçə gün öncə çəkilmiş videokadrlarından izləyirəm. Və o videokadrların çəkilməsindən indi düz 23 il ötür. Bu dəfə “Zəngilanın işğalından 23 il ötür” cümləsini yazmaq istəmirəm. Çünki insan psixologiyasında dəfələrlə eşitdiyin sözlərə vərdiş etmək kimi pis bir xüsusiyyət var. Yəni eyni bir cümləni birinci dəfə eşitdiyində verdiyin reaksiya ilə sonuncu dəfə verdiyin reaksiya eyni olmur. Bu cümlə adiləşməsin deyə, mən bu dəfə bircə cümləni bir abzasda ifadə etmək məcburiyyətindəyəm.

Zəngəzurun son qalası – Zəngilan

Bəli, yenə tanış faktları sadalamalıyam. Yazmalıyam ki, Zəngilanda dünyada II, Avropada I olan nadir çinar meşəsi, 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu qalıb, 2 toxuculuq kombinatı, 1 çınqıl, 2 asfalt zavodu, mərmər, əhəng istehsalı sahələri, 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası, eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 5 kənd həkim ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası, 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası, 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyari avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi erməni vandalları tərəfindən dağıdılıb. Düşmən bizim izlərimizi silmək üçün meşələrimizi qırıb, evlərimizi yandırıb, xəstəxanalarımızın dəmir çarpayılarını metal, binaların üzərindəki örtükləri tikinti materialı kimi satıb. Və daha bir həqiqət var. Düşmən Zəngilanı heç də yuxarıda sadaladıqlarımızdan ötrü işğal etməyib. Zəngilana Qarabağın son qalası deyirlər. Amma Zəngilan Qarabağ deyil. Zəngilan hələ XX əsrin 20-ci illərində tarixin ədalətsiz şərtləri altında Ermənistana verilmiş Zəngəzurun bir parçasıdır. Zəngilanın işğalı Zəngəzurun işğalını başa çatdırmaq üçün lazım idi. Zəngəzurun taleyi isə tarixi-coğrafi bütünlüyü ilə tarixin əksər dövrlərində Naxçıvana bağlı olub. Heç də təsadüfi deyil ki, Zəngilan toponiminin izah variantlarından biri də bizi Naxçıvana gətirib çıxarır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının XII konfransı olub.
Konfransda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, 1993-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyevin iştirakı ilə təsis edilən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı son illər həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilib. Hazır­da təşkilat 87 ərazi ilk təşkilatında 10 min 320 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 2 min 975 nəfəri, yaxud 29 faizi qadınlar, 3 min 355 nəfəri, yəni 32,5 faizi gənclərdir. Qurum ötən konfransdan keçən müddət ərzində təşkilati cəhətdən daha da möhkəmlənib. Bu dövrdə partiya sıralarına 380 nəfər yeni üzv qəbul edilib. Onlardan 306 nəfəri gənclər, 148 nəfəri qadınlardır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında hesabat dövründə idarə heyətinin 41, şuranın 14 yığıncağı keçirilib. Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Gənclər Birliyi rayon Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələri ilə birgə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr təşkil edib. Qadınlar Şurasının xətti ilə də bir sıra tədbirlər keçirilib, əlamətdar və tarixi günlər, milli bayramlar qeyd edilib.

Ardını oxu...

Bu il 4-9 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfərdən sonra baş redaktor ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb. Oktyabrın 27-də baş redaktor Şərif Əl-Bəsilin “Əl-Fəcr” qəzetində “Naxçıvan öz irsi və təbiətinin sehri ilə qəlbləri məftun edir və gözləri heyrətləndirir” sərlövhəli məqaləsi qəzetin çap və elektron nüsxələrində işıq üzü görüb.
Qəzetin bir səhifəsi Naxçıvana həsr edilib və Naxçıvanla bağlı fotoşəkillər yerləşdirilib. Məqalədə müəllif səyahət sevənlərə və elm adamlarına xitabən sehrli təbiətinə, gözəl havasına, müxtəlif turizm və tarixi yerlərinə, eləcə də müalicəvi sularına və tarixin yaşıdı olan arxeoloji abidələrinə görə Naxçıvan Muxtar Respublikasının dünyanın ən gözəl guşələrindən və ən cəlbedici turizm istiqamətlərindən biri olduğunu qeyd edib, möhtəşəm incəsənət işlərinin və memarlıq üslubunun sintezinin əks olunduğu bina və digər tikililərin gözəlliyinin Naxçıvan şəhərinə özünəməxsus unikallıq qazandırdığını oxucuların diqqətinə çatdırıb.
Ərəb və müsəlmanları öz mədəni ənənələrinə yaxın hesab edən yerli əhalinin xoş və qonaqpərvər rəftarı ilə rastlaşdığını vurğulayan Şərif Əl-Bəsil yuxarıda sadaladığı amillər, ləziz və çeşidli mətbəxin mövcudluğu ilə bərabər, əmin-amanlığın və sabitliyin hökm sürməsinin bu diyarın Körfəz turistləri üçün ideal istirahət məkanı olduğunu önə çəkib, son illər ərzində turizm sektorunda yaradılan şəraitin gələn qonaqların xəyallarında silinməz iz qoyduğunu xüsusilə qeyd edib.

Ardını oxu...

…Birinci, elə həm də sonuncu dəfə bu qədim məkanda 14 il əvvəl olmuşdum. On min metr hündürlükdə sürətlə şütüyən təyyarənin pəncərəsindən ağappaq buludların, zirvəsi buz bağlamış dağların, kiçicik su damlasını xatırladan göllərin ecazkar mənzərəsini seyr edərək o səfərlə bağlı xatirələrimi çözələməyə, yeniləməyə çalışırdım. Xəyalın düşüncələri keçmişə aparmaq qüdrəti sayəsində həmin səfərin az qala hər anı gözlərim önündə canlanırdı. Xoş təəssüratları illər sonra belə, unudulmayan, aralarında tanınmışların da olduğu həmin səfər 20-dək jurnalist üçün taleyin xoş ərməğanı idi.

2002-ci il 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində ümummilli lider Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasına səfərdə müşayiət edən mötəbər nümayəndə heyətinin tərkibində yer almış jurnalist qrupunda bu sətirlərin müəllifi də var idi. O zaman çalışdığım “Bizim əsr” qəzetinin gənc müxbiri kimi belə sanballı heyətlə, Prezident təyyarəsində Naxçıvana gerçəkləşən ilk səfərin doğurduğu həyəcan və fəxarət dolu hissləri hələ də unuda bilmirəm.

Ardını oxu...

Konfransın katibliyi seçildikdən sonra gündəlikdə duran məsələlər elan olunub.
Hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirib ki, təşkilatın X konfransından ötən müddət ərzində rayon partiya təşkilatının sıraları nəzərəçarpacaq dərəcədə genişlənib. X konfransdan keçən müddət ərzində təşkilatın idarə heyətinin 42 iclası keçirilib, bu iclaslarda 84-dən çox məsələ müzakirə edilib. X konfransdan ötən dövrdə Yeni Azərbaycan Partiyası sıralarına 637 nəfər üzv qəbul olunub. Bu gün Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının üzvlərindən 1611 nəfərini gənc­lər, 2752 nəfərini isə qadınlar təşkil edir.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının qeydiyyatında duran partiya üzvləri ulu öndər Heydər Əliyevin uzun illər üçün müəyyənləşdirilmiş quruculuq siyasətinin bu bölgədə uğurla həyata keçirilməsində fəallıq göstərirlər. Ümummilli liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu bu siyasət hesabına gündən-günə çiçəklənir. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində hər il quruculuq işləri görülür. Təhsil, səhiyyə, mədəniyyət, rabitə müəssisələri, müxtəlif dövlət qurumları üçün yeni binalar inşa olunur, müasir standartlara cavab verən yollar salınır, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır, emal və istehsal müəssisələri, yeni iş yerləri yaradılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Bu proseslərdə partiya fəalları öndə gedirlər.

Ardını oxu...

  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və akademiyanın bir qrup əməkdaşı Naxçıvana səfər edib. Səfər çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə” mövzusunda seminar keçirilib.

Seminardan sonra akademik Urxan Ələkbərovla həmsöhbət olub, təəssüratlarını öyrəndik. Müsahibimiz bildirdi ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə böyük inkişafın təmin olunması, ilk növbədə, muxtar respublikada dövlət idarəçiliyi sahəsində atılan ardıcıl və qətiyyətli addımların, idarəetmənin düzgün təşkil edilməsinin nəticəsidir. Düzgün idarəetmədə başlıca amil olan varisliyin qorunması burada hər bir sahədə özünü büruzə verir. Muxtar respublikaya hər gəlişinizdə böyük dəyişik­liklərin, yeniliklərin şahidi oluruq. Naxçıvan şəhəri ilbəil deyil, günbəgün gözəlləşir, abadlaşır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR