Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin oktyabr ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“İlk peşə-ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədinin nümunəsi və onun verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən bəzi mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 oktyabr tarixli qərarları təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 oktyabr tarixində “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə”, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 may tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər”də dəyişikliklər edilməsi haqqında” qərarları təsdiq edilmişdir.
“Məhsul ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 oktyabr tarixli qərarı təsdiq edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.