25 Dekabr 2024, Çərşənbə

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə noyabrın 13-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Noyabrın 14-də səfir muxtar respublikanın mədəniyyət və istehsal müəssisələrinə, Araz çayı üzərindəki Culfa-Culfa körpüsünə baxıb, hər iki ölkə­nin buradakı sərhəd-keçid məntəqələri ilə tanış olub.
Diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvan Biznes Mərkəzində də olub. Qonağa mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə müxtəlif müəssisələrin məhsulları, sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Bu gün 366 növdə məhsul istehsal edilən muxtar respublikada sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Yerli istehsal müəssisələrinin fəaliyyəti yaxşılaşdırılır, istehsal olunan məhsulların keyfiyyəti diqqətdə saxlanılır, daxili bazarın tələbatı ödənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi yaradılıb.

Diplomat Culfa gömrük sərhəd-buraxılış məntəqəsində də olub. Məlumat verilib ki, muxtar respublika gömrük orqanlarının infrastrukturunun yenidən qurulması və maddi-texniki bazasının möhkəm­ləndirilməsi tədbirlərindən Culfa Gömrük İdarəsinə də xeyli pay düşüb. 2007-ci il yanvar ayının 16-da yeni sərhəd-keçid kompleksi tikilib istifadəyə verilib. Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki Culfa-Culfa körpüsünün müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə yeni körpü salınıb. Eni 12 metr, uzunluğu isə 250 metr olan körpü 2011-ci il iyun ayının 24-də istifadəyə verilib. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İran Culfasındakı gömrük sərhəd-buraxılış məntəqəsi ilə də tanış olub.
Diplomat Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi ilə də maraqlanıb.
Cavad Cahangirzadə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə də tanış olub. Qonağa XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilib.
Noyabrın 14-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR