25 Dekabr 2024, Çərşənbə

Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən iməciliklər cari ilin payız mövsümündə də mütəşəkkilliklə davam etdirilir. Belə tədbirlər hesabına qədim diyarımızın təbiəti xeyli zənginləşdirilib. Artıq naxçıvanlılar iməciliklərdə fəal iştirak etməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər.
Ötən həftə keçirilən iməciliklərdə də mütəşəkkillik müşahidə edilib. Naxçıvan şəhərində keçirilən iməciliklərdə 3680 ədəd meyvə ağacı əkilib. Bu iməciliklərdə həmçinin torpağa 2000 ədəd üzüm kolu basdırılıb.
Həmişə olduğu kimi, bu dəfə də şərurlular iməciliklərdə fəallıqları ilə seçiliblər. Belə ki, onlar 3212 ədəd meyvə ağacı, 81 ədəd həmişəyaşıl ağac, 840 ədəd gül və bəzək kolu əkiblər.
Babək rayonunda iməcilik iştirakçıları 1170 ədəd meşə və 7030 ədəd meyvə ağacları əkməklə rayonun təbiətinin zənginləşdirilməsinə öz töhfələrini veriblər.
Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları bölgə ərazisində 850 ədəd meşə, 1700 ədəd meyvə ağacları, 890 ədəd gül və bəzək kolları əkiblər.

Culfa rayonunda da iməciliklərdə fəallıq müşahidə edilib. Bu el tədbirində 1558 ədəd meşə, 1400 ədəd meyvə, 162 ədəd həmişəyaşıl ağac, 830 ədəd gül və bəzək kolu, 200 ədəd üzüm tingi əkilib.
Kəngərli rayonunda keçirilən iməciliklərdə torpağa 2000 ədəd meyvə ağacı basdırılıb.
Şahbuz rayonunda da bu sayda meyvə ağacları əkilib.
Sərhəd bölgəsi Sədərək rayonunda iməciliklərdə 700 ədəd meşə, 1600 ədəd meyvə ağacı əkilib.
İməciliklərdə, ümumilikdə, 23 min 988 nəfər iştirak edib. 31 min 903 ədəd ağac və bəzək kolları əkilib ki, bunun da 4278 ədədi meşə ağacı, 22 min 622 ədədi meyvə ağacı, 243 ədədi həmişəyaşıl ağac, 2560 ədədi gül və bəzək kolları, 2800 ədədi üzüm kolu olub.
Noyabrın 5-də rayon mərkəzlərində, qəsəbə və kəndlərdə ahıl vətəndaşların həyətlərində təmizlik işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR