25 Dekabr 2024, Çərşənbə

Hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü münasibətilə Naxçıvan şəhər məscidində Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarə tərəfindən təşkil olunmuş tədbirdə idarənin rəisi Vüqar Babayev çıxış edərək deyib ki, İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. 

Bildirilib ki, Azərbaycan əzəldən tolerantlıq və dözümlülük ənənəsi zəngin olan ölkədir. Bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd edə bilərik. Tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilib.
Qeyd olunub ki, ölkəmizdə formalaşdırılmış tolerantlıq və dözümlü­lük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu, Əsas Qanunumuzda da öz əksini tapıb. Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər bir insanın dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunması, müxtəlif dini konfessiyaların bayramlarının ölkə başçısı tərəfindən təbrik edilməsi, sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilən, yaxud qapısı kilidli olan məbədlərin açılması, eləcə də təmir olunub insanların ixtiyarına verilməsi dini tolerantlığa dövlət tərəfindən verilən töhfələrdir. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulan ibadət evləri də ölkəmizdə tolerantlığın qorunmasına bariz nümunədir. Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestantlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, Malakan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq şəraitində yaşayır və öz dini ibadətlərini rahatlıqla yerinə yetirirlər. Ölkəmizdə onlarla qeyri-dini təmayüllü məbədlər fəaliyyət göstərir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir. Ölkə başçısı bildirib ki, Böyük İpək Yolunun üzərində yerləşən ölkə­miz tarixboyu bütün səmavi dinlərin məbədlərini ucaldaraq onlara sitayiş edən insanlar üçün unikal dözümlülük mühitinin formalaşdırılması ilə həqiqətən fəxr edə bilər.
Bildirilib ki, muxtar respublikamızda da məscidlərimiz təmir olunub, yenidən qurulub, müxtəlif dini mərasimlərin yüksək səviyyədə qeyd edilməsinə hərtərəfli şərait yaradılıb. Həmçinin tarixən burada yaşayan hansı dinin nümayəndəsi olursa-olsun, dininə, əqidəsinə, etiqadına hörmətlə yanaşılıb. Bu gün muxtar respublikamızda yaşayan digər millətlərin nümayəndələri bunu minnətdarlıqla qeyd edirlər.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR