25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri ok­tyabr ayının 29-da Naxçıvan şəhərindəki Xatirə Muzeyində olublar.

Bildirilib ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. 2015-ci ildən muzey Şəhidlər xiyabanı yaxınlığında yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş həmyerlilərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış muzeyin fondunda 1500-dən artıq eksponat saxlanılır ki, onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Nümayiş etdirilən eksponatların hər biri tariximizin qanlı və şanlı səhifələrini özündə əks etdirir. Burada, əsasən, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri və onlara aid materiallar qorunur. Muzeydəki 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1937-1938-ci illərin repressiya qurbanları, 1941-1945-ci illər müharibəsinin Naxçıvandan olan iştirakçıları, eyni zamanda ən yeni tariximizdə baş vermiş 20 Yanvar, Xocalı soyqırımı hadisələri haqqında eksponatlar bu tarixi dövrlər barədə ətraflı məlumatlar verir.

Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına şərait yaradır.
Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin də izləri eksponatlarda öz əksini tapıb.
Məlumat verilib ki, muzeydə 365 naxçıvanlının xatirəsi əbədiləşdirilib. Onlardan 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri də Xatirə Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivləri Heydər Əliyev Muzeyində, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin kollektivləri Bəhruz Kəngərli Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Cəmşid Naxçıvanski­nin ev-muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İqtisadiyyat, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Ədəbiyyat Muzeyini, Dövlət Statistika, Meliorasiya və Su Təsərrüfatı komitələrinin, Televiziya və Radio Şurasının, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və “Şərq qapısı” qəzetinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Standartlaşdırma, Metrologiya və Patent, Ailə, Qadın və Uşaq Problemləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitələrinin kollektivləri Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.
Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Dövlət Arxiv İdarəsinin və Dini Qurumlarla İş üzrə İdarənin kollektivləri isə Hüseyn Cavidin ev-muzeyində və Xatirə Kompleksində olublar.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR