24 Dekabr 2024, Çərşənbə axşamı

Dövlətçilik ənənəsi qədim olan diyar

Təkcə Azərbaycanda deyil, bütövlükdə Şərqdə qədim və zəngin mədəniyyətə, güclü dövlətçilik ənənələrinə malik olan diyarlardan biri Naxçıvandır. Bu regionda Daş dövründən – Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı Qazma mağa­rasından başlamış bəşəriyyətin bütün tarixi boyu insan məskənləri olub. Culfadakı Haçadağdan tapılan mixi yazılar, Şərurdakı Oğlanqaladan aşkar edilən qala tipli şəhər-dövlətə aid saray qalıqları Naxçıvanda dövlətçilik ənənələrinin Cənubi Azərbaycanla paralel olaraq, təxminən, eyni vaxtda əsasının qoyulmasını təsdiq edir. Naxçıvanın dövlətçilik tarixinin orta əsrlər dövrünə aid zirvəsi Atabəylər dövləti hesab olunur. Paytaxtı Naxçıvan şəhəri olan Atabəylər dövlətinin Azərbaycan tarixində ən mühüm nailiyyətlərindən biri də o oldu ki, bu dövlət xalqımıza intibah mədəniyyəti bəxş etdi. Həmin dövrdə Naxçıvan şəhəri elm və mədəniyyət, beynəlxalq ticarət mərkəzinə çevrildi. XVIII əsrdə yaranan Naxçıvan xanlığı dövlətçilik tarixində bir mərhələ olsa da, etiraf edək ki, inkişaf baxımından bu dövrü Atabəylər dövrü ilə müqayisə edə bilmərik. 1924-cü ildə yaranan Naxçıvan MSSR isə 1969-cu ildə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra özünün növbəti inkişaf mərhələsinə qədəm qoydu. Bu gün isə Konstitusiyamızda muxtar dövlət elan edilən Naxçıvan Muxtar Respublikası yuxarıda sadaladığımız tarixi inkişaf mərhələləri içərisində özünəməxsus yeri olan bir yüksəliş dövrünü yaşayır. Bu yüksəliş dövrünün də əsasını 1991-ci ildə xalqın istəyi ilə Naxçıvanda hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev qoyub.

Ardını oxu...

Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycanın innovativ davamlı inkişaf modeli: səmərəli idarəetmə və beynəlxalq qiymətləndirmə” mövzusunda elmi seminar keçirilib.

Ardını oxu...

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün tarixi, adət-ənənələri, coğrafi mövqeyi, mədəniyyət abidələri ilə seçilən bir məkandır. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa malik olan Naxçıvan daha parlaq gələcəyə doğru qəti addımlarla irəliləyir. 

Qədim dövrdən etibarən Naxçıvan həm də bu torpaqda doğulan, boya-başa çatan görkəmli simaların vətəni olması ilə dünyanın diqqət mərkəzində qalmağı bacarıb. Bu yazımızda sizə belələrindən biri – məşhur musiqişünas Murad ağa haqqında danışacağıq.

Murad ağa kimdir?

Onun haqqında “Naxçıvan Ensiklo­pediyası”nda çox az məlumat yer alıb. Və bu məlumatlardan yola çıxaraq Murad ağa haqqında araşdırmalar apardıq. Bir çox mənbəyə, elektron kitabxanaya müraciət etdik.

Ardını oxu...

Ön xətdən reportaj

Dünyada ölkələri bir-birindən ayıran çoxsaylı sərhədlər var. Bu sərhədlər toxunulmaz olub, bəzən oxşar, bəzən də fərqli mədəniyyət və tarixlərə, milli mənsubiyyət və dillərə görə fərqlənən xalqları bir-birindən ayırır. Bəzən tarixi ədalətsizliklər üzündən sərhədlər səngərlərə də çevrilir. 

Səngərlər isə sərhədlərdən fərqli olaraq daim mübarizə əhval-ruhiyyəsində, qarşıdakı düşmənin niyyətini elə səngərdəcə boğmaq hissinə köklənmiş olmağı tələb edir. Elə biz də bu yazımızda Vətən səngərlərini özü üçün müqəddəs ocaq bilən, doğulub böyüdüyü torpaqların müdafiəsi üçün hər an döyüşə hazır olan igid oğullarımızdan, onların şərəfli xidmətindən bəhs edəcəyik. Yolumuz muxtar respublikamızın şimal sərhədlərinin keşiyini çəkən Azərbaycan əsgərlərinin xidmət yerinə – səngərlərədir.
Düşmənlə üz-üzə dayanan əsgərlərimizlə görüşmək istəyimiz Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına müraciətdən sonra dərhal baş tutur. Vaxtı boşa verməyib elə səhərin ilk saatlarında Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən hərbi hissəyə yollanırıq. Gələcəyimizdən məlumatı olan hərbi hissənin zabiti, polkovnik-leytenant Rauf Əliyev bizi gülərüzlə qarşılayır. Hal-əhval tutduqdan sonra hərbi hissənin ön cəbhədə yerləşən bölmələrinə getmək üçün hazır olduğunu bildirir. Biz isə bura gəlmişkən, hərbi hissədəki ümumi vəziyyətlə tanış olmaq üçün qısa bir vaxt ayrılması üçün icazə istəyirik. Həmsöhbətimiz razılaşır və bizi müşayiət edir.

Ardını oxu...

Avqust ayının 25-də Rusiyanın Sankt-Peterburq şəhərində “Metro” qəzeti hamını heyrətə gətirəcək bir xəbər yaydı: 1947-ci ildə, o vaxtlar Leninqrad adlanan şəhərdə, Moskva prospektində görkəmli rus yazıçısı və filosofu Nikolay Çernışevskiyə heykəl qoyulub. Lakin o vaxtdan indiyədək heykəl, bir dəfə də olsun, təmir edilməyib. Bu ilin avqust ayında heykəl təmir olunmaq üçün götürüləndə inşaatçılar qəbirüstü sinə daşlarına rast gəlirlər. Bunlar hamısı heykəlin ətrafına düzülübmüş. İnşaatçılar əlüstü şəhər Heykəltəraşlıq Muzeyinə xəbər verirlər, çünki heykəlin təmirə aparılmasını bu muzey sifariş etmişdi. Sinə daşları köhnə idi. Ancaq muzey işçiləri bir mərmər sinədaşının üzərində Naxçıvanski familiyasını və ölüm tarixini – 1912-ci ili oxuya biliblər. Onlar ehtimal ediblər ki, bu sinədaşı məşhur general Hüseyn xan Naxçıvanskinin oğlu Nikolayın məzarı üstünə qoyulubmuş.

Həmin muzeyin direktor müavini Nadejda Yefremovanın məlumatından aydın oldu ki, tapılan sinə daşlarını Heykəltəraşlıq Muzeyinə aparacaqlar. Onların yerinə isə oxşar qranitdən hazırlanan sinə daşları qoyulacaq. Daha sonra o deyirdi: “Biz 1913-cü ildə biblioqraf Vladimir Skitov tərəfindən nəşr edilmiş “Peterburq nekropollarını (sərdabələrini)” diqqətlə öyrənsək də ətraflı məlumat əldə edə bilmədik. Biz bunu öyrənməyə çalışacağıq, çox zəhmətli işdir”.

Ardını oxu...

Kоnfransda hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimоv bildirib ki, 7 fevral 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə təsis оlunan Yeni Azərbaycan Partiyası Culfa Rayоn Təşkilatı ötən dövrdə böyük inkişaf yolu keçib. Hərtərəfli qayğı ilə əhatə olunan rayоn təşkilatı üçün müasir tələblərə cavab verən inzibati bina inşa edilib. Rayonun Yaycı, Ərəzin, Əbrəqunus, Kırna, Qızılca, Xanəgah, Əlincə, Saltaq, Milax, Ərəfsə, Ləkətağ, Teyvaz, Gal, Şurud, Gülüstan Kənd mərkəzlərində partiyanın ilk təşkilatları üçün hərtərəfli şəraiti olan iş otaqları ayrılıb.
Vurğulanıb ki, rayоn təşkilatı yarandığı vaxtdan bu günədək 9 kоnfrans keçirib. 27 may 2013-cü il tarixdə keçirilən IX kоnfransdan sоnra təşkilatın sıraları daha da genişlənib. Bu dövrdə 380 nəfər partiya sıralarına qəbul olunub.
Hazırda rayоn üzrə Yeni Azərbaycan Partiyası üzvlərinin 1825 nəfəri gənclərdir. Rayоn təşkilatı partiyaya qəbul zamanı sağlam əqidəli, dövlətçiliyimizə sədaqətli gənclərə üstünlük verir, rayоnun ictimai-siyasi, iqtisadi həyatında, keçirilən tədbirlərdə оnların fəal iştirakına şərait yaradır. Hesabat dövründə partiya sıralarına qəbul edilənlərin 286 nəfərini və yaxud 75,3 faizini gənclər təşkil edib.

Ardını oxu...

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və akademiyanın bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və həmin il mayın 10-da fəaliyyətə başlayıb. Ulu öndərin sağlığında yaradılan muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar toplanılıb. Hər il minlərlə tamaşaçı muzeyi ziyarət edir.
Sonra qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və bölmənin tərkibində fəaliyyət göstərən, nadir bitkilərin və ağacların qorunduğu “Nəbatat bağı” ilə tanış olublar.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində keçirilən ­Heydər Əliyev lektoriyasının növbəti məşğələsi “Ümummilli­­ lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda olub.
Məşğələni giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirib ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirib. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən qurtarıb. Ulu öndər ölkədə hökm sürən xaos və anarxiyanı, cəmiyyətdəki iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb, müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf dövrünə qədəm qoyub.
Vurğulanıb ki, müstəqillik illərində bütün sahələrdə olduğu kimi, səhiyyədə aparılan islahatlar da öz bəhrələrini verib, ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahədə böyük nailiyyətlər əldə edilib. Bütün bu uğurlar dahi rəhbərin ideyalarının bəhrələridir.

Ardını oxu...

Muxtar respublikamızın artıq həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri Naxçıvanı müasirliyə qovuşdurub. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan Naxçıvan bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib. Elə ona görədir ki, buraya yolu düşənlər şahidi olduqları dəyişikliklərdən təəccüblərini gizlədə bilmirlər. Naxçıvan şəhərini hər kəs üçün cəlbedici edən amillərdən biri də şəhərin abadlığı və təmizliyidir. 

Son illərdə dinindən, dilindən, cəmiyyətdə tutduğu mövqedən və fəaliyyətindən asılı olmayaraq Naxçıvana gələn insanların birmənalı olaraq işlətdiyi ifadələrdən biri də budur: “Naxçıvan çox təmiz şəhərdir”. Bu fikirləri peşə fəaliyyətindən dolayı həm yerli, həm də xarici qonaqların dilindən çox eşitmişik. Bu hal o zaman baş verir ki, gələn qonağın şəhərimizi digər yerlərlə müqayisə etmək imkanı olur və nəticədə, Naxçıvan digərlərindən əsaslı şəkildə fərqlənir.

Ardını oxu...

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş konfrans AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə keçirilib.
Elmi-praktik konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacı­yev qeyd edib ki, bu il oktyabr ayının 11-də ölkə başçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 13 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq keçirilən konfrans müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının inkişaf yolunu tarixi faktlar və rəqəmlərin dili ilə ifadə etmək məqsədi daşıyır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı fakt və rəqəmlərdə” mövzusunda məruzə edən Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov müstəqillik illərində muxtar respublikamızın keçdiyi sosial-iqtisadi inkişaf yolundan danışıb.

Ardını oxu...

1992-ci il mart ayının 13-də yaradılan Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı ötən müddət ərzində partiya təşkilatları qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıb. Partiya üzvləri rayonda həyata keçirilən tədbirlərdə fəallıq nümayiş etdirib, muxtar respublikamızda bərqərar olunmuş sosial-iqtisadi inkişafa töhfələrini vermək üçün yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə etməyə səy göstəriblər. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının XI konfransında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov səsləndirib. Bildirilib ki, rayon partiya təşkilatı hərtərəfli qayğı ilə əhatə olunub, təşkilat üçün yeni bina tikilib istifadəyə verilib, kənd, qəsəbə və şəhər mərkəzlərində ilk partiya təşkilatlarına nümunəvi iş otaqları ayrılıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin 28 yanvar 2016-cı il tarixli qərarına uyğun olaraq ilk partiya təşkilatları ərazi prinsipi üzrə birləşdirilib, 47 ilk partiya təşkilatı yaradılaraq təşkilati işlər başa çatdırılıb. Hazırda həmin təşkilatlarda 3537 nəfər partiya üzvü birləşir. Konfranslararası dövrdə 231 nəfər partiya sıralarına qəbul edilib.

Ardını oxu...

Keyfiyyətli və fasiləsiz içməli su təminatına nail olunub

Ötən bazar ertəsi nahar fasiləsinə az qalmış mobil telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Cavab verdiyimdə bir xanım Bakıdan, Blue Filters şirkətinin fərdi istifadə üçün təklif etdiyi sutəmizləyici qurğuların tanıtımı ilə əlaqədar zəng etdiyini bildirdi.
Zəng vuran xanıma, – mən sizə Naxçıvandan cavab verirəm, bizdə içməli su problemi…
Sözümü bitirmədən o sanki nə deyəcəyimi bilirmiş kimi məni qabaqladı:
– Naxçıvanda artıq bütün əhali üçün təmizlənmiş su verildiyini bilirik. Bağışlayın, vaxtınızı aldım, – deyib nəzakətlə sağollaşdı.
Və bir dəqiqəlik telefon danışığından sonra yaddaşımda iyirmi il əvvəlin Naxçıvanı yenidən canlandı.
O zaman Naxçıvan şəhər Babək məhəlləsindəki beşmərtəbəli binadakı mənzilimizə təzə köçmüşdük. Bina həmin dövrə görə nisbətən təzə olsa da, ümumən, şəhərimizin hər yerində rast gəlinən və çoxlarının indi də yaxşı xatırladığı bir çox problemlər burda da var idi. Blokadanın yaratdığı çətinliklərlə üz-üzə qaldığımız həmin vaxtlarda tamamən kəsilmiş təbii qaz və adi məişət cihazlarına belə, gücü çatmayan elektrik problemindən əlavə, bir də içməli su qıtlığı vardı. Bilmirəm, həmin vaxtlar su xətlərindən ara-sıra gələn su nə dərəcədə içməyə yararlı idi, amma yaxşı yadımdadır ki, biz sakinlər həmin suyu əldə etmək üçün bir çox vasitəyə əl atırdıq.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində diplomat rəsmi görüşlər keçirib, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, Naxçıvanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıb.
Səfərin birinci günü qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Diplomat daha sonra Naxçıvan Dövlət Universiteti ilə tanış olub, tələbələr qarşısında Böyük Britaniya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.
Muxtar respublikanın səfalı təbiət guşələrindən olan Batabat yaylağı ilə tanışlıqdan sonra səfir Duzdağ Fizioterapiya Mərkəzində olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 ok­tyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə bayramı günü kimi qeyd olunur.
Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində bu münasibətlə keçirilən tədbiri agentliyin baş direktoru Yasin Səfərov açaraq ölkəmizdə elektro­energetikanın inkişafından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirib. Muxtar respublikada da bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən danışan Yasin Səfərov bildirib ki, illər öncə fasilələrlə elektrik enerjisi ilə təmin olunan Naxçıvan Muxtar Respublikası bu gün həm də enerji ixrac edən bir məmləkətdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 61,1 faizini təşkil edir.
Vurğulanıb ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də muxtar respublikada iqtisadiyyatın davamlı inkişafına stimul olub. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Regionda mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi və 3,5 meqavat olan Qazançı Su Elektrik stansiyalarının tikintilərinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının XI konfransı keçirilib.
Konfransın sədr və katibi seçildikdən, gündəliyi təsdiq edildikdən sonra hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının 21 ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib, həmin təşkilatlarda qeydiyyatda duran 1470 partiya üzvündən 80 nəfər konfransa nümayəndə seçilib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı 1992-ci ildə yaradılıb. Ötən dövr ərzində təşkilat partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutaraq muxtar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edib.
Vurğulanıb ki, hesabat dövründə təşkilat partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasını, xüsusilə gənclərin və qadınların partiya sıralarına qəbul edilməsini diqqət mərkəzində saxlayıb. Bu dövrdə partiya sıralarına 142 nəfər üzv qəbul edilib ki, onların 108 nəfəri gənclər, 30 nəfəri isə qadınlar olub.
Arif Qasımov bildirib ki, bundan sonra da Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı öz işində partiyanın Proqram və Nizamnaməsini, ölkə başçısının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstəriş və tapşırıqlarını əldə rəhbər tutacaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səyini əsirgəməyəcək.

Ardını oxu...

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı keçirilən seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Ramin Qəhrəmanovun, Elxan Novruzovun, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub.
Çıxışlarda bildirilib ki, sərnişindaşımanın səviyyəsini artırmaq üçün 2016-cı ilin müvafiq dövrü ərzində 2 ədəd müasir standartlara cavab verən “Neoplan” markalı avtobus alınaraq Naxçıvan-Bakı marşrutuna salınıb. Nəqliyyat Nazirliyinin struktur bölmələri tərəfindən avtobus və mikroavtobusların qrafikə uyğun hərəkəti və nəqliyyat vasitələrinin texniki sazlığının diqqətdə saxlanılmasına, marşrut və digər nəqliyyat vasitələrinin qarlı və şaxtalı günlərdə rahat hərəkət etməsi üçün mövcud texnikaların saz vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilir. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib. Avtovağzallarda istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, mövcud olan müqavilə əsasında fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin texniki müayinədən keçirilməsi diqqətdə saxlanılıb.
Bildirilib ki, nazirlikdə yaradılan komissiya tərəfindən sürücülərin intizam qaydalarına əməl olunmasına nəzarət etmək məqsədilə reyd-yoxlamalar keçirilib, marşrut qrafikinə əməl olunması, intervalın qorunması üçün sürücülər təlimatlandırılıb. Taksi və avtobuslarda qəza zamanı ilk tibbi yardım üçün nəzərdə tutulan dərman qutusu və habelə yanğınsöndürənlərin qoyulması işi başa çatdırılıb.
Nazirliyin əməkdaşları tərəfindən Şərur, Kəngərli, Culfa, Ordubad rayonlarında reydlər keçirilib. Sərnişindaşıma fəaliyyəti göstərən taksi, avtobus və mikroavtobusların sürücülərinə və sahibkarlarına mühərriklərin, əyləcin və salonun qızdırıcı soba sistemlərinin saz vəziyyətə gətirilməsi, şinlərin isə qış mövsümündə istifadə ediləcək şinlərlə əvəz edilməsi barədə xəbərdarlıq olunub. Müayinələr zamanı texniki nasazlığı olan avtonəqliyyat vasitələri aşkar edildikdə bunların aradan qaldırılması üçün vaxt verilir, əks-təqdirdə, sərnişin daşıyan avtonəqliyyat vasitəsi marşrutdan kənarlaşdırılır. Bununla yanaşı, sürücülər müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilmiş geyim və tanınma nişanlarından istifadə edilməsini, vergilərin vaxtında ödənilib fərqlənmə nişanlarının alınmasını diqqətdə saxlamalıdırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Səbuhi Hüseynov

“Naxçıvan” Universitetində Heydər Əliyev lektoriyasının 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Azərbaycanın müstəqil dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.
Sonra AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının materik Azərbaycanla əlaqəsi, əsasən, hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. Stabil olaraq gün ərzində 4 təyyarə reysi həyata keçirilir, xüsusi təqvimlərdə sərnişin sıxlığı yarananda reyslərin sayı 6-ya çatdırılır. Avtobus marşrutlarının sayı da çox deyil: gün ərzində 3-4 reys. İran ərazisindən gerçəkləşdirilən quru nəqliyyatı vaxt itkisi yaratdığından, əhali hava nəqliyyatını üstün tutur və beləliklə, təbii sıxlıq yaranır.
Amma Ermənistanın Naxçıvan ətrafında qurduğu blokadanın yaratdığı problem təkcə 450 min nəfərlik əhalinin Bakı ilə intensiv əlaqəsinin təşkil edilməsiylə bitmir. Həllini gözləyən problemlərdən biri də yük daşımalarının asanlaşdırılmasıdır. Naxçıvanda istehsal olunan məhsulların ixrac məqsədilə daşınması, yaxud əksinə, idxal edilən yüklərin daşınmasını intensivləşdirmək üçün yeni vasitələr axtarılır. Ehtimal olunur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra vəziyyət xeyli dəyişəcək.

Ardını oxu...

Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arxeoloji abidələrlə zəngindir. Ərazidə olan son arxeoloji kəşflər dünya üçün əhəmiyyətlidir, ərazinin qədim mədəniyyəti isə Avrasiyanın qədim tarixi üçün unikal əhəmiyyət kəsb edir. Dəyərli arxeoloji abidələrdən biri Duzdağ mədənidir. (Türk dilində: duz dağı mənasını ifadə edir).
Duzdağ şaxtası Naxçıvan şəhərinin qərb hissəsindən 10 kilometr məsafədə qədim İpək Yolu üzərində olan dağlıq ərazidə yerləşir. Hazırda həmin yol Naxçıvan şəhəri ilə Türkiyə sərhədini birləşdirir. Duzdağ mədəni bu gün də fəaliyyət göstərir. Ağciyər xəstəliyi olan insanlar bu mədəndə spleoterapiya yolu ilə müalicə olunur. Azərbaycanlı mühəndislərin hesablamalarına görə, Duz dağında 150 metr qalınlığında duz qatı var və bu duz qatları bir neçə kilometr ərazini əhatə edir.
Bu gün yük vaqonları Duzdağın dərin mədənlərindən duz qayalarını şaxtanın ətraf ərazisində quraşdırılmış müasir zavoda daşıyır və həmin zavodda toz halına çevirərək yerli və beynəlxalq bazarlara ixrac edir. 1970-ci ildə müasir mədənçilər qazıntı işləri apararkən təsadüfən qədim tunelin divar qalıqlarını görmüş və dağıntı altında qalmış dörd mədənçinin daş alətləri ilə birlikdə dəfn olunduğunu aşkarlamışlar. Alətlərin tədqiqi zamanı məlum olmuşdur ki, uçmuş qədim tunel çox qədim dövrə aiddir. I Kültəpə abidəsinə istinadən demək olar ki, Duzdağ şaxtasından aşkar olunmuş alətlər Orta Tunc dövrünə aiddir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 13 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı”na əsasən­ Heydər Əliyev lektoriyalarının “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələləri keçirilir.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən məşğələni giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən mühüm xidmətlərindən biri dövlət müstəqilliyinin əsaslarının işlənib hazır­lanması, onun yenidən bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi olub. Ötən 25 il ərzində dövlət qurucu­luğu prosesində ən ümdə amal, arzu və niyyətlər gerçəkləşdirilib. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz, siyasi sistemimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, müdafiə qüdrətimiz artıb, mədəniyyətimiz zənginləşib, milli-mənəvi dəyərlərimiz qorunub. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

Ardını oxu...

Şərur rayonu

Dünən muxtar respublikamızın bütün rayonlarında müstəqilliyimizin 25 ili böyük coşqu ilə qeyd olunub. İctimaiyyət nümayəndələri ulu ­öndərimiz Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Çünki müstəqilliyimizin qazanılmasına görə ümummilli liderimiz Heydər Əliyevə və bu müstəqillik uğrunda canından keçən şəhidlərimizə borcluyuq.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da müstəqilliyimizin 25 ili qeyd edilib. Şərur şəhərindəki Şəhidlər xiyabanı və ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın hər yerində aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri şəhər və kəndlərimizin görkəmini əsaslı şəkildə dəyişib, yüzlərlə istehsal və emal müəssisələri işə salınıb, sözün həqiqi mənasında, yeni Naxçıvan qurulub.
Bu inkişafdan Şərur rayonuna da xeyli pay düşüb. Ötən müddət ərzində rayon mərkəzi və 45-ə qədər kənd yeni görkəm alıb, yaşayış məntəqələrində məktəblər, səhiyyə və mədəniyyət müəssisələri tikilib, onların maddi-texniki bazaları gücləndirilib. Yol, rabitə, elektrik və qaz infrastrukturları yenilənib, suvarma qurğuları istismara verilib.
Görülən və həyata keçirilməsi davam etdirilən belə tədbirlər hesabına Şərur bu gün müasir Azərbaycan rayonunun canlı nümunəsinə çevrilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin əbədiliyini təmin etdiyi müstəqilliyimizin bəhrələridir. Ona görə də şərurlular onlara müstəqil dövlətdə yaşamaq kimi böyük bir sərvət bəxş etmiş ulu öndərə daim minnətdardırlar.

Ardını oxu...

Müstəqil bir dövlətə sahib olmaq, öz müqəddəratını və taleyini müstəqil şəkildə təyin etmək bir xalqın əldə edə biləcəyi ən böyük nailiyyətdir. Bir millətin qazana biləcəyi digər nailiyyətlər yalnız müstəqil dövlətə sahib olduqda mümkündür. Təsadüfi deyildir ki, dünyada 5000-ə yaxın xalq mövcud olduğu halda cəmi 200 dövlət var. Çünki Azərbaycan xalqı tarixboyu özünün dövlətçilik ənənələrinə malik olmuş, işğalçılara və imperializmə qarşı mübarizə aparmış və təkcə XX əsrdə iki dəfə öz müstəqilliyini əldə edə bilmişdir.

XX əsrin əvvəllərində elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamında bu barədə deyilir: “Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür”.

Ardını oxu...

Oktyabrın 14-də Naxçıvan şəhərində “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında keçirilən konfransda ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də muxtar respublikadakı nazirlik, komitə və agentliklərin mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri iştirak ediblər.

Ardını oxu...

Müstəqillik qazandığımız ötən 25 il ərzində ölkəmiz siyasi-iqtisadi və sosial baxımdan böyük bir inkişaf yolu keçmişdir. Görkəmli siyasətçilər Azərbaycanın 2003-cü ildən sonrakı dövrünü tərəqqi və nailiyyətlər dövrü kimi qiymətləndirirlər. Çünki Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu illərdə respublikamız möhtəşəm uğurlara imza atmışdır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin quruculuq yolunu zənginləşdirərək davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasını qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə ulu öndərimizin arzularını reallaşdırmışdır.
Cənab İlham Əliyev 13 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də seçicilərin böyük səs çoxluğu ilə dövlət başçısı seçildikdən sonra verdiyi bütün vədləri yerinə yetirərək yüksələn dövlətin nüfuzlu liderinə çevrilmişdir. 1993-cü ilin oktyabrında ulu öndərin Prezident seçilməsi 30 ildən artıq xalqına xidmət edən dahi şəxsiyyətin Azərbaycanı düşdüyü ağır bəlalardan çıxarmaq və onun inkişaf yolunu müəyyənləşdirmək iqtidarına malik yeganə lider olmasının, 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi isə onun dahi şəxsiyyətin layiqli davamçısı olması və prezidentlik dövrünə qədər qazandığı böyük xalq etimadının nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Bənəniyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd həkim ambulatoriyası, tam orta və musiqi məktəbləri, rayon Suvarma Sistemləri İdarəsi ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ilk partiya təşkilatları sədrlərinin hesabatları dinlənilib.
Qeyd olunub ki, bu gün ölkəmiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, günü-gündən öz müstəqilliyini möhkəmləndirir, inkişafın yeni zirvələrinə doğru uğurla addımlayır. Bu prosesdə muxtar respublikamızın rayon və kəndləri ön sırada gedir.
Belə ki, regionumuzun bugünkü inkişaf və tərəqqisindən Culfa rayonuna və onun kəndlərinə də böyük pay düşüb. Bu sırada Bənəniyar kəndini də xüsusi qeyd etmək lazımdır. Burada kompleks quruculuq tədbirləri aparılıb, kənd müasirliyə qovuşub.

Ardını oxu...

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə milli müstəqilliyimiz uzun illərdən sonra yenidən bərpa olundu. Müstəqilliyimiz təhlükə altında olduğu zaman isə ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gələrək Azərbaycanı bəlalardan qurtardı, müstəqilliyimizi əbədi və dönməz etdi.
Bu fikirləri oktyabrın 13-də AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi dönməz və əbədidir” adlı elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.
Akademik bildirib ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olan bir ölkədir. Bu dövlətçilik ənənələrinin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb, lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. 410 gəncin izlədiyi film böyük maraq doğurub.
Qeyd edək ki, Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdu. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə getmiş, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşmuş, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak etmiş, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətlər göstərmişdir. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olan Yusif Mirzəyev Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli Fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ceyhun Məmmədov

Sədərək rayonunun Sədərək kənd 1 və 2 nömrəli tam orta məktəblərinin, uşaq bağçasının və inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağını giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra ilk partiya təşkilatı sədrlərinin hesabatları dinlənilib. Bildirilib ki, Sədərək kəndi ölkəmizin sərhəd bölgələrindən biridir. Bu gün müasirliyə qovuşmuş Sədərək kəndi hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. Kəndin və rayonun burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarına müasir iş şəraiti yaradılıb, yeni inzibati binalar tikilərək istifadəyə verilib. Bütün bunlar kənd sakinlərinin sərhəd bölgəsində qurub-yaratmaq əzmini xeyli yüksəldib.
Vurğulanıb ki, partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutan 4 ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyasının avanqard rolunun daha da yüksəldilməsində fəallıq göstərir. İlk partiya təşkilatlarının qeydiyyatında duran Yeni Azərbaycan Partiyasının üzvləri burada həyata keçirilən tədbirlərdə fəallıq göstərir, kənd adamlarının ideya-siyasi cəhətdən maarifləndirilməsi üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Partiya sıralarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır, gənclərin və qadınların partiyada təmsilçiliyinə ciddi önəm verilir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi, Dövlət Texniki və Naxçıvan Tibb kolleclərinin tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda çıxış edən Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 ok­tyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzaladığını, müstəqilliyimizin 25-ci ildönümünün ölkə­mizdə geniş qeyd olunduğunu bildirib.
Dövlət müstəqilliyinin qazanılmasında ulu öndərimizin əvəzsiz xidmətləri barədə danışan Ramil Orucəliyev tələbələrin diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyulub, dövlətlə xalqın birliyi təmin edilib.

Ardını oxu...

Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç “Şərq qapısı” qəzetinə müsahibəsində muxtar respublikaya səfərindən məmnun qaldığını bildirib. Naxçıvanın bir sıra sahələr üzrə qazandığı nailiyyətlərin nümunə gücündə olduğunu xüsusi vurğulayan diplomat muxtar respublikanın əldə etdiyi qabaqcıl təcrübənin Belarus Respublikasında da tətbiq edilməsinin əhəmiyyətini qeyd edib. Gennadi Axramoviç deyib:
– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Bir ildən çoxdur, Azərbaycan Respublikasında fəaliyyət göstərirəm. Belarus Respublikasının yaxın dostu olan Azərbaycanın qədim diyarına səfər etməyi çox arzulayırdım. Mən bilirəm ki, Naxçıvan Muxtar Respublikası həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim diyardır, eyni zamanda Azərbaycana çox böyük tarixi şəxsiyyətlər, sərkərdələr, ziyalılar, elm xadimləri bəxş edən bölgədir. Ona görə bu unikal diyara səfər etmək mənim üçün çox xoşdur.
Xüsusi vurğulamaq istəyirəm ki, mənim bu gözəl diyar haqqında bütün müsbət düşüncələrim nəinki özünü doğrultdu, hətta muxtar respublikanın unikallığı məni gözlədiyimdən də çox heyrətə düşürdü, çox zəngin təəssüratlar yaratdı.
Naxçıvan şəhərinin küçələrindəki təmizlik və səliqə-sahman, insanların çox qonaqpərvər və gülərüz olması mənə öz doğma vətənim Belarusu xatırlatdı. Naxçıvanlılar şəhərdə tarixiliklə müasirliyin möhtəşəm kompozisiyasını yaratmaları, tarixi abidələri, milli dəyərləri ən yüksək səviyyədə qorumaları və bütün bu sahələrdə böyük uğurlar əldə etmələri ilə fəxr edə bilərlər.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Üç gün davam edən səfər çərçivəsində diplomat muxtar respublikanın gəzməli-görməli yerləri, təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri, tarixi abidələri ilə tanış olub.
Gennadi Axramoviç əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı qonağa Əshabi-Kəhfin möcüzəli tarixi barədə ətraflı məlumat verilib.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilərək bildirilib ki, bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanış olan qonağa məlumat verilib ki, bu gün dünyanın 12 ölkəsindən 350-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur.

Ardını oxu...

Naxçıvanın qorunub saxlanılması, ərazi taleyinin və muxtariyyət statusunun müəyyənləşdirilməsində Qars müqaviləsinin əvəzsiz rolu vardır. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələri və Azərbaycanın görkəmli dövlət xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin apardığı qətiyyətli fəaliyyət nəticəsində baş tutmuş və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu qədim diyar həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanmışdır. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan, mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gedişdir. 

Bu, Behbud ağa Şahtaxtinskinin eyni zamanda əsl milli siyasətçi və diplomat olmasının da bariz nümunəsidir. Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermiş, nəticədə, bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-in təşkil edilməsi haqqında qərar qəbul edilmişdir.

Ardını oxu...

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Xəyal Bağırov hesabat dövrü ərzində görülmüş işlər barədə danışıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında avanqard rolu günü-gündən artmaqda, nüfuzu yüksəlməkdə, sıraları genişlənməkdədir. Bu da onunla bağlıdır ki, partiya dövlət müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın davamlı inkişafında fəal iştirak edən bir siyasi təşkilatdır.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Ayrınc kənd ərazi ilk partiya təşkilatının qeydiyyatında duran partiya üzvləri hərtərəfli dövlət qayğısı hesabına gündən-günə inkişaf edən rayonun ictimai həyatında üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırlar. 108 nəfər partiya üzvünün qeydiyyatda durduğu təşkilat öz sıralarının vətənpərvər, dövlətçiliyimizə sadiq gənclər hesabına genişləndirilməsini diqqət mərkəzində saxlayır, onların qüvvəsindən səmərəli istifadə edir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkə­mizdə dəmiryolçuların peşə bayramı günü kimi qeyd edilir.
Dəmir yolu nəqliyyatının inkişaf dövrü ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən başlamışdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn ulu öndəri­mizin həyata keçirdiyi kompleks tədbirlər digər sahələr kimi, dəmir yolu nəqliyyatının da əsaslı inkişafına təkan vermişdir. O dövrə qədər keçmiş SSRİ dəmir yolları sistemində elektrikləşmə, müasir rabitə və işarəvermə, dartı qüvvələrinin tətbiqi, lokomotiv və vaqon parklarının yeniləşməsi, yeni xətlərin çəkilişi, stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycanın dəmir yolu təsərrüfatı isə ümumi inkişafdan geridə qalmışdı. Dahi rəhbər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı qısa zaman kəsiyində öz bəhrəsini verdi. Yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi, yeni vağzal binaları inşa olundu. Əgər 1969-cu ilə qədər Azərbaycanda 159 dəmir yolu stansiyası var idisə, qısa müddətdə onların sayı 176-ya çatdırıldı. Bu dövrdə 482,8 kilometr məsafədə yeni dəmir yolu xətləri çəkildi, Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğuları dispetçer mərkəzinə qoşuldu. Həmçinin dəmir yollarının 1284 kilometri tam elektrikləşdirildi.

Ardını oxu...

Oktyabrın 12-də muxtar respublikanın yüksək dağlıq ərazilərindəki hərbi hissələrdə xidmət edən şəxsi heyətə yun corab və şərflər təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla əlaqədar avqust ayında keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Digər sahələrlə bərabər, ordu hissələrində də payız-qış mövsümünə hazırlıq daim diqqətdə saxlanılır. Əvvəlki illərdə olduğu kimi, bu il də hərbi hissələrdə xidmət edən heyətin qış mövsümündə isti geyimlə əlavə təminatı üçün 3000 cüt yun corab və 700 ədəd yun şərf toxunması nəzərdə tutulub. Artıq 1184 cüt yun corab və 464 ədəd yun şərf toxunmuş və yüksək dağlıq ərazilərdə xidmət edən heyətə vaxtında çatdırılması üçün bu gün təhvil verilir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev muxtar respublikadakı hərbi hissələrin hərtərəfli qayğı ilə əhatə olunduğunu və torpaqlarımızın etibarlı müdafiə olunduğunu bildirmişdir.
Əsgər Ravid Seyfullayev onlara göstərilən bu qayğıya görə minnətdarlıq etmişdir.
Sonra 1184 cüt yun corab və 464 ədəd yun şərf hərbi hissələrə təhvil verilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Mərasimi idarənin Çağırış bölməsinin rəisi, mayor Mirzə Rəhim­ov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanovun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədovun çıxışları olub. Bildirilib ki, milli ordumuz Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qarantıdır. Buna görə də bugünkü gənclərimiz daha yaxşı xidmət etməli, xidmət dövründə hərbi texnikanın sirlərinə daha yaxşı yiyələnməli və Ali Baş Komandanın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardoso Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində diplomat Naxçıvan şəhərindəki təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri ilə, tarixi abidələrlə yaxından tanış olub.
Mariya Joao Lopes Kardoso əvvəlcə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Portuqaliyanın Azərbaycan Respublikasında nümayəndəliyinin müvəqqəti işlər vəkili Naxçıvan Dövlət Universitetində də olub. Xanım diplomat Media Mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, universitet televiziyası, “Nuhçıxan” radiosu və Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olub, Naxçıvan Dövlət Universitetinin televiziyasına müsahibə verib.
Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili “Naxçıvanqala” Tarix-Memarlıq, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri ilə də tanış olub.

Ardını oxu...

Portuqaliyanın Azərbaycan Respublikasında nümayəndəliyinin müvəqqəti işlər vəkili “Şərq qapısı” qəzetinə müsahibə verib. Muxtar respublikaya ilk dəfə səfər edən qonaq regionun inkişafını yüksək qiymətləndirib və Naxçıvanda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirib. Əvvəlcə səfərinin məqsədi barədə danışan Mariya Joao Lopes Kardoso deyib:
– Mən Azərbaycanın bir sıra bölgələrinə səfər etmək niyyətindəyəm. Həmin bölgələrdən tarixi əhəmiyyətinə görə Naxçıvan birinci sıradadır. Muxtar respublikaya səfərim zamanı bir sıra əhəmiyyətli görüşlər keçirdim. Naxçıvanın səhiyyə, informasiya texnologiyaları, enerji, meliorasiya sahələrində əldə etdiyi nailiyyətlər barədə məlumat aldım, bu sahələrdə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik. Bundan sonra Portuqaliyadan istər dövlət xadimləri, istər sənətçilər, istərsə də biznes nümayəndələri Bakıya gəldiyi zaman mən onlara tövsiyə edəcəyəm ki, Naxçıvana da gəlsinlər. Çünki bu səfərimdən sonra tam əminəm ki, onlar burada etibarlı tərəfdaşlar, dostlar əldə edəcəklər.
Bildiyiniz kimi, Portuqaliyanın da muxtar regionları vardır. Naxçıvan Muxtar Respublikası ilə həmin regionlar arasında əməkdaşlıq qurula bilər. Gələcəkdə onlar arasında aparılacaq görüşlər bu əlaqələrin istiqamətini müəyyənləşdirə bilər. Mən isə bu sahələrdən turizmi xüsusi qeyd etmək istərdim. Çünki Portuqaliya turizm sahəsində böyük təcrübəyə malikdir. Portuqaliyanın 10 milyon əhalisi olmasına baxmayaraq, 2015-ci ildə bizim ölkəmizə 17 milyon turist gəlib. Bu, əhəmiyyətli bir rəqəmdir. Buna görə də Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar regionları arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin yaxşı perspektiv vəd edəcəyinə inanıram.

Ardını oxu...

Məhərrəm ayı Hicri təqvimi ilə yeni ilin ilk ayıdır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allah-Taala “Qurani-Kərim”in “Ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zilqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”.

Məhərrəm ayı bərəkət və bolluğun coşduğu bir aydır. Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə çatmaq üçün edilən duaların qəbul olunduğu ay olduğu üçün Peyğəmbərimiz tərəfindən məhərrəm ayı “Allahın ayı” olaraq ifadə edilmişdir.
Aşura günü isə məhərrəm ayının 10-cu günüdür. Aşura gününün Allah məqamında ayrı bir yeri vardır. Bu gündə Ulu Tanrı on peyğəmbərinə on növ mükafat təqdim etmişdir. Bu ayda oruc tutmaq çox savabdır. Məhərrəm ayının digər aylar arasında ayrı bir yeri olduğu kimi, Aşura günü də digər günlər içində daha mübarək və bərəkətli gün kimi bilinməkdədir. “Qurani-­Kərim”in “Fəcr” surəsində “On gecəyə and olsun” ifadəsi ilə Ulu Tanrı bu gecələrə and içərək onların üstünlüyünü və bərəkətini bildirmişdir. Peyğəmbərimizin hədislərində də bu günə bu adın verilməsinin hikməti, o gündə Allahın on peyğəmbərinə aşağıda qeyd olunan mükafatları lütf etməsindədir:

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Ordubad Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında təşkilatın sədri Fərqanə Hüseynli hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib, partiyanın yaradılması haqqında qərar qəbul edilib. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Yeni Azərbaycan Partiyasının məhz Naxçıvanda yaranması partiyanın muxtar respublikanın rayonlarında ilk təşkilatlarının təşəkkül tapıb formalaşmasında müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası Ordubad Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı da fəaliyyətə başladığı gündən ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanır, təşkilatın qeydiyyatında duran hər bir partiya üzvü Ordubad rayonunda aparılan quruculuq işlərində yaxından iştirak edir.

Ardını oxu...

Yığıncaqda təşkilatın sədri Tofiq Abutalıbov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 30 yanvar 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis konfransı keçirilib. 

Ötən dövr ərzində partiya sıraları xeyli genişlənib, ilk təşkilatlar fəaliyyətə başlayıb. Partiyanın rayon təşkilatı öz sıralarında 6717 nəfər partiya üzvünü birləşdirir. Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Nehrəm kənd ərazi ilk partiya təşkilatı fəal siyasi qüvvə kimi öz işində Yeni Azərbaycan Partiyasının V Qurultayının qərarlarını, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının, partiyanın Babək Rayon Təşkilatının XI konfransının qarşıya qoyduğu vəzifələri rəhbər tutub. Təşkilat hesabat ilində ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətin, sosial-iqtisadi islahatların, bütün sahələrdə əldə edilmiş uğurların məzmun və mahiyyətinin kənd əhalisinə ətraflı və əsaslı şəkildə izah edilməsinə, bu istiqamətdə təbliğat işlərinin gücləndirilməsinə çalışıb, bu məqsədlə partiyanın fəal üzvlərinin imkanlarından istifadəni diqqət mərkəzində saxlayıb.

Ardını oxu...

“Azərbaycanın dövlətçilik tarixinin yaşı 5000 ildən artıqdır və bu gün Azərbaycan xalqı dünyada öz dövləti olan 200 millətdən biridir. Bunun özü imkan verir ki, biz bir xalq olaraq öz müstəqilliyimizin qədrini bilək və onun nə qədər böyük bir nemət olduğunu dərk edək”.
Bu fikirlər AMEA Naxçıvan Bölməsindəki Heydər Əliyev lektoriyasının “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” mövzusunda keçirilən 72-ci məşğələsində səsləndirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin bərpa edilməsi və qorunub saxlanılmasındakı xidmətlərindən danışıb. Qeyd edib ki, XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi yaranmış beynəlxalq ictimai-siyasi şəraitin və Azərbaycan xalqının müstəqillik uğrunda mütəşəkkil mübarizəsinin nəticəsidir. Müstəqilliyin qorunub saxlanılması isə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biridir.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Oktyabrın 10-da keçirilən mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənc­lər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Arzu Məmmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.

Ardını oxu...

Regionda özünün sürətli sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən muxtar respublikamızın iqtisadi-ticarət, mədəniyyət əlaqələrinin əhatə dairəsi durmadan genişlənir. Dünyanın nüfuzlu ölkələrini təmsil edən diplomatların Naxçıvana səfərləri beynəlxalq media qurumlarının da diqqətini qədim diyara yönəldib. Həmin diplomatlar hər fürsətdə muxtar respublikanın geostrateji mövqeyə, güclü iqtisadiyyata, turizm potensialına malik olduğunu vurğulayıblar. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın muxtar respublikaya səfəri zamanı da bu məqam xüsusi qeyd olunub. 

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev adına tam orta məktəb müəssisədənkənar ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Hesabat-seçki yığıncağında təşkilatın sədri Könül Mirzəyeva məruzə edib. Qeyd olunub ki, bu gün ölkəmiz Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, günü-gündən öz müstəqilliyini möhkəmləndirir, inkişafın yeni zirvələrinə doğru uğurla addımlayır. Bu prosesdə muxtar respublikamız ön sırada gedir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin bugünkü inkişaf və tərəqqisindən ulu öndər Heydər Əliyevin adını daşıyan tam orta məktəbə də böyük pay düşüb. Görkəmli dövlət xadiminin bugünkü və gələcək nəsillərə ən böyük xidmətlərindən biri olan, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının bu məktəbdə də ərazi ilk təşkilatı yaradılıb. Təşkilat öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramı, partiyanın yuxarı orqanlarının qərar, göstəriş və təlimatları əsasında qurub. Ölkədə və muxtar respublikada həyata keçirilən siyasi xəttin təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərən təşkilat partiya həyatının ən mühüm hissəsi olan siyasi-ideoloji işi daim diqqət mərkəzində saxlayır, partiya üzvlərinin siya­si hazırlıq səviyyəsinin yüksəldilməsini, onlarda dövlətçilik əqidəsinin möhkəmləndirilməsini başlıca vəzifələrdən biri hesab edir.

Ardını oxu...

Muxtar respublikamızda son illər bərqərar olunmuş və dinamik xarakter almış sosial-iqtisadi inkişafın bəhrələrini hər bir sahədə görmək olar. İnsanlara qayğının böyük ifadəsi kimi dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi də bu inkişafın nəticəsidir.
Ötən il daha bir qayğının şahidi olduq. Daha dəqiq desək, 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yeni səyyari xidməti təşkil olunub. Səyyari xidmətin operativ fəaliyyəti üçün nazirliyə “Hyundai” markalı avtomobil verilib. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

Bütün dünyada vahid beynəlxalq poçt qaydalarının müəyyən edilməsi 1874-cü ilin 9 oktyabr tarixində Ümumdünya Poçt İttifaqının yaradılması ilə mümkün olmuşdur. Həmin tarix 1969-cu ildə Yaponiyada keçirilmiş Ümumdünya Poçt İttifaqının Konqresində qəbul edilmiş qərarla hər il Ümumdünya Poçt Günü kimi qeyd olunur.
Azərbaycanda, eləcə də muxtar diyarımızda poçt işinin tarixi daha əvvələ gedir. Lakin ölkəmizdə bu əlamətdar günün qeyd olunması müstəqillik illərinə təsadüf edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuş və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi Ümumdünya Poçt İttifaqının üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu çox sürətli inkişaf yolu keçmişdir.
Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı tarixinə qısaca nəzər salsaq, görərik ki, bu inkişafın təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu ­öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir. Ulu öndərin 2003-cü il 17 fevral tarixli “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) haqqında Sərəncamına əsasən, Azərbaycanda rabitə sistemi, o cümlədən poçt rabitəsi yeni və davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.

Ardını oxu...

Təhlükəsiz, cinayətsiz region Naxçıvan

Ötən əsrin 80-ci illərinin sonu iqtisadi tənəzzül, siyasi böhran, anarxiya, xaos, özbaşınalıq dövrü kimi tarixə düşüb. Naxçıvan şəhərini ayrı-ayrı məhəllələr üzrə nüfuz dairəsinə bölən qoluzorlular peyda olmuşdu. Vaxtaşırı olaraq şəhərin müxtəlif yerlərində onları tanımayan və ya tanıyıb itaət etməyənlərlə tanışlıq xarakterli “profilaktiki tədbirlər” həyata keçirir, insanların həyatı üçün təhlükə yaradan şoular göstərirdilər. Heç yadımdan çıxmır. Dəmiryol vağzalına gedən yolda avtomobilləri saxladıb sürücüləri və sərnişinləri əlləri boynunun dalında üzüüstə asfalta uzanmağa əmr edirdilər. Bir dəfə biz də belə bir hadisə ilə qarşılaşmışdıq.

– Bu nə məsələdi, – deyən dostum üzümə baxdı.
–Nə bilim, – deyib çiyinlərimi çəkməklə kifayətləndim.
Bizim ayrı yolumuz yox idi. Maşında oturub növbəmizi gözləyirdik. Baxdıq ki, əlində avtomat olan iki nəfər maşınımıza yaxınlaşdı.
– Nə gözlərini döyürsən, maşından düş. Əllərini boynunun dalına qoy, üzüüstə uzan yerə.
Vəziyyəti görən dostum artıq əmr gözləmədən “ümumi qayda”nı icra edirdi. Elə bu vaxt iki ədəd qara rəngli “Jiquli” dayandı. Amma necə dayandı. Əyləcin səsi, yalan olmasın, şəhərin o başında eşidildi. Təkərlərindən qalxan tüstü ilə yolkəsənlərin siqaretinin tüstüsü bir-birinə qarışdı. Döndülər ki, dostumun yadından çıxıb əlləri boynunun dalında qalıb. Qara maşının sahibi yanaşı dayandığım Qasıma baxıb: – Əllərin niyə boynunun dalında qalıb? – deyə soruşdu və qəşş etdi. Yerə uzananlara baxıb, – durun çıxın gedin, komandası verib, elə həmin qara maşınlara oturub getdilər. Dostumla şükür etdik ki, kefləri kökəldi, bizi üzüüstə asfalta uzatmadılar.

Ardını oxu...

Oktyabrın 6-da keçirilən hesabat-seçki yığıncağının gündəliyində ilk partiya təşkilatının fəaliyyəti haqqında hesabat, təşkilati məsələlər və rayon təşkilatının XII konfransına nümayəndələrin seçilməsi məsələsi var idi.

Hesabat-seçki yığıncağının gündəliyi yekdilliklə qəbul olunub.
Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Babək Rayon Təhsil Şöbəsi ilk partiya təşkilatının sədri Vahid Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən dövr ərzində iş planına uyğun olaraq fəaliyyətimizi davam etdirmiş, işlərimizi partiya nizamnaməsinin tələblərinə uyğun səviyyədə qurmağa çalışmışıq. Babək Rayon Təhsil Şöbəsi ilk partiya təşkilatı sıralarına qəbulda kəmiyyətə deyil, daha çox keyfiyyətə ciddi fikir verib. Ötən dövr ərzində partiyanın sıralarına şöbənin iki əməkdaşı qəbul olunub. Təşkilatımızın hər bir üzvü siyasi həyatda, o cümlədən keçirilən seçkilərdə fəallıqları ilə seçiliblər.
Babək Rayon Təhsil Şöbəsi ilk partiya təşkilatının hesabatı qənaətbəxş hesab edildikdən sonra təşkilatın yeni idarə heyətinin üzvləri, sədri və sədr müavinləri seçilib.
İlk partiya təşkilatına növbəti dəfə sədr seçilən Vahid Fərzəliyev bundan sonra da qarşıya qoyulan vəzifələri məsuliyyətlə icra edəcəyini bildirib.
Sonra Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının XII konfransına Babək Rayon Təhsil Şöbəsi ilk partiya təşkilatından 4 nəfər nümayəndə səsvermə yolu ilə seçilib.
Bununla da, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Babək Rayon Təhsil Şöbəsi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı sona çatıb.

Xəbərlər şöbəsi

Oktyabrın 5-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib.
Tədbiri açıq elan edən nəqliyyat nazirinin müavini Əli Hüseynəliyev yığıncağın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirib ki, yığıncaqda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının hesabatı dinləniləcək, həmin təşkilatların birləşdirilməsi məsələsi müzakirə olunacaq, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransına nümayəndələr seçiləcəkdir.
Hesabat-seçki yığıncağının gündə­liyi yekdilliklə qəbul olunub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatının hesabatı və qarşıda duran vəzifələr barədə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Natiq Həsənov bildirib ki, təşkilatın uçotunda 35 nəfər partiya üzvü vardır. Ötən hesabat-seçki yığıncağından keçən dövr ərzində 9 nəfər bitərəf partiya üzvlüyünə qəbul edilib ki, onların da əksəriyyəti gənclərdir. İlk partiya təşkilatının yığıncaqları vaxtlı-vaxtında keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələrdə qarşıya qoyulan vəzifələrin icrası müzakirə olunub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR