25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Mərasimi idarənin Çağırış bölməsinin rəisi, mayor Mirzə Rəhim­ov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanovun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədovun çıxışları olub. Bildirilib ki, milli ordumuz Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qarantıdır. Buna görə də bugünkü gənclərimiz daha yaxşı xidmət etməli, xidmət dövründə hərbi texnikanın sirlərinə daha yaxşı yiyələnməli və Ali Baş Komandanın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.

Valideyn Rəşad İbrahimov övladını hərbi xidmətə yola saldığı üçün fəxr etdiyini bildirib, çağırışçı gənclərə uğurlar arzulayıb.
Çağırışçılar adından çıxış edən Nicat Əliyev Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə ordumuz da güclənir. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Xatırladaq ki, gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il ok­tyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən keçirilib.
Həmin gün Babək rayonunda da gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR