25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev adına tam orta məktəb müəssisədənkənar ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Hesabat-seçki yığıncağında təşkilatın sədri Könül Mirzəyeva məruzə edib. Qeyd olunub ki, bu gün ölkəmiz Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, günü-gündən öz müstəqilliyini möhkəmləndirir, inkişafın yeni zirvələrinə doğru uğurla addımlayır. Bu prosesdə muxtar respublikamız ön sırada gedir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin bugünkü inkişaf və tərəqqisindən ulu öndər Heydər Əliyevin adını daşıyan tam orta məktəbə də böyük pay düşüb. Görkəmli dövlət xadiminin bugünkü və gələcək nəsillərə ən böyük xidmətlərindən biri olan, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyasının bu məktəbdə də ərazi ilk təşkilatı yaradılıb. Təşkilat öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramı, partiyanın yuxarı orqanlarının qərar, göstəriş və təlimatları əsasında qurub. Ölkədə və muxtar respublikada həyata keçirilən siyasi xəttin təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərən təşkilat partiya həyatının ən mühüm hissəsi olan siyasi-ideoloji işi daim diqqət mərkəzində saxlayır, partiya üzvlərinin siya­si hazırlıq səviyyəsinin yüksəldilməsini, onlarda dövlətçilik əqidəsinin möhkəmləndirilməsini başlıca vəzifələrdən biri hesab edir.

Qeyd olunub ki, təşkilatın gündəlik fəaliyyətinin əsasını həm də partiya xətti ilə keçirilən tədbirlər təşkil edir. Son bir ildə məktəbdə müxtəlif tarixi günlər, əlamətdar bayramlar yüksək səviyyədə qeyd olunub. Hesabat dövründə partiya üzvləri məktəbdə ümummilli lideri­mizin müstəqil dövlətçilik irsinin öyrədilməsi məqsədi daşıyan və öz fəaliyyətini uğurla davam etdirən “Heydər Əliyev lektoriyası”nın işində də yaxından iştirak ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün partiya üzvləri fəallıq göstərir, şagirdlərin Heydər Əliyev ideyalarına sədaqət ruhunda tərbiyə olunmasını özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Vurğulanıb ki, təşkilat öz sıralarına yeni üzvlərin qəbulunu da diqqət mərkəzində saxlayır. Hesabat ilində 2 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilərək onların sayı 97 nəfərə çatdırılıb. Üzvlərdən 1 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, 4 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 4 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”dir. Bundan başqa, 4 nəfər “Tərəqqi” medalı ilə təltif olunub, 1 nəfər isə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb.
Bundan sonra da Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına tam orta məktəb ərazi ilk təşkilatı öz fəaliyyətini partiyanın yuxarı orqanlarının qərar, sərəncam və tapşı­rıqları, partiya Nizamnaməsi və Proqramı əsasında quracaqdır.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev adına tam orta məktəb müəssisədənkənar ərazi ilk təşkilatının birillik fəaliyyəti qənaətbəxş hesab olunub.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev adına tam orta məktəb müəssisədənkənar ərazi ilk təşkilatının yeni idarə heyəti, təşkilatın sədri və müavini, 5 nəfər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransına nümayəndə seçilib.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR