25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi, Dövlət Texniki və Naxçıvan Tibb kolleclərinin tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda çıxış edən Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 ok­tyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzaladığını, müstəqilliyimizin 25-ci ildönümünün ölkə­mizdə geniş qeyd olunduğunu bildirib.
Dövlət müstəqilliyinin qazanılmasında ulu öndərimizin əvəzsiz xidmətləri barədə danışan Ramil Orucəliyev tələbələrin diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyulub, dövlətlə xalqın birliyi təmin edilib.

Azərbaycanda müstəqilliyin qazanılmasında ulu öndərin Naxçıvan dövründən bəhs edən muzeyin direktoru bildirib ki, 1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludlar almışdı. Məhz belə bir ağır məqamda ümummilli lider doğma Naxçıvana qayıtdı.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də ulu öndərimizin sədrliyi ilə keçirilən sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilib. Həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirib.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi dahilər yurdunu real işğaldan və digər təhlükələrdən xilas etdi.
Bildirilib ki, 1993-cü ilin yayında milli dövlətçiliyimiz ikinci dəfə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən dahi rəhbərin siyasi hakimiyyətə qayıdışı Vətənin xilası, xalqın qurtuluşu oldu.
Ulu öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub. Ümummilli liderimizin müəyyənləşdirdiyi uzaqgörən siyasət nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar Azərbaycanın, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, ictimai həyatımızın bütün sahələrində öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin hələ ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına başlandığını bildirib. Qeyd olunub ki, gənc­lərin hərtərəfli təhsil almaları üçün həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı və bu mənada ötən əsrin 70-ci illərində ulu öndərin diqqət və qayğısı nəticəsində yetişən gənclik respublikamızın inkişafında yaxından iştirak edib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 1993-2003-cü illərdə ölkəmizə rəhbərliyi zamanı gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirib. Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların sosial problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılıb. Bu istiqamətdə muxtar respublikada da xeyli iş görülüb. Ali və orta məktəb binalarının inşası, olimpiya-idman komplekslərinin tikintisi, müxtəlif idman yarışlarının təşkili, yaradıcı gənclərin əməyinin qiymətləndirilməsi və digər tədbirlər muxtar respublikada gənclərin hərtərəfli formalaşmasına geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov “Müstəqillik illərində elmi-mədəni inkişaf” mövzusunda çıxış edərək hələ Azərbaycana ilk rəhbərliyi dövründə xalqın nicat və tərəqqi yolunu elmi biliklərə yiyələnməkdə, müasir texnoloji yenilikləri dərindən mənimsəməkdə görən ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyi dövründə də bu istiqamətdə görülən işlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, bu gün müxtəlif elm sahələrinə dair sanballı tədqiqatlar aparılması, çoxlu sayda gənc alimin yetişdirilməsi, aktual elmi kitabların, monoqrafiyaların nəşri, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlərin əldə olunması sahəsində muxtar respublikada da böyük işlər görülür.
Konfransda ümummilli lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Xalqın içində” filmi nümayiş etdirilib.
Sonra tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR