25 Dekabr 2024, Çərşənbə

Oktyabrın 5-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib.
Tədbiri açıq elan edən nəqliyyat nazirinin müavini Əli Hüseynəliyev yığıncağın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirib ki, yığıncaqda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının hesabatı dinləniləcək, həmin təşkilatların birləşdirilməsi məsələsi müzakirə olunacaq, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransına nümayəndələr seçiləcəkdir.
Hesabat-seçki yığıncağının gündə­liyi yekdilliklə qəbul olunub.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatının hesabatı və qarşıda duran vəzifələr barədə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Natiq Həsənov bildirib ki, təşkilatın uçotunda 35 nəfər partiya üzvü vardır. Ötən hesabat-seçki yığıncağından keçən dövr ərzində 9 nəfər bitərəf partiya üzvlüyünə qəbul edilib ki, onların da əksəriyyəti gənclərdir. İlk partiya təşkilatının yığıncaqları vaxtlı-vaxtında keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələrdə qarşıya qoyulan vəzifələrin icrası müzakirə olunub.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı “Naxçıvan Dəmir Yolları” MMC ərazi ilk partiya təşkilatının sədri Musa Əliyev çıxışında deyib ki, öz ətrafında 118 dəmiryolçunu birləşdirən təşkilatın üzvləri ötən müddət ərzində siyasi proseslərdə fəal iştirak etməyə çalışıblar. Aparılan təbliğat-təşviqat, ideya-siyasi işlərin nəticəsində partiya sıralarına 17 nəfər gənc üzv qəbul edilib. Sıralarımızda olan Yeni Azərbaycan Partiyası fəalları muxtar respublikada keçirilən bütün seçkilərdə və ümumxalq səsverməsində (referendumda) iştirak ediblər, fəallardan bir neçəsi seçki məntəqəsinin sədri və üzvləri kimi fəaliyyət göstərib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının hesabatları qənaətbəxş hesab olunub.
Gündəlikdə duran digər məsələ barədə danışan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının birləşdirilməsinin əhəmiyyətini qeyd edib. Təklif yekdil­liklə qəbul edilib və yeni yaranmış təşkilat Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatı ­adlandırılıb.
Müəssisədənkənar ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri və sədr müavinləri seçilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatının yeni sədri Natiq Həsənov qarşıya qoyulan vəzifələri məsuliyyətlə icra edəcəyini bildirib.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransına ərazi ilk partiya təşkilatından 7 nəfər nümayəndə səsvermə yolu ilə seçilib.
Bununla da, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı başa çatıb.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR