25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Ordubad Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında təşkilatın sədri Fərqanə Hüseynli hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib, partiyanın yaradılması haqqında qərar qəbul edilib. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Yeni Azərbaycan Partiyasının məhz Naxçıvanda yaranması partiyanın muxtar respublikanın rayonlarında ilk təşkilatlarının təşəkkül tapıb formalaşmasında müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası Ordubad Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı da fəaliyyətə başladığı gündən ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanır, təşkilatın qeydiyyatında duran hər bir partiya üzvü Ordubad rayonunda aparılan quruculuq işlərində yaxından iştirak edir.

Vurğulanıb ki, bu gün təşkilatın qeydiyyatında 442 nəfər partiya üzvü var. Onların 201 nəfəri qadın, 154 nəfəri gəncdir. Dövlətçiliyimizə sadiq, ideya-siyasi cəhətdən yetkin gənclərin sıralarının genişlənməsinə çalışan ərazi ilk partiya təşkilatı əhali arasında ideya-siyasi işi gücləndirmək üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir, partiya üzvlərinə təmsil etdikləri təşkilatın işində fəal olmağı aşılamağı diqqət mərkəzində saxlayır. Ərazi ilk partiya təşkilatı gənclərin və qadınların məsul vəzifələrə irəli çəkilməsinə ciddi önəm verir. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir partiya üzvü partiya məsuliyyətini dərindən başa düşür, onun Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə ciddi əməl edir.
Rayonun, muxtar respublikanın, mahiyyət etibarilə ölkəmizin inkişafına töhfələrini vermək üçün partiya üzvləri fəallıq göstərirlər.
Təşkilatın birillik fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra 7 nəfərdən ibarət idarə heyəti, təşkilatın sədr və müavini, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının XI konfransına 15 nümayəndə seçilib.

* * *

Həmin gün YAP Şərur rayon Yengicə kənd, Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi ərazi ilk partiya təşkilatlarında, YAP Culfa şəhər 3 nömrəli tam orta məktəb ilk partiya təşkilatında da hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda təşkilat sədrlərinin hesabat məruzələri dinlənilib, təşkilatların idarə heyətlərinin üzvləri, sədrləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının konfranslarına nümayəndələr seçilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR