25 Dekabr 2024, Çərşənbə

Yığıncaqda təşkilatın sədri Tofiq Abutalıbov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, 30 yanvar 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının təsis konfransı keçirilib. 

Ötən dövr ərzində partiya sıraları xeyli genişlənib, ilk təşkilatlar fəaliyyətə başlayıb. Partiyanın rayon təşkilatı öz sıralarında 6717 nəfər partiya üzvünü birləşdirir. Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Nehrəm kənd ərazi ilk partiya təşkilatı fəal siyasi qüvvə kimi öz işində Yeni Azərbaycan Partiyasının V Qurultayının qərarlarını, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının, partiyanın Babək Rayon Təşkilatının XI konfransının qarşıya qoyduğu vəzifələri rəhbər tutub. Təşkilat hesabat ilində ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətin, sosial-iqtisadi islahatların, bütün sahələrdə əldə edilmiş uğurların məzmun və mahiyyətinin kənd əhalisinə ətraflı və əsaslı şəkildə izah edilməsinə, bu istiqamətdə təbliğat işlərinin gücləndirilməsinə çalışıb, bu məqsədlə partiyanın fəal üzvlərinin imkanlarından istifadəni diqqət mərkəzində saxlayıb.

Qeyd olunub ki, partiya işinin keyfiyyətini daha da təkmilləşdirməklə partiya sıralarına sağlam məfkurəli gənclərin cəlb edilməsinə ciddi önəm verilib, bacarıqlı və istedadlı gənclərin qüvvəsindən səmərəli istifadə edilməsinə nail olunub. Hesabat ilində partiya sıralarına 40 nəfər qəbul edilərək onların sayı 1066 nəfərə çatdırılıb. Partiya üzvlərindən 400 nəfəri gənc, 300 nəfəri qadındır.
Bildirilib ki, muxtar respublikamızda aparılan yenidənqurma, abadlıq, quruculuq işləri və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Nehrəm kəndini də əhatə edib. Kənddə kompleks qurucu­luq işləri aparılıb, yaşayış məntəqəsinin siması əsaslı surətdə dəyişilib. Təşkilatın qeydiyyatında duran partiya üzvləri kənddə, rayonda, muxtar respublikada həyata keçirilən belə tədbirlərdə fəallıq göstərir, ölkəmizin, muxtar respublikamızın inkişafına öz töhfələrini verirlər. Onlar Nehrəm kimi böyük iqtisadi potensialı olan yaşayış məntəqəsində aqrar sektorda, sənayedə, təhsildə və digər sahələrdə böyük uğurlar qazanılmasına ciddi səy göstərir, yaradıcısı ulu öndər Heydər Əliyev olan partiyanın nüfuzunun yüksəldilməsinə çalışırlar.
Partiya təşkilatının illik fəaliyyəti qənaətbəxş hesab olunub.
Sonra Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Nehrəm kənd ərazi ilk partiya təşkilatının 9 nəfərdən ibarət idarə heyəti, təşkilatın sədri və müavinləri, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının XII konfransına 12 nümayəndə seçilib.
Hesabat-seçki yığıncağına Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov yekun vurub.

* * *

Həmin gün Yeni Azərbaycan Partiyası Şərur rayon Axura kənd, Ordubad şəhər İnternat məktəbi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası, Sədərək Rayon Mədəniyyət Şöbəsi və rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatlarında da hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda təşkilat sədrlərinin hesabat məruzələri dinlənilib, təşkilatların idarə heyətlərinin üzvləri, sədrləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının konfranslarına nümayəndələr seçilib.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR