25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı keçirilən seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Ramin Qəhrəmanovun, Elxan Novruzovun, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub.
Çıxışlarda bildirilib ki, sərnişindaşımanın səviyyəsini artırmaq üçün 2016-cı ilin müvafiq dövrü ərzində 2 ədəd müasir standartlara cavab verən “Neoplan” markalı avtobus alınaraq Naxçıvan-Bakı marşrutuna salınıb. Nəqliyyat Nazirliyinin struktur bölmələri tərəfindən avtobus və mikroavtobusların qrafikə uyğun hərəkəti və nəqliyyat vasitələrinin texniki sazlığının diqqətdə saxlanılmasına, marşrut və digər nəqliyyat vasitələrinin qarlı və şaxtalı günlərdə rahat hərəkət etməsi üçün mövcud texnikaların saz vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilir. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqət mərkəzində saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki təkmilləşdirilib. Avtovağzallarda istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, mövcud olan müqavilə əsasında fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin texniki müayinədən keçirilməsi diqqətdə saxlanılıb.
Bildirilib ki, nazirlikdə yaradılan komissiya tərəfindən sürücülərin intizam qaydalarına əməl olunmasına nəzarət etmək məqsədilə reyd-yoxlamalar keçirilib, marşrut qrafikinə əməl olunması, intervalın qorunması üçün sürücülər təlimatlandırılıb. Taksi və avtobuslarda qəza zamanı ilk tibbi yardım üçün nəzərdə tutulan dərman qutusu və habelə yanğınsöndürənlərin qoyulması işi başa çatdırılıb.
Nazirliyin əməkdaşları tərəfindən Şərur, Kəngərli, Culfa, Ordubad rayonlarında reydlər keçirilib. Sərnişindaşıma fəaliyyəti göstərən taksi, avtobus və mikroavtobusların sürücülərinə və sahibkarlarına mühərriklərin, əyləcin və salonun qızdırıcı soba sistemlərinin saz vəziyyətə gətirilməsi, şinlərin isə qış mövsümündə istifadə ediləcək şinlərlə əvəz edilməsi barədə xəbərdarlıq olunub. Müayinələr zamanı texniki nasazlığı olan avtonəqliyyat vasitələri aşkar edildikdə bunların aradan qaldırılması üçün vaxt verilir, əks-təqdirdə, sərnişin daşıyan avtonəqliyyat vasitəsi marşrutdan kənarlaşdırılır. Bununla yanaşı, sürücülər müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilmiş geyim və tanınma nişanlarından istifadə edilməsini, vergilərin vaxtında ödənilib fərqlənmə nişanlarının alınmasını diqqətdə saxlamalıdırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR