25 Dekabr 2024, Çərşənbə

1992-ci il mart ayının 13-də yaradılan Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı ötən müddət ərzində partiya təşkilatları qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıb. Partiya üzvləri rayonda həyata keçirilən tədbirlərdə fəallıq nümayiş etdirib, muxtar respublikamızda bərqərar olunmuş sosial-iqtisadi inkişafa töhfələrini vermək üçün yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə etməyə səy göstəriblər. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının XI konfransında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov səsləndirib. Bildirilib ki, rayon partiya təşkilatı hərtərəfli qayğı ilə əhatə olunub, təşkilat üçün yeni bina tikilib istifadəyə verilib, kənd, qəsəbə və şəhər mərkəzlərində ilk partiya təşkilatlarına nümunəvi iş otaqları ayrılıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin 28 yanvar 2016-cı il tarixli qərarına uyğun olaraq ilk partiya təşkilatları ərazi prinsipi üzrə birləşdirilib, 47 ilk partiya təşkilatı yaradılaraq təşkilati işlər başa çatdırılıb. Hazırda həmin təşkilatlarda 3537 nəfər partiya üzvü birləşir. Konfranslararası dövrdə 231 nəfər partiya sıralarına qəbul edilib.

Məruzə ətrafında Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyevin, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin sədri Vüqar Muradovun, “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyevanın çıxışları olub.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvü Azad Cabbarov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə siyasi səhnəyə gəlib. O dövrdə xalq-hakimiyyət həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyulurdu. Belə bir çətin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev xalqın yeganə ümid və inam yeri oldu. Həmin vaxt ulu öndər Heydər Əliyev muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Ona görə də yeni Azərbaycan və onun gələcəyi üçün rəhbəri dahi şəxsiyyət Heydər Əliyev olan siyasi partiyanın yaradılması insanların düşüncəsinə aydın bir həqiqət kimi hakim kəsilmişdi. Bu reallığı düzgün dəyərləndirən ziyalıların ümummilli lider Heydər Əliyevə etdikləri müraciət, ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi idi.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının qeydiyyatında duran partiya üzvlərinin ulu öndərin müəyyənləşdirdiyi siyasəti özlərinin fəaliyyət proqramına çevirmələri ümummilli liderə sədaqət və ehtiramın ifadəsidir. Bu gün Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında onların sayı 3537 nəfərdir. Partiya üzvlərinin 1376-nı qadınlar, 1667-ni gənclər təşkil edir.
Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən hər bir partiya üzvünün qarşısına bir sıra mühüm vəzifələr qoyulub, 28 yanvar 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclasında bir sıra tapşırıqlar verilib. Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının qeydiyyatında duran partiya üzvləri də bu tapşırıqların yerinə yetirilməsinə öz töhfələrini verməlidirlər.
Qeyd olunub ki, qarşıdakı mərhələdə partiyanın şəhər, rayon və ərazi ilk partiya təşkilatlarının fəaliyyətinin bir istiqamətini də ciddi nizam-intizam təşkil etməlidir.
Azad Cabbarov Yeni Azərbaycan Partiyasının hər bir üzvünə ölkəmizin inkişafı naminə həyata keçirdiyi tədbirlərdə, gördüyü işlərdə müvəffəqiyyətlər arzulayıb.
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının konfranslararası fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra mandat komissiyasının məlumatı, nəzarət-təftiş qrupunun hesabatı dinlənilib. Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının XI konfransının qərar layihəsi təsdiq edilib.
Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının 23 nəfərdən ibarət şurası, 9 nəfərdən ibarət idarə heyəti, 3 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.
Konfransda Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı sədrinin seçilməsi məsələsinə baxılıb. Rizvan Məmmədov yenidən təşkilatın sədri seçilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR