25 Dekabr 2024, Çərşənbə

Dekabrın 7-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Dahi rəhbər Sovet İttifaqı dövründə Azərbaycanda milli ruhun bərpası, milli kadr hazırlığı və iqtisadiyyatın dirçəldilməsi istiqamətində ardıcıl tədbirlər görmüş, gələcək dövlət müstəqilliyi üçün zəmin hazırlamışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində isə ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorumuş, dövlətçiliyimizin əsasları yaradılmışdır. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider itirilməkdə olan müstəqilliyimizi qoruyub saxlamış, torpaqlarımızın işğalının qarşısını almış, qüdrətli Azərbaycan dövlətini yaratmışdır. Bu gün ulu öndər ­Heydər Əliyev ideyalarının həyata keçirilməsi Azərbaycanı sürətli sosial-iqtisadi inkişafa və sabitliyə qovuşdurmuşdur.
Baş konsul demişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin əsasını qoymuşdur. Bu gün qonşu ölkələr arasındakı münasibətlər uğurla inkişaf edir.
Sonra mərasimdə ehsan süfrəsi açılmışdır.
Anım mərasimində İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, İranın Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan Vilayətindəki nümayəndəliyinin sədri Əhməd Müntəzəmi, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki Baş konsulu, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 55 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir. Məqsəd dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Komissiya qeyd olunan normanın icrasını təmin etmək məqsədilə müvafiq qaydaları təsdiq edib və cari ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb. Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə tabe olduğu şəxs tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməlidir.

Ardını oxu...

Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri dövrdə siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə dəyişərək liderlik zirvəsinə yüksəlir, tarix yaradırlar. Tarix yaratmaq isə hər kəsə nəsib olmur. Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan müdrik şəxsiyyətdir. Adı müasir tariximizə qızıl hərflərlə yazılan ümummilli liderimizin ömür yolu xalqa xidmət nümunəsidir. 

“Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamlarında ona dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edib”. Bu, hər bir azərbaycanlının və dünyanın məşhur siyasətçilərinin yekdil fikridir. Həyatının son dəqiqələrinədək xalqının gələcək taleyi haqqında düşünən ulu öndərimiz müstəqil, dünyada öz sözü və yeri olan qüdrətli Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

Ardını oxu...

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. Məhz insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğu ölkənin Əsas Qanununun qəbul edilməsindən sonra respublikamızda hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlamasına təkan verilmiş, mühüm normativ-hüquqi aktlar qəbul edilmişdir.

Ardını oxu...

Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha bunun şahidi oluruq

Sosial-iqtisadi baxımdan inkişaf edən, gündən-günə abadlaşan, gözəlləşən Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyevin siyasi xəttinin təntənəsinin əsaslı nümunələrindən biridir. Bu gün yüksək iqtisadi potensiala malik muxtar respublikada bütün dövlət proqramları, infrastruktur layihələri uğurla həyata keçirilir, irimiqyaslı quruculuq, abadlıq işləri aparılır. Müasir Naxçıvan dahi şəxsiyyətin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir diyar kimi şan-şöhrət qazanmaqdadır. Muxtar respublikada aqrar siyasət, sənayeləşmə uğurla reallaşdırılır, kəndlər abadlaşır, şəhərlər daha da inkişaf edir, əhalinin sosial problemləri həll olunur. Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri Avrasiyanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə olunur. Qədim diyarda yaradılan möhtəşəm infrastruktur nəinki Naxçıvan şəhərində, eyni zamanda muxtar respublikanın rayon mərkəzlərində beynəlxalq səviyyəli tədbirləri keçirməyə imkan verir.

Bütün bunlar bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı muxtar respublikada uğurla icra olunur. Bu çərçivədə Naxçıvan şəhərinə daxil olan kənd və qəsəbələrdə də kompleks infrastruktur quruculuğu tədbirləri həyata keçirilir. Aparılan quruculuq işləri sırasında içməli su və kanalizasiya şəbəkələrinin qurulması mühüm yer tutur. Bu il noyabrın ­ 1-də­ Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Bulqanda kənd və xidmət mərkəzlərinin açılışı olub.

Ardını oxu...

Azərbaycan dünyanın o ölkələrindəndir ki, burada ilkin dövlətçilik ənənələri çox qədimlərə – eramızdan əvvəl üçüncü minilliyə qədər gedib çıxır. O zamandan ötən 5 min il ərzində ölkəmiz, ölkəmizin yerləşdiyi coğrafiya dünya siyasətinin əsas nöqtələrindən olmuşdur. Buna görə bütün tarixboyu öz dövlətçiliyini qurmaq və qorumaq uğrunda gərgin mübarizə aparmış xalqımızı tarixin müxtəlif taleyüklü məqamlarında ağır sınaqlardan çıxarmaq vəzifəsi qüdrətli sərkərdələrin, böyük dövlət xadimlərinin üzərinə düşmüşdür.
Bu baxımdan XX əsr xüsusi bir mərhələ təşkil edir. Müsəlman Şərqində ilk demokratik cümhuriyyət məhz bu yüzillikdə, 1918-1920-ci illərdə Azərbaycanda qurulmuşdur. Lakin bu cümhuriyyətin ömrü uzun olmadı. Fikrimizcə, həmin dövrdə xalq kütlələrinin qüvvəsini müstəqil dövlətçiliyin qurulmasına və qorunmasına səfərbər edərək, onu öz arxasınca apara bilən ümummilli liderin olmaması Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəblərindən idi.
Müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulması, onun qurulması və inkişafını təmin etmək missiyası isə böyük Heydər Əliyevin taleyinə yazılmışdı. Əsrlər boyu əldə edilə bilməyən siyasi nailiyyətlər məhz ulu öndərin Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Nəticədə, 1970-80-ci illərin sosial-iqtisadi və milli-mənəvi dirçəliş mərhələsindən sonra 1990-cı illərdə Azərbaycan müstəqil demokratik, hüquqi dövlət kimi beynəlxalq qurumlar, dünya dövlətləri tərəfindən tanınmış, demokratiya yolunda inamla irəliləmişdir.

Ardını oxu...

Heydər Əliyev Muzeyində bu mövzuda elmi-praktik konfrans olub

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Əbədiyaşar lider” mövzusunda elmi-praktik ­konfrans keçirilib. Konfransda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri iştirak ediblər.
Elmi-praktik konfransda Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin, Naxçıvan Dövlət Universitetinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun, Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti Abdulla Mustafayevin məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, ümummilli liderimiz elə bir fenomen şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə Onun böyüklüyünü daha dərindən dərk edirik. Xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlayıb və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr edib. Görkəmli dövlət xadimi Azərbaycanın müqəddəratının həll olunduğu bütün təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, onu zamanın ağır məngənəsindən xilas edib.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olub. Həmin dövrdə xalqımızın böyük oğlunun rəhbərliyi ilə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilib, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlib, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılıb, gələcək müstəqilliyin bünövrəsi qoyulub.

Ardını oxu...

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin III konfransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədr müavini Yulət Vəliyev gündəlik­də duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin yeni Nizamnaməsi qəbul ediləcək, komitənin hesabatı dinləniləcək, daha sonra komitənin yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi yekdilliklə qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, komitə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ötən dövrdə komitə iş otaqları ilə təmin edilmiş, əməkdaşlara hərtərəfli iş şəraiti yaradılmış, onların əməkhaqları artırılmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin əsas fəaliyyəti muxtar respublika ərazisində əhalinin aztəminatlı təbəqəsinə, həmçinin müharibə və təbii fəlakətlər zamanı zərərçəkmiş insanlara tibbi-sosial, humanitar və digər xidmətlərin göstərilməsindən ibarətdir. Hazırda muxtar respublikada Qızıl Aypara Komitəsinin şəhər və rayon bölmələri üzrə 36 mindən çox üzvü var. Cəmiyyətin sosial həyatında mühüm rol oynamış, xeyriyyəçilik ənənələrinə malik Qızıl Aypara Komitəsi 2012-2016-cı illərdə öz fəaliyyətini komitənin Nizamnaməsinə və iş planına əsasən qurmuşdur. Hər ilin yanvar ayı ərzində İdarə Heyətinin iclasları keçirilmiş, işdə olan nöqsanlar müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yaşar Vəliyev komitəyə göstərilən dövlət qayğısına görə əməkdaşlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

Bu mövzuda Naxçıvan  Dövlət  Universitetində  Heydər Əliyev universitetinin 209-cu məşğələsi keçirilib.  

Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyinin ­görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1969-1982-­­­ci­­ illərdə Azərbaycana ­rəhbərliyinin ilk dövründə gördüyü işlər xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edib. Məhz ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində o illərdə Azərbaycanda fəal quruculuq işlərinə başlanılıb, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilib, çoxsaylı sənaye müəssisələri yaradılıb, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri üçün yeni binalar inşa edilib, yeni yaşayış massivləri, yollar salınıb.

Ardını oxu...

“Nəqliyyatda təhlükəsizlik və qış mövsümündə sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Ramin Qəhrəmanov çıxış edib.
Bildirilib ki, 2016-cı il avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Nəqliyyat Nazirliyinə də tapşırıqlar verilib, qış aylarında marşruta buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkətinin və texniki sazlığının diqqətdə saxlanılması nazirlik qarşısında bir vəzifə kimi qoyulub.
Qeyd olunub ki, muxtar respublika avtovağzallarının payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılıb, avtovağzallarda istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha təkmilləşdirilib. Muxtar respublikada avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması məqsədilə yeni nəsil texnologiyalardan istifadə edilməsinə başlanılıb. Naxtel-4G GPS izləmə sistemi hazırda Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin şəhərdaxili və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobuslarının 20-də quraşdırılıb. Bu da o deməkdir ki, nazirliyin müvafiq şöbələri tərəfindən nəqliyyat vasitələrinin qrafikə uyğun işləmələrinə nəzarət ediləcəkdir. GPS-lərin digər avtobuslara quraşdırılması işi davam etdirilir. Yaxın gələcəkdə GPS sistemi sərnişindaşımada geniş yer tutacaq, bütün avtobuslar bu sistemlə təchiz olunacaqlar.

Ardını oxu...

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin olunmasıdır.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.

Ardını oxu...

Azərbaycanın müasir tarixi ulu öndər Heydər Əliyevin adı, onun xilaskarlıq və quruculuq missiyası ilə sıx bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən, yeni, demokratik və qüdrətli Azərbaycan dövlətini yaratmaq üçün böyük quruculuq missiyasını həyata keçirən, indiki və gələcək nəsillərə yadigar olaraq Azərbaycanın gələcək inkişafının strateji konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin dühası və siyasi irsi dövlətimizin müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr vermişdir.

Məlum olduğu kimi, XX əsrin sonlarında Azərbaycan Respublikası müstəqil dövlət olaraq demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdiyini bəyan etsə də, mürəkkəb ictimai-siyasi vəziyyətdə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bilmiş, ölkənin tarixi ənənələri ilə müasirliyin uğurlu vəhdəti əsasında demokratik dəyərlərə söykənən yeni inkişaf strategiyasının əsası qoyulmuşdur.
Dahi rəhbərin hakimiyyətə qayıdışından sonra 1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, hüquqi islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılmasına yol açmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanın memarı olmaqla gerçəkləşdirmişdir. 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”, – deyən ümummilli lider bununla Konstitusiyanın başlıca hədəflərini müəyyən etmişdir.

Ardını oxu...

Son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyari xidmət insanlara daha bir qayğının ifadəsidir. Səyyari xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlər­də vətəndaşlara təqdim olunmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, 2015-ci il ərzində səyyari xidmətə 6320 müraciət olub. Onlardan 5123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Cari ildə də səyyari xidmət fəaliyyətini davam etdirir. Noyabr ayında Şərur rayonunun Xanlıqlar, Tumaslı, Yengicə, Püsyan, Çomaxtur, Qorçulu, Ordubad rayonunun Yuxarı Əndəmic, Düylün, Vənənd, Baş Dizə, Aza, Culfa rayonunun Yaycı, Əbrəqunus, Kırna, Milax, Göydərə, Babək rayonunun Nehrəm, Qahab, Sirab, Kültəpə, Yarımca kəndlərində və Sədərək rayonunun Heydərabad qəsəbəsində xidmət tərəfindən 420 şəxsiyyət vəsiqəsi, 118 sürücülük vəsiqəsi, 1 məhkumluq haqqında arayış verilib.
Bu gün Babək rayonunun Məzrə kəndində əhaliyə səyyari xidmət göstərilir.

 Muxtar Məmmədov

Hər dəfə bu günü ilə yaxın keçmişini müqayisə edəndə Sədərəyin dosta sevinc, düşmənə isə gözdağına çevrildiyinə bir daha əmin olursan.
Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən biri kimi özünəməxsus inzibati statuslara malik olmuşdur. Bu ərazi XIII-XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuşdur. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.
Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü, Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Müstəqil Azərbaycanın qurucusu” mövzusunda açıq dərs keçilib.
Məktəbin tarix müəllimi Könül Ramazanova bildirib ki, ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsində yer alması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulmuşdur. Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə rabitənin inkişafı müasir dünya təcrübəsi nəzərə alınmaqla davam etdirilmiş, bu sahə üzrə islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmış, təcrübəli mütəxəssislər yetişdirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də rabitə və yeni texnologiyaların inkişafını diqqətdə saxlayır. Qəbul olunan dövlət proqramları və həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan ümumdünya elektron məkanına sürətlə inteqrasiya edir.

Naxçıvan Muxtar Respublikasında da rabitə və yeni texnologiyaların inkişafı daim diqqət mərkəzində saxlanılır, iqtisadiyyatın bütün sahələrində yeni texnologiyalar tətbiq olunur. Yeni optik kabel magistrallarının tikintisi iritutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. 2013- 2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1500 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, “Evədək optika” layihəsinin icrasına başlanmışdır.

Ardını oxu...

Hər zaman, tarixin bütün dövrlərində xalqlar üçün ən müqəddəs dəyərlərdən biri də azadlıq, hürriyyət, müstəqillik olub. Azərbaycan xalqı da öz azadlığı, müstəqilliyi uğrunda əsrlərlə mübarizə aparıb. Bu yolda çox qanlar axıdılıb, şəhidlər verilib. Lakin itkilər, məhrumiyyətlər xalqımızın azad yaşamaq istəyini boğa bilməyib. Tarixin özü qədər yaşı olan böyük və ulu millətimiz sübut edib ki, o, gec-tez müstəqil olacaq, azad yaşamaq haqqını heç kəsə güzəştə getməyəcək.
Elə ötən əsrin əvvəllərində də xalqımız bir daha bütün dünyaya öz azad, müstəqil yaşamaq arzusunu nümayiş etdirdi. Şərqdə ilk demokratik respublika quruldu. Bununla xalqımız dünyaya bir daha göstərdi ki, bütün tərəqqi etmiş xalqlar sırasında onun da yeri, bu xalqın azadlıq uğrunda canından keçməyə hazır olan minlərlə oğlu, qızı var.
Yeni qurulan cümhuriyyət uzun müddət yaşaya bilmədi, imperialist qüvvələr tərəfindən süquta uğradıldı. Azadlıq məfkurəsindən doğulan üçrəngli bayrağımızın yerini yad ideyaların, yad düşüncələrin məhsulu olan oraqlı-çəkicli bayraq aldı. Ancaq bu xalqın ürəyində bayrağımızın bir daha göylərə ucalacağı ilə bağlı közərən ümid qığılcımları sönmədi, əksinə, alovlandı. Nə az, nə çox, 70 il sonra axıdılan saysız-hesabsız qanlar hesabına qurulan imperiyanı dağılmağa məhkum edən də Sovetlər Birliyi adlandırılan xalqlar həbsxanasından ucalan alovlar oldu.

Ardını oxu...

Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Sədərək rayon təşkilatı tərəfindən ­Heydərabad qəsəbə tam orta məktəbində veteranlarla gənclərin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev bildirib ki, muxtar respublikamızda gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların tam bir vətənpərvər şəxsiyyət kimi formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Sədərək rayon təşkilatının sədri Teymur Quliyev, müharibə veteranlarından Cəlil Əliyev və Əsgər Bağırov qanlı-qadalı illərin yaddaşlarında yaşayan anları haqda danışaraq ordumuzun qüdrətlənməsi naminə görülən işlərin hər bir müharibə veteranı tərəfindən minnətdarlıqla qarşılandığını bildiriblər. Qeyd edilib ki, yüz illər boyu özlərinin çirkin əməllərini gah gizlin, gah da açıq şəkildə həyata keçirən erməni daşnaklarının 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların yaratdığı məlum hadisələr sərhəd kəndləri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı, o ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu. “Torpaq – uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Ulu öndərimiz Heydər Əliyevin möhtəşəm ömür yolu və çoxşaxəli, misilsiz fəaliyyəti Vətənə və xalqa fədakar xidmətin ideal nümunəsi olduğu kimi, nəzəri irsi də neçə-neçə nəsillərin yolunu işıqlandırmağa, yüz illər boyu dəyərini, məna və əhəmiyyətini saxlamağa qadir olan mükəmməl təlimdir. Başqa sözlə desək, dahi rəhbərin zəngin, dolğun nəzəri irsi ilə qlobal fəaliyyəti bir-birini üzvi şəkildə tamamlayır.
Ümummilli liderimizin fəaliyyətində və təlimində multikultural dəyərlərə münasibət, müxtəlif xalqların mədəniyyətinə, dini etiqadına ehtiramla yanaşmaq, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqələrinə obyektiv baxış da özünəməxsus yer tutur. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür”, – deyən dahi rəhbər həm də məxsusi vurğulayırdı ki, ölkədə müxtəlif xalqların dinc birgəyaşayışı, hərtərəfli inkişafı, o cümlədən mədəni yüksəlişi, bütövlükdə, respublikanın tərəqqisi deməkdir. Ayrı-ayrı xalqların bir ölkədə rahat, azad yaşayıb öz mədəniyyətlərini sərbəst şəkildə inkişaf etdirməsi mahiyyət etibarilə həm də ölkənin uğurudur, eyni zamanda bəşər sivilizasiyasını da zənginləşdirir. Ulu öndər bunları nəzərdə tutaraq deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilib.
Dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.
Məlumat verilib ki, Naxçıvan Dövlət Rəsm Qalereyası 1982-ci ildə Naxçıvan şəhərində açılıb. Burada Azərbaycanın görkəmli təsviri sənət ustalarının əsərləri mühafizə olunur, təbliğ və nümayiş etdirilir. Ekspozisiyada Bəhruz Kəngərlinin, Xalq rəssamları Mikayıl Abdullayev, Tahir Salahov, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Elmira Şahtax­tinskaya, yerli rəssamlardan Hüseynqulu Əliyev, Şəmil Mustafayev və başqalarının boyakarlıq, qrafika, tematik tablo, portret və sair janrlarda yaratdıqları əsərlər əsas yer tutur. Son illərdə muxtar respublikada keçirilən beynəlxalq rəsm sərgilərində iştirak edən xarici ölkə rəssamlarının əsərləri də qalereyada özünə yer alıb. Qalereyaya gələnlərə buradakı rəsm əsərlərinin müəlliflərinin yaradıcılıqları barədə ətraflı məlumat verilir.

Ardını oxu...

Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvan qədim zamanlardan yerləşdiyi strateji mövqeyi, füsunkar təbiəti, tarixi və mədəni zənginliyi ilə diqqət mərkəzində olub. Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan bu diyar əsrlərboyu təkcə elm və mədəniyyətin inkişafındakı roluna görə deyil, həm də ənənələrinə, dəyərlərinə sadiqliyi ilə tanınıb. 

Tarixin qədim dövrlərindən burada yaşayan sakinlərin öz dəyərlərinə, ənənələrinə sadiqliyindən və onlar uğrunda sonadək mübarizə aparmaq xüsusiyyətindən irəli gəlir ki, Naxçıvan diyarı həm də dünyanın ən böyük və sonuncu dini sayılan İslamın çox dərin kök saldığı, ümumilikdə, İslam ideyalarının geniş yayıldığı ərazi olub. Məhz buna görədir ki, tarixi mənbələrdə İslam Peyğəmbərinin əmisi oğlu və kürəkəni Həzrəti Əlinin tərəfdarlarının sıx məskunlaşdığı məkanlardan biri kimi Naxçıvanın da adı çəkilir. Ümumiyyətlə götürsək, Şərqdə müqəddəs məkanlar çoxdur. Hətta uzun müddət Qərb aləmində belə bir deyim mövcud idi ki, Şərqdə iki cür ölkələr var: neft ölkələri və müqəddəs ölkələr. Uca Yaradanın bir lütfüdür ki, ölkəmiz təbii sərvətləri ilə yanaşı, həm də müqəddəs məkanları ilə tanınır. Naxçıvan ərazisi isə digər bölgələrdən bu cür müqəddəs məkanlarının daha çox olması ilə seçilir. Digər tərəfdən isə Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, təkallahlılıq dünyada ilk dəfə bu torpaqda yayılıb.

Ardını oxu...

 Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb. 2016-cı ilin ötən dövrü ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında dəmir yollarının rəhbər heyəti və ekspertlərinin iştirakı ilə Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması, onunla əlaqədar tariflər­ razılaşdırılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumatda bildirilir ki, adıçəkilən dəmir yolu marşrutu üzrə beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən 3 ədəd müasirtipli sərnişin vaqonu gətirilib. Hər biri kupetipli vaqon 36 yerlikdir. Vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib, marşrut üzrə xidmət göstərəcək bələdçilərə Bakı şəhərində kurs keçirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı 3 vaqondan ibarətdir və qatar Culfa stansiyasında (İran) qəbul edildikdən sonra vaqonların təkər cütləri dəyişdirilərək İran İslam Respublikasının Təbriz şəhərinə qədər hərəkət edəcək, sonra isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra isə ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcəkdir. Culfadan isə Azərbaycana məxsus lokomotivlə Naxçıvan şəhərinə çatdırılacaq.

Ardını oxu...

Tarixçi alimlərə görə, Naxçıvanda şəhər mədəniyyətinin yaşı 5000 ildən artıqdır. Aparılmış tədqiqatlar, arxeoloji qazıntılar, mənbələrin verdiyi məlumatlar, aşkarlanmış maddi-mədəniyyət nümunələri bunu deməyə imkan verir. Budəfəki yazımızda biz şəhər mədəniyyətindən danışacağıq. Lakin bu heç də tarixi əsərlərdə qəbul edilən şəhər mədəniyyəti anlayışı deyil. Sözün müasir anlamında, bir şəhərin fərqləndirici xüsusiyyətinə çevrilən şəhər mədəniyyətindən söhbət açacağıq. 

Naxçıvan bu gün təkcə Azərbaycanda deyil, ümumilikdə, Cənubi Qafqazda turistlər və gələn qonaqlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib. Naxçıvanda son 20 il ərzində təkcə infrastruktur quruculuğu tədbirləri aparılmayıb, həm də turistlərə və gələn qonaqlara qarşı ideal münasibət formalaşdırılıb. Naxçıvanda müxtəlif zamanlarda görüşdüyümüz xarici qonaqlar, media təmsilçiləri, diplomatlar, xarici ölkələri, o cümlədən ölkənin digər regionlarını təmsil edən alimlər, ziyalılar, mədəniyyət xadimləri ilə söhbətlərdə eşitdiklərimizi ümumiləşdirərək müasir Naxçıvanın şəhər mədəniyyətini fərqləndirən altı xüsusiyyəti müəyyənləşdirmək mümkündür.

Ardını oxu...

Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, soyuq qış mövsümündə də hava şəraitindən asılı olmayaraq, avtomobil yollarında hərəkətin intensivliyinin təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması üçün kompleks tədbirlər həyata keçirilib. Muxtar respublika ərazisində fəaliyyət göstərən bütün taksilər mövsümə hazır olmaları üçün texniki müayinədən keçirilib, texniki müayinə zamanı ortaya çıxan nasazlıqlar aradan qaldırılıb.
Naxçıvan şəhərindən rayon mərkəzlərinə və ayrı-ayrı yaşayış məntəqələrinə işləyən avtobus və mikroavtobuslar, habelə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin balansında olan müxtəlif markalı avtobuslar texniki müayinə olunub, qışa tam hazır vəziyyətə gətirilib.
Qış mövsümünü uğurla başa çatdırmaq üçün nazirliyin daimi komissiyalarının fəaliyyəti daha da artırılıb, “Payız-qış mövsümünə hazırlıq komissiyası” və “Texniki müayinə komissiyası”nın işləri əlaqələndirilib, bütün sahələrdə nəzarət gücləndirilib.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrindən biri də Batabat Astrofizika Rəsədxanasıdır. Son illərdə rəsədxananın maddi-texniki bazasının yenilənməsi, lazımi iş şəraitinin yaradılması burada müxtəlif elmi tədqiqatların həyata keçirilməsinə imkan verib.
Rəsədxananın direktoru Qulu Həziyevdən aldığımız məlumata görə, indiyədək Batabat Astrofizika Rəsədxanasında, əsasən, Günəş sisteminin kiçik cisimləri – kometalar və asteroidlər öyrənilirdisə, artıq burada parlaq ulduzların da tədqiq olunması nəzərdə tutulub. Çünki rəsədxanada ulduzların da müşahidəsi və tədqiqi üçün lazım olan avadanlıqlar quraşdırılıb. Elmi-tədqiqat müəssisəsində Günəşin də müşahidə və tədqiq olunması nəzərdə tutulub.
Qeyd edək ki, Batabat Astrofizika Rəsədxanasında Almaniya istehsalı olan “SEYYS-600” tipli teleskop quraşdırılıb. Bu rəsədxana Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasından sonra yaradılmış ikinci rəsədxanadır. Elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyəti səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsini əhatə edir.

Xəbərlər şöbəsi

Bu gün ən çox eşitdiyimiz terminlərdən biri informasiya əsri terminidir. Bəs informasiya əsri nədir? Bu əsr nə zaman başladı və bu əsri niyə məhz informasiya əsri adlandırırlar? Məlumdur ki, bəşər tarixi müxtəlif mərhələlərdən keçib və hər bir mərhələ insan üçün zəruri olan bir nəsnənin adı ilə adlandırılmışdır. O zaman ki cəmiyyətə lazım olan hər şeyi, ya da çox şeyi daş həll edib, o zamana Daş dövrü deyiblər. Çünki o zaman insanlar qidasını əldə etmək üçün daşdan müxtəlif formalarda istifadə etmişlər. Hətta savaşlar da daş vasitəsilə aparılmışdır. Sonrakı mərhələlərdə Mis dövrü, Tunc dövrü, Dəmir dövrü, Kapital dövrü və sair dövrlər bir-birini əvəzləmişdir. Tarixin bizə yaxın bir dönəmi atom əsri adlandırılmışdır. O dövrdə dünyanın taleyini, varlığı və yoxluğunu, Yer üzündə hansı dövlətin güclü olub-olmamasını atom tədqiqatları və atom silahları müəyyən etmişdir. XX əsrin sonlarından etibarən isə “atom əsri” anlayışını “informasiya əsri” anlayışı əvəzləmişdir. Bu heç də indi atom üzrə aparılan tədqiqatların ötən əsrdəkindən daha zəif olması anlamına gəlmir, bəlkə də, əksinə. Lakin əsrin adının dəyişməsi onunla bağlıdır ki, bu gün informasiya atomdan daha güclü bir silah hesab edilməkdədir. İndi güclü olan daha çox silaha sahib olan yox, daha çox informasiyaya, sözə sahib olan və informasiyanı, sözü idarə edən hesab olunur. Bəlkə elə buna görə də müqəddəs kitabımız olan “Qurani-Kərim”də “sizə nazil edilən ən gözəl (Sözə) tabe olun!” deyilmişdir.

Ardını oxu...

Ana təbiətin əsas qoruyucu vasitələrindən biri yaşıllıqların mühafizəsi və artırılmasıdır. Yaşıllıqlar ekoloji mühitin tarazlığının saxlanılması ilə yanaşı, həm də sağlamlıq mənbəyi rolunu oynayır. Müdriklərimizin “Harada yaşıllıq varsa, orada həyat var” fikri də təbiətə qayğı göstərməyin vacib olduğunu təsdiqləyir. 

Müasir dövrdə yaşıllıqların artırılması yönündə atılan hər bir addım bizə sağlam mühitdə yaşamağa və təbiətin saysız-hesabsız nemətlərindən hərtərəfli istifadə etməyə şərait yaradır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, 2016-cı ilin payız mövsümündən indiyədək 274,7 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 97 min 308 ədəd meyvə, 64 min 800 ədəd meşə ağacı, 3100 ədəd həmişəyaşıl ting, 17 min 200 üzüm kolu, 37 min 542 ədəd gül və bəzək kolları əkilib. Ümumilikdə, 90,4 hektar sahədə yeni meyvə bağları salınıb, 184,3 hektar sahədə isə əkin-bərpa işləri aparılıb.
Məlumatda qeyd olunur ki, yaşıllaşdırma işləri hava şəraitinə uyğun olaraq davam etdiriləcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasının Na­zir­lər Kabinetində 2016-cı ilin noyabr ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2017-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli qərarları qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikasında gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda və “Məktəbə hazır­lığın təşkili Qaydaları”nda dəyişikliklər edilmişdir.

Ardını oxu...

Ölkəmizin ən yeni tarixində Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı yazılmış səhifələr parlaq yer tutur. Bu, elə bir dövrdür ki, Naxçıvan müasirləşib, abadlaşdırılan kəndlər, şəhərlər rifaha qovuşub. Bütün bunları – bu günlə keçmişin mənzərəsini ortaya qoyub müqayisə apardıqda keçilən yolun, yaranmış fərqin canlı şahidi oluruq. Təkcə Babək rayonunun deyil, muxtar respublikamızın və ölkəmizin ən böyük kənd yaşayış məntəqələrindən biri olan Nehrəmin dünəni və bu günü də beləcə, bir-birindən çox fərqlidir.

Nehrəm kəndi özünün maraqlı tarixi və müasir inkişafı, insanlarının məşğuliyyəti, onların vətənpərvərliyi, təəssübkeşliyi, torpağa bağlılığı ilə həmişə diqqəti cəlb edib. Kəndin adı çoxlarına yaxşı tanış olan bir toponim kimi, ümumiyyətlə, Naxçıvanın qədim tarixi ilə də həm­ahəngdir. Tədqiqatçıların Naxçıvan, Nuhçıxan, Nehrəm, Nəhəcir kimi adların bəşəriyyətin ikinci atası hesab edilən Nuh Peyğəmbərin adı ilə bağlı olduğunu göstərməsi, eləcə də bu yaşayış məntəqələrinin yaşının tarixin ən qədim qatlarınadək gedib çıxması bu fikirləri daha da qüvvətləndirir. Nehrəmlilərin XX əsrin əvvəllərində və 1990-cı illərdə cərəyan etmiş hadisələrdə fəal iştirakı, onların ölkəmizin torpaq bütövlüyü və Naxçıvanın müdafiəsindəki qəhrəmanlığı bu gün də yaddaşlarda yaşayır. 1990-cı illərin əvvəllərində, ulu öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə məhz Nehrəm kəndindən Azərbaycan Ali Sovetinə deputatlığa namizəd irəli sürülməsi və dahi şəxsiyyətin Nehrəmə həmişə qayğı göstərməsi xüsusilə qeyd olunmalıdır. Beləcə, ötən müddət ərzində Nehrəm kəndi bütün Naxçıvanla birgə böyük bir inkişaf yolu keçərək bu gün görənləri heyrətə salan müasir şəhər görkəmli iri yaşayış məntəqəsinə çevrilib.

Ardını oxu...

Azərbaycan qədim zamanlardan bəri multikultural dəyərlərin forma­laşdığı bir ölkə olub və bu sahədə zəngin ənənələrə malikdir. Hazırda dünyanın bir sıra regionlarında münaqişələr, müharibələr davam edir. Bu da multikulturalizmin təbliğində və təşviqində Azərbaycan təcrübəsini ön plana çıxarır.

Bu fikirlər “Naxçıvan” Universitetinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Multikulturalizmin əsas məkanlarından biri kimi Azərbaycan” adlı elmi-praktik konfransda səsləndirilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu ideyanın əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Prezident cənab İlham Əliyev bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılması istiqamətində böyük səylər göstərir. Dövlət başçısı qeyd edib ki, dünyada multikulturalizmin alternativi yoxdur. Azərbaycanda ən müxtəlif xalqların və millətlərin nümayəndələri həmrəylik, birlik şəraitində yaşayır. Bu, əsrlərdən bəri inkişaf edərək bu günümüzə gələn ənənədir. Ona görə də 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfi deyil və bunun tarixi kökləri vardır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Gənclərin dövlətin ictimai-siyasi və mədəni həyatında rolu” mövzusunda  tədbir keçirilib. 

Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov çıxış edərək Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan gəncliyinin aparıcı, avanqard qüvvə kimi formalaşdırılması dövlət strategiyasının əsas prioritet istiqamətlərindəndir. Rektor universitetdə təhsil alan gənclərin elm, təhsil, mədəniyyət, idman sahəsində bir sıra əhəmiyyətli uğurlar qazanmasından, onların fiziki və mənəvi tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, intellektual inkişafı üçün görülən işlərdən danışıb.
Tədbirdə Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə elmlər doktoru Qərib Allahverdiyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, universitetin Tələbə İnformasiya Mərkəzinin əməkdaşı Uğur Məmmədov, Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan müasir Azərbaycan gəncliyinin müstəqil dövlət quruculuğunda, cəmiyyətdəki ictimai proseslərdə, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində müstəsna rolundan danışıblar. Muxtar respublikada dövlət idarəetmə strukturlarında, ictimai işlərdə potensial qüvvə kimi gənclərin hər zaman irəli çəkilməsi onlara göstərilən yüksək etimad kimi dəyərləndirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin, tələbələrin, idmançıların muzeylərə kollektiv gedişi davam etdirilir.
Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
Məlumat verilib ki, görkəmli şair-dramaturq Hüseyn Cavidin ev-muzeyi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə vaxtilə onun yaşadığı evdə yaradılıb. Muzeyin fondunda 9 mindən yuxarı eksponat qorunub saxlanılır ki, hazır­da bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradır.

Ardını oxu...

Muxtar respublika müstəqillik illərində böyük inkişaf yolu keçib

Bu il müstəqilliyinin 25 illiyini qürurla qeyd edən Azərbaycan Respublikası qısa zaman ərzində böyük uğurlara imza atıb. Bu inkişaf və tərəqqi Azərbaycanın bütün bölgələrində, o cümlədən qədim Naxçıvan torpağında da aydın şəkildə müşahidə olunur. Müstəqil ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də 25 ildir ki, blokada vəziyyətində yaşayan muxtar respublikanın hərtərəfli inkişafına nail olunmasıdır. Bu gün Naxçıvan Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə istər sosial-siyasi, istərsə də iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf edir, çiçəklənir. Şərqin qapısı adlandırılan qədim diyar beynəlxalq tədbirlərin keçirildiyi önəmli mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Tarixin bir çox dövrlərində Azərbaycanın coğrafi cəhətdən mərkəzində yerləşən Naxçıvan XX əsrin 90-cı illərinin əvvəlində sanki taleyin ümidinə buraxılmış bir adanı xatırladırdı. Məkrli düşmənlərin Zəngəzuru ələ keçirməsindən sonra Naxçıvan ərazi cəhətdən Azərbaycandan ayrı düşmüşdü. Lakin Naxçıvanın igid və qəhrəman övladları dahilər yurdunu heç vaxt Azərbaycandan ayrı təsəvvür etməyiblər. Buna görə də XX əsrin əvvəllərində olduğu kimi, 80-ci illərdə də Naxçıvana yiyələnmək istəyən erməni daşnaklarının arzuları gözlərində qaldı. Həmin dövrdə Naxçıvana gələn kommunikasiya xətlərinin sıradan çıxarılmasına, ana torpaqla bütün əlaqələrin kəsilərək blokada vəziyyətinə salınmasına baxmayaraq, qədim diyar düşmənə təslim olmadı.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm ixtisası üzrə təhsil alan tələbələri və muxtar respublikanın fəal gəncləri iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov, Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova çıxış ediblər.

Ardını oxu...

Vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilib.
Vakant vəzifələrin tutulması üçün bu il oktyabr ayının 3-də elan edilmiş müsabiqəyə 31 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 108 namizəd sənəd təqdim edib. Bu barədə məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən daxil olub.
Məlumatda bildirilib ki, komissiyanın test mərkəzində noyabrın 24-25-də keçirilən və 99 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə ixtisas üzrə 95, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla, 100 sual təqdim olunub. İmtahanda iştirak edənlərdən 13 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahanda şəffaflığın tam təmin edilməsi məqsədilə videoçəkiliş aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib.
Test imtahanının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində “Arıçılıq məhsullarının istehsalı metodları və arıçılıqda qış qayğıları” mövzusunda seminar keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq heyvandarlığın ən perspektivli sahəsi kimi arıçılığın inkişaf etdirilməsi ilə bağlı mühüm qanun və sərəncamların imzalanması, universitetdə arıçılıqla bağlı beynəlxalq konfransların, elmi nəşrlərin həyata keçirilməsi, müvafiq ixtisasın tədrisi ilə bağlı laborator şəraitin yaradılması, muxtar respublikada damazlıq və ana arı yetişdirilməsi, zoobaytar tədbirlərin gücləndirilməsi ilə bağlı məlumat verib.
Universitetin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov “Müasir metodlarla çiçək tozcuğu istehsalı texnologiyaları” adlı məruzəsində çiçək tozcuğunun tərkibi, əhəmiyyəti, istifadə sahələri barədə məlumat verərək bildirib ki, çiçək tozcuğu (polen) kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə məqsədilə dərmanlama aparılmamış ərazidə yerləşdirilməli, sağlam arıların bəsləndiyi, gigiyenik və sanitariya cəhətdən yararlı arıxanalardan toplanmalı, kölgəli, açıq havada nəmliyi 2,5-7 faiz olanadək qurudulmalıdır. Qurudulmuş tozcuq yad maddələrdən təmizlənərək hava keçirməyən şüşə qablarda 1-20 C-də saxlanılmalıdır.

Ardını oxu...

Su təbiətdə ən faydalı və əvəzolunmaz nemətdir. Onsuz həyatın davamı, sadəcə, mümkün deyil. Bütün yeraltı və yerüstü sərvətlərdən əhəmiyyətli olan su, digər təbii ehtiyatlardan ona görə ucuzdur ki, təbiətdə geniş yayılıb. Elə bu səbəbdəndir ki, Yer kürəsinin dörddə üçünü su ehtiyatları təşkil edir. Ancaq bu ehtiyatlar təbiətdə müxtəlif formalarda mövcuddur. Okeanlar, dənizlər, göllər və çayların bir-birindən fərqi, əsasən, onların su tutumuna görədir. Adıçəkilən su mənbələrindən yalnız çaylardır ki, onlar böyük su ehtiyatlarının əsas təminatçıları hesab edilir. Çaylar əkin sahələrinin suvarılmasında, gəmiçiliyin, balıqçılığın inkişafında, elektrik enerjisi istehsalında əhəmiyyətli rol oynayırlar. Əgər çaylar olmasaydı, onda böyük su mənbələrinin mövcudluğu da sual altında olar, kənd təsərrüfatı iflic vəziyyətinə düşər, beləliklə, təbiətin nizamı pozulardı. Buna görə də çaylar təbiətdə müstəsna əhəmiyyətə malik hidroloji obyektlərdir. 

Məlumat üçün bildirək ki, muxtar respublika ərazisində, təqribən, 400 böyük və kiçik çay var. Onlardan 334-nün uzunluğu 5 kilometrədək, 31-i 6-10 kilometr, 24-ü 11-25 kilometr, 7-si 26-50 kilometr, 3-ü 51-100 kilometrdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvanın dini turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Nurlan Tağıyev açaraq bildirib ki, Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. Bu sırada Əshabi-Kəhf ziyarətgahı xüsusi yerə malikdir. Daş mağarada haqqın ədalətinə sığınıb ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, elə yaşadığı şəhərin lap yaxınlığındakı təbiət möcüzəsində axtaranlar üçün qədim Naxçıvanın müqəddəs məkanları, onun Əshabi-Kəhf ziyarətgahı hamının axtardığı bir yerdir.

Ardını oxu...

Hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Bəs bu gün milli mədəniyyətimizin mühüm dəyərlərini özündə yaşadan muxtar respublikamızda dini dəyərlərimiz necə təbliğ olunur? Bu və ya digər suallarla Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayevə müraciət etdik:

– Vüqar müəllim, İslam dini milli və mənəvi dəyərlərimizin inkişafında necə rol oynayır?

– Bildiyiniz kimi, İslam dini humanist bir dindir və tarixən yayılmış bütün ərazilərdə aid olduğu xalqın milli və mənəvi dəyərlərinə hörmətlə yanaşıbdır. İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edir. Məsələ burasındadır ki, bizim milli dəyərlərimizin təməlində dayanan əsas meyarlar dinimizdə də öz əksini tapıb. Bu dəyərlərin kökü İslamdan xeyli əvvələ gedib çıxır. Məsələn, Novruz bayramı. Bildiyiniz kimi, bu bayramı xalqımız min illərdir, qeyd edir. Novruzun kökündə nə dayanır? Bu bayramda təbiət canlanır, küsülülər barışır, kimsəsizlər yada salınır, hər kəs bişirdiyi nemətləri yaxınları ilə paylaşır, böyüklərin görüşünə gedilir və sair. Diqqət edin, bütün bu hərəkətlərə İslam da böyük yer verir. Bəzən mənə Novruzla bağlı belə bir sual verilir: Bu bayramda od yandırılması Zərdüştlüklə əlaqəlidirmi? Bu suala yenə də cavab verməyi özümə borc bilirəm ki, Zərdüştlükdə oda sitayiş məsələsi yoxdur. Yalnız odun insanların həyatında rolu nəzərə alınaraq ona dəyər verilib. O ki qaldı Zərdüştlüyə, bu haqda İslamda müəyyən bilgilər var. İslamdan öncə yer üzünə xeyli sayda elçilər, yəni peyğəmbərlər göndərilib və Zərdüşt Peyğəmbər də onlardan biridir. Burada əsas məqamlardan biri Xeyirlə Şərin mübarizəsi, sonda birincinin qalib olmasıdır.

Ardını oxu...

Tək əldən səs çıxmaz

Vaxt var idi, doğma Naxçıvanımızın keçmişi ilə, onun qədim tarixi ilə fəxr etdiyimiz kimi, şəhərimizin gələcəyinə böyük ümidlərlə baxırdıq.

Gəlin heç uzağa getməyək. Yaxın keçmişə, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə nəzər salaq və olub-keçənləri xatırlayaq.
Naxçıvan özünün inkişaf dövrünə qədəm qoymuş, quruculuq-abadlıq işləri geniş vüsət almış, sabahın üfüqlərinə inamla, böyük arzularla boylanırdı. O dövrdə mikro­rayonlar salındı, neçə-neçə fabrik və zavodlar istifadəyə verildi, neçə-neçə maarif, mədəniyyət ocaqları öz qapılarını xalqın üzünə açdı. Bir sözlə, tikinti, abadlıq, təmizlik işləri, necə deyərlər, qaynayıb coşurdu. “Naxçıvanı Azərbaycanın gözəl şəhərlərindən birinə çevirək” şüarı altında hər il iməciliklər keçirilir, küçə-bacalarda, xiyabanlarda, parklarda təmizlik işləri aparılır, yol kənarlarında tinglər əkilirdi. “Qızlar bulağı”, “Uşaq şəhərciyi”, “Mədəniyyət və istirahət parkı” və başqa istirahət yerləri hamının – uşaqların da, böyüklərin də ən sevimli və əyləncəli yerlərinə çevrilmişdi. “Uşaq şəhərciyi”ndəki qatar gəzintisi, “Venesiya” adlanan kanalda qayıqla gəzinti, müxtəlif karusellər körpələrin sevincinin üstünə sevinc gətirirdi. Elə ki axşam yaxınlaşırdı, bu yerlər adamla dolu olurdu. Təəssüflər ki, son illərin ağrılı-acılı hadisələri, daxili sabitliyin pozulması, nizam-intizamın aşağı düşməsi və sair bu kimi hallar iqtisadiyyata olduğu kimi, mənəviyyatımıza da, mədəniyyətimizə də böyük zərbələr vurdu.

Ardını oxu...

“Naxçıvan” Universitetində bu mövzuda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, müasir dünyada cərəyan edən iqtisadi məsələlərin öyrənilməsi, yeni iqtisadi şəraitdə iqtisadi fəallığın daha da artırılması bu sahə ilə məşğul olanların qarşısında duran əsas məsələlərdəndir. Rektor vurğulayıb ki, ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının əldə etdiyi iqtisadi inkişaf səviyyəsində istər sahibkarların, istərsə də iqtisadçı kadrların qarşısında mühüm vəzifələr dayanır.
“Aqrar sahədə yeniləşmə və iqtisadi inkişaf” mövzusunda çıxış edən universitetin İqtisadiyyat kafedrasının müdiri, dosent Dilsuz Qasımov bildirib ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə və muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi həmişə diqqətdə saxlanılır. O qeyd edib ki, hələ ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın sahib olduğu münbit torpaq, su və iqlim ehtiyatlarından səmərəli istifadə edilməklə qısa müddətdə ölkəmiz keçmiş ittifaq səviyyəsində ön sıralara çıxarılıb. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu və müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrdə aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində qısa müddətdə Azərbaycanda ərzaq problemi uğurla həll edilib. Müstəqilliyimizin ilk illərində Naxçıvanda aparılmış uğurlu aqrar islahatlar, ölkəmizdə aqrar sahənin inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlər, torpaq mülkiyyətçilərinin və fermerlərin problemlərinin həll edilməsi hesabına aqrar sahədə yeniləşmə və inkişafa nail olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm sektoru Azərbaycan Respublikasının mədəniyyət diplomatiyası və milli irsinin əsas komponentlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun başçılıq etdiyi muxtar dövlətin əsas prioritetlərindən biri Naxçıvan Muxtar Respublikasında turizm sənayesini inkişaf etdirməkdir. Qeyd etmək lazımdır ki, Naxçıvanın tarixi abidələri, füsunkar təbiəti, duz şaxtaları və Naxçıvan şəhəri ilə Ordubad rayonunu birləşdirən magistral yolun kənarındakı iri qayalıqlarda Holivud filmlərindəki səhnələri əks etdirən təbii fenomenlər əraziyə səfər etmək istəyən turistlər üçün mükəmməl bir məkandır. Bununla yanaşı, avropalı turistlər Naxçıvanda İslam incəsənəti və memarlığının parlaq nümunələrini görə bilərlər. Naxçıvan Qafqaz memarlıq məktəbinin beşiyi və bir çox məşhur memarların vətənidir. O memarların fəaliyyəti bir çox Avropa paytaxtlarının inkişafına təsir etmişdir.
Romadakı La Sapienza Universitetinin professoru Biancamaria Scarcia Amorettinin fikrincə, Naxçıvan mühüm memarlıq xəzinələri və bu günə qədər qorunub saxlanılan möhtəşəm abidələri ilə İslam incəsənəti və sivilizasiyası ilə maraqlanan alimlər və ziyarətçilər üçün mühüm regiondur.

Ardını oxu...

Bu yaşayış məntəqəsi muxtar respublikanın müasirliyə qovuşan kəndləri sırasına qoşulub

Bu il qədim Naxçıvan torpağının daha bir yaşayış məntəqəsi – Ordubad rayonunun Baş Dizə kəndi də müasirliyə qovuşub. Oktyabrın 28-də burada kənd tam orta məktəbinin, kənd və xidmət mərkəzlərinin yeni binaları istifadəyə verilib. Aparılan quruculuq tədbirləri bu kiçik yaşayış məntəqəsinin sakinlərinə böyük sevinc hissləri yaşadıb. Kənddən keçən Gilançay üzərindəki körpünün təmir edilməsi, istinad divarı tikilməsi, kəndin rabitə, elektrik və qaz xətlərinin yenilənməsi, 620 metr fiber-optik kabelin, 1135 metr müxtəlif tutumlu rabitə, 600 metr elektrik, 6 kilometr müxtəlif diametrli qaz xətlərinin təmir-bərpa edilməsi Baş Dizədə mövcud problemləri aradan qaldırıb.

Baş Dizədə kənd ağsaqqalı, uzun müddət ictimai təsərrüfatda briqadir işləmiş Sultan Əliyevlə burada aparılan quruculuq işləri barədə söhbət etdik. Sultan kişi dedi:
– Babək rayonunun Məzrə kəndində dostum var. Çoxdan idi ki, görüşmürdük. Bu yaxınlarda dostumu görmək üçün Məzrəyə getmişdim. Gördüklərimdən xeyli sevindim. Gözəl məktəb binası, kənd mərkəzi, təzə yol... Dostum yeniliklərə maraqla baxdığımı görüb dedi:
– Görürsən də bizim kəndimizi...

Ardını oxu...

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, noyabrın 17-18-də Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpozium keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpozium iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan və Samsun 19 May Universitetinin müəllimi İbrahim Tellioğlu keçirilən tədbirin əhəmiyyəti və Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüblər.

Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan: – Bildiyiniz kimi, keçirilən beynəlxalq elmi simpoziumun adı “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlanır. Naxçıvan Mərkəzi Araz adlandırdığımız coğrafi bölgənin mərkəzində yerləşir. Naxçıvan Böyük İpək Yolunun həm Anadoluya, həm də Asiyaya keçid nöqtəsidir. Bu baxımdan Naxçıvan əhəmiyyətli tarixi bir bölgədir və belə bir beynəlxalq tədbirin burada keçirilməsi daha məqsədəuyğundur. Simpoziuma gəldikdə onu deyə bilərəm ki, tədbir çox gözəl keçdi, burada Azərbaycan Milli Elmlər Akademiyasından və onun Naxçıvan Bölməsindən, Azərbaycanın və Türkiyənin bir çox universitetlərindən elm adamları iştirak edirdilər. Məruzələr zamanı bölgənin tarixi, coğrafiyası, etnoqrafiyası, ədəbiyyatı ilə bağlı maraqlı fikirlər bildirildi, müzakirələr aparıldı. Elmi simpoziumun nəticələri ilə bağlı dəyərləndirmələr də hər birimiz üçün maraqlı oldu. Naxçıvanla bağlı təəssüratlarıma gəldikdə isə deyə bilərəm ki, hər bir şəhərin başlanğıc tarixi vardır. Naxçıvanın tarixi isə insanlıq tarixi qədər qədimdir. Çünki Naxçıvandan bəhs edilən mənbələrin heç birində Naxçıvanın yaradılış tarixi ilə bağlı konkret bir məlumat yoxdur. Bu isə o anlama gəlir ki, insanlar Yer üzündə var olduqlarından bəri Naxçıvanda məskunlaşma olub. Naxçıvanın coğrafi mövqeyi də buna uyğundur, çünki bəşəriyyətin tarixi Mesopotamiyada, Araz hövzəsində başlayıb.

Ardını oxu...

Naxçıvan şəhərində noyabrın 17-18-də keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından gələn iştirakçıları noyabrın 19-da Ordubad rayonunun gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanış olublar.

Qonaqlar əvvəlcə Ordubad rayonunun Kotam kəndinə gəliblər. Türkiyə və Azərbaycan tarixçiləri Araz çayının sahilində yerləşən Kotam kəndinin adını qədim türk toponimlərinə görə, dağlar arasında qərar tutan yaşayış bölgəsi kimi izah ediblər. Kotam kəndi barədə məlumat verilərək bildirilib ki, bu yaşayış məntəqəsi Naxçıvanda ilk kənd mərkəzinin yaradıldığı yaşayış məntəqələrindən biridir. Kotam 2 yerə ayrılır: qədim Kotam, yeni Kotam. “Qədim Kotam” adlanan ərazi (buna köhnə Kotam da deyirlər) Araz çayından xeyli aralıda yerləşib. 1956-cı ildən sakinlər aşağı enməyə, nisbətən geniş torpaqlarda ev-eşik salmağa başlayıblar.
Azərbaycan və Türkiyə tarixçilərindən ibarət heyət Ordubad şəhəri ilə tanış olub. Bildirilib ki, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, mehriban insanları həmişə bura gələn səyyahların diqqətini cəlb edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız meydana gətirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Mərasimdə Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov hərbi andın əhəmiyyətindən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Mülki Müdafiə Alayının zabitləri kapitan Kənan İmanov, baş leytenant Aslan Əliyev çıxış edərək gənc əsgərlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Kifayət Cəlilova bu günün onda böyük qürur hissi doğurduğunu deyib, bütün valideynlərin vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən Cəlil Cəlilov və Elman Bayramlı nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənov ordumuzun qüdrətindən, ölkə­mizdə həyata keçirilən ordu quruculuğundan danışıb, Mülki Müdafiə Alayının baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılmasına hər an hazır olduğunu bildirib.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.  Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb. 

Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Batabat magistral yolunun Nəzərabad kəndi hissəsindəki terrasda və Əliabad qəsəbəsində Şorsu adlanan ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib, şəhərdəki yaşıllıqlarda bərpa məqsədilə 140 ədəd meyvə ağacı əkiblər.

Ardını oxu...

Tarixin keşməkeşli günlərində zamanın da taleyüklü tələbləri olur, bu tələblərin reallaşması dahi şəxsiyyətlərin payına düşür. Parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı bu girdabdan çıxarmaq üçün ümummilli lider Heydər Əliyev XX əsr milli dövlətçilik tariximizin yetişdirdiyi dahi şəxsiyyət idi. Təsadüfi deyil ki, Onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı.
Partiyanın yaradılması istiqamətindəki ilk addımlardan biri də Azərbaycan ziyalılarının ulu öndər ­Heydər­ Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciəti idi. “Səs” qəzetində dərc edilən həmin müraciətə ulu öndərin müsbət cavab verməsi partiyanın yaradılmasını sürətləndirdi. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr belə bir partiyanın yaranmasının qəti əleyhinə idilər. Dövrün hakim qüvvələri bütün variantlara əl atsalar da, gücləri yalnız partiyanın təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa yetdi. 1992-ci il noyabrın 21-də ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında partiyanın təsis konfransı keçirildi. Konfransda ­Heydər Əliyev partiyanın sədri seçildi, partiyanın Nizamnamə və Proqramı qəbul edildi.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumun bağlanış mərasimində tədbirin yekunları ilə bağlı fikirlər səsləndirilib, aparılan elmi müzakirələr yüksək qiymətləndirilib.

Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan çıxış edərək bildirib ki, mötəbər beynəlxalq elmi simpoziuma hazırlıq işləri yüksək səviyyədə aparılıb, tədbirin keçirilməsi üçün hər cür şərait yaradılıb. Ümumilikdə, simpoziuma 100-ə yaxın elmi məruzə təqdim olunub, lakin onlar arasından 58-i seçilərək simpoziumda səsləndirilib. Bu mövzular tarix, mədəniyyət, hərbi-siyasi, iqtisadi və digər əhəmiyyətli sahələri əhatə edib. Qeyd olunub ki, Mərkəzi Araz hövzəsi zəngin mədəniyyətə, qədim tarixə malik olduğu üçün bu mövzularda məruzələr maraqla qarşılanıb, ciddi müzakirələr aparılıb, yekun nəticələr əldə olunub. İstər Türkiyədən, istərsə də Azərbaycandan olan alimlər həmin müzakirələrdə fəallıqla iştirak edib, təkliflər səsləndiriblər. Naxçıvan Dövlət Universitetinin tələbələri də məruzələri və aparılan müzakirələri maraqla izləyiblər. Biz bir daha xatırladıq ki, bu coğrafiyada böyük bir sivilizasiyanın yaradılması ilə bərabər, qanlı hadisələr də çox olub. Xüsusən ermənilər bölgədə dəfələrlə soyqırımı həyata keçiriblər. Həmin soyqırımları Naxçıvanı və Şərqi Anadolunu əhatə edib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR